Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1978/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon X1 Şöbəsinin (bundan sonra - səlahiyyətli orqan) qəbul etdiyi ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 14:41-də ünvan 1 ünvanında “VOLKSWAGEN POLO” minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) idarə edərkən sərnişin daşıma qaydalarını pozması müəyyən edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət qismən təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli elektron qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun qismən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixində idarə etdiyi “Volkswagen polo” minik markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobilimlə Bakı şəhərinin Xətai rayonu ərazisində günun ikinci yarısında, saat 14-41 radələrində Məhəmməd Hadi küçəsi 32 ünvanında hərəkət etmiş, 60-70 metr qarşıda DYP-nin avtomobili dayanmış, saxlamaq işarəsi bildirmişdirlər. Sürücü deyilən yerdə avtomobilini saxlayıb gözləmişdir. DYP-nin əməkdaşı özünü təqdim edərək əlində tutuduğu elektron vasitəsində maşına və ona aid məlumatları dəqiqləşdirmişdir. Niyə saxlanıldığını soruşarkən yolda hərəkət edərkən yerdəyişmə qaydasını pozması əsas gətirilmişdir, protokol tərtib edilmişdir. Bu hal onun iradəsindən kənar baş verdiyinə görə iş üzrə onun əməlində Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin yaranmadığını hesab edir. Bu səbəbdən iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarları qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.II maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini təsdiq edən, qanunun tələblərinə uyğun heç bir mötəbər sübut (foto və ya videoqeydiyyat materialı) işə əlavə edilməmişdir. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək, sübutların tam və hərtərəfli araşdırılmadığını nəzərə almış, səlahiyyətli orqanın qərarını ləğv etmiş və işin yenidən araşdırılması üçün aidiyyəti üzrə geri qaytarmışdır. Bu qərar qanunun tələblərinə tam uyğundur, çünki iş üzrə sübutların toplanması və qiymətləndirilməsi ilk növbədə səlahiyyətli orqanın vəzifəsidir. Apellyasiya şikayətinin iş üzrə icraata xitam verilməsi tələbi isə əsassızdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın aparılması zamanı yol verilmiş prosessual pozuntular və ya sübutların natamamlığı aşkar edildikdə, məhkəmə işi yenidən baxılması üçün səlahiyyətli orqana qaytarmaqla həmin çatışmazlıqların aradan qaldırılması üçün şərait yaradır. İşin dərhal xitam edilməsi, yalnız İXM-də nəzərdə tutulmuş müvafiq əsaslar mövcud olduqda mümkündür. Hazırkı mərhələdə isə işin hallarının yenidən və tam araşdırılmasına ehtiyac vardır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonar qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1978/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1978/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver