Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1979/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxsFazil qızı və nümayəndəsi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxsFazil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra işi üzrə uşaqların anaları ilə görüşünə mane olmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* nömrəli, ## #### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxsFazil qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərar əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra işi üzrə uşaqların anaları ilə görüşünə mane olmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* nömrəli, ## #### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədinə əsasən e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Zərərçəkmiş şəxs uşaqları ##.##.2017-ci il təvəllüdlü Güləhmədzadə Fizuli Qabil oğlu, ##.##.2019-cu il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə ünsiyyət (görüş) hüququ təmin edilmiş və ünsiyyət qaydası atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək müəyyən edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2017-ci il təvəllüdlü Güləhmədzadə Fizuli Qabil oğlu, ##.##.2019-cu il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü yaşadıqları ünvanda saat 11:00-da ataları olan iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ərizəçi olan cavabdeh (anaları) Gulahmad^ağe, Bagdasara, həmin gün saat 15:00-da isə cavabdeh olan ərizəçi Zərərçəkmiş şəxstərəfindən iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməsi qərara alınmışdır. Bununla əlaqədar icra sənədi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli ##.##.2026cı il tarixli aktları tələbkarın təqdim etdiyi videoçəkilişlər əsasında tərtib etmişdir. Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Lakin məhkəmə icraata xitam verilməklə barəsində inzibati tənbeh tətbiq edilməmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmişdir. Borclu barəsində görülmüş icra tədbirləri heç-bir nəticə verməmişdir. Qərəzli şəkildə icra məmurunun tələblərinə əməl etməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxsFazil qızı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, tələbkar Zərərçəkmiş şəxsFazil qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra işi üzrə uşaqların anaları ilə görüşünə mane olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Zərərçəkmiş şəxs uşaqları ##.##.2017-ci il təvəllüdlü Güləhmədzadə Fizuli Qabil oğlu, ##.##.2019-cu il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə ünsiyyət (görüş) hüququ təmin edilməsi və ünsiyyət qaydası atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00dan saat 15:00-dək müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2017-ci il təvəllüdlü Güləhmədzadə Fizuli Qabil oğlu, ##.##.2019-cu il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü yaşadıqları ünvanda saat 11:00-da ataları olan iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ərizəçi olan cavabdeh (anaları) Zərərçəkmiş şəxs, həmin gün saat 15:00-da isə cavabdeh olan ərizəçi Zərərçəkmiş şəxstərəfindən iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxs * nömrəli Uşaq Poliklinikasının ## ###### 2026-cı il tarixli, **-*-*-**/*- **/**** saylı məktubundan görünür ki, aparılmış psixioloji müşahidə zamanı müəyyən edilmişdir ki, uşaqlar ana ilə münasibətdə qacınma davranışı nümayiş etdirir və görüşdən imtina etdiklərini bildirirlər. Lakin uşaqların bu mövqeyi yaş xüsusiyyətləri, emosional inkişaf səviyyəsi və ifadə tərzi nəzərə alındıqda müstəqil və formalaşmış iradəsini göstəricisi kimi qiymətləndirilə bilməz. Uşaqların davranışları emosional gərginlik fonunda formalaşmış uyğunlaşma reaksiyası xarakteri daşıyır və bu hal onların valideynlərarası münasibətlər konteksində psixoloji təsirlənməyə açıq olduqlarını göstərir. Uşaqların psixoloji vəziyyətini nəzərə alaraq onların hər həftə reablitasiyaya gətirilməsi üçün ataya məlumat verildi. Uşaqların ana ilə görüşdən imtina etməsi onların psixoloji rifahını əks etdirmir. “Sanora” Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloji müayinə nəticələrinə əsasən psixoloji rəydən görünür ki, aparılmış psixoloji görüş və müşahidələr əsasında müəyyən olunmuşdur ki, uşaqlar ilk dəfə seansa qəbul olunduqları zaman hər iki uşaqda yüksək dərəcədə həyəcan, təşviş, emosional gərginlik, itirmə qorxusu və atadan ayrılmaq istəməmə halları müşahidə olunmuşdur. Müayinə və seans müddətində uşaqların verdiyi məlumatlar, emosional reaksiyaları və davranış göstəriciləri əsasında məlum olmuşdur ki, uşaqlarda formalaşmış əsas qorxulardan biri atadan ayrılmaq ehtimalı ilə bağlıdır. Eyni zamanda uşaqların ifadələrindən aydın olmuşdur ki, ananın mütəmadi şəkildə evə gəlməsi, ailədaxili gərginlik və mübahisələrin yaşanması uşaqlarda mövcud olan təşviş və təhlükəsizlik hissinin pozulmasını daha da artırmışdır. Bu hallar uşaqlarda emosional sabitliyin zəifləməsinə, davamlı qorxu və narahatlıq hissinin formalaşmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının icra üsulunun dəyişdirilməsi barədə tələbkar (ərizə verən şəxs) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Vəkil ərizəsi rədd edilmişdir. Həmin məhkəmə qərarına görə uşaqların anaları ilə ünsiyyətdə olmaq istəyi aşkar edilmədiyindən və analarına mənfi münasibət ifadə etdiklərindən valideynlə müvəqqəti görüş (ünsiyyət) baş tutmamış və bu hallar icra məmuru və tərəflərin iştirakı ilə tərtib edilmiş aktlarla, habelə uşaq poliklinikasında aparılmış reabilitasiya seanslarının nəticələri ilə, icra hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının rəyi ilə və tərəflərin məhkəməyə təqdim etdikləri videogörüntülər ilə təsdiq edilir. Həmçinin, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində məhkəmə qərardadını icra etməməklə bağlı qərəzin olmaması Bakı şəhər Sabunçu rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları ilə də təsdiq edilmişdir. Yəni borclu məhkəmə qərardadını icra edir, lakin uşaqlar istəmədiklərindən görüş baş tutmur və hələlik icra prosesində uşaqlarla reabilitasiya tədbirləri davam etdirilir. Həmçinin, təqdim edilmiş videogörüntülərdən valideyn olan ərizəçi ilə uşaqların görüşü zamanı uşaqların qorxduqları və stress (panika) keçirdikləri açıq-aydın görünür. Digər bir videogörüntüdə isə uşaqların icra şöbəsində ağlayaraq borclu olan atalarına sarıldıqları müşahidə edilir. Məhkəmə hesab edir ki, belə olan halda tələbkar ərizəçi olan ananın uşaqlarla görüş vaxtının artırılması istəyi və ünsiyyətlə bağlı qərardadın icra üsulunun (yəni icra yerinin) dəyişdirilməsi tələbi məqsədəmüvafiq deyil və bu hal uşaqlar üzərində psixoloji zorakılığa (şiddətə) səbəb olmaqla aparılan reabilitasiya tədbirlərinin faydasız qalması ilə nəticələnəcəkdir. Bu isə məhkəmə qərarlarının icrası prosesinə xələl gətirməklə valideynlə uşaqların ünsiyyət hüququnun ruhuna ziddir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, Ali Məhkəmənin Plenum qərarında verilən nümunədə uşaqlarla görüş yerinin onların yaşayış yeri olaraq qeyd edilməsinin görüş (ünsiyyət) yeri olaraq uşaqların yaşayış yerlərinin onların mənafeyinə uyğun olmasını göstərir. Belə olan təqdirdə hansı əsasla borclunun uşaqları icra şöbəsinə gətirərək ərizəçiyə təhvil verməsinin heç bir hüquqi və məntiqi əsası, əhəmiyyəti yoxdur. Bundan başqa icra şöbəsinin binasının videokamera nəzarətində olması icra tədbirlərinin həyata keçirilməsi üçün deyil, binanın, oradakı inventar avadanlıqlarının və vətəndaşların və işçilərin təhlükəsizliyi üçün həyata keçirilir. Yəni binadakı videokameralar (videomüşahidə sistemləri) icra tədbirlərinin qeydə alınması üçün nəzərdə tutulmamışdır. Beləliklə, hazırki ərizə əsassız olduğundan və ünsiyyətin təmin edilməsi məqsədinə, habelə uşaqların maraq və mənafeyinə xidmət etmədiyindən, əksinə məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət qaydasının icrasına süni şəkildə maneə törədəcəyindən rədd edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ###### 2026-cı il tarixli, 3(5-94)- ***/**** nömrəli qərarı ləğv edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1- ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxs * nömrəli Uşaq Poliklinikasının ## #### 2026-cı il tarixli, **-*-*-**/*- ***/**** saylı məktubundan görünür ki: ##.##.2026-cı il tarixli l seansın nəticəsindən müəyyən olmuşdur ki, seanslar zamanı uşaqlarda ailə münasibətləri ilə bağlı emosional gərginlik və qarışıq hisslərin mövcud olduğu müşahidə edilmişdir. Uşaqların ana ilə bağlı bəz ifadələrinin onların yaş xüsusiyyətləri nəzərə alındıqda daha çox böyüklərdən eşidilmiş məlumatların təkrarı xarakteri daşıya biləcəyi ehtimal olunur. Bu səbəbdən uşaqların ana ilə bağlı münasibətinin formalaşmasında ailədaxili kommunikasiya və valideyn təsirinin mümkün rolu nəzərə alınmalıdır. Uşaqların emosional vəziyyətinin daha dəqiq qiymətləndirilməsi və psixoloji dəstəyin davam etdirilməsi məqsədəuyğun hesab olunur. ##.##.2026-cı il tarixli ll seansın nəticəsindən müəyyən olmuşdur ki, ümumilikdə uşaqlarda ailə münasibətləri mövzusuna qarşı emosional gərginlik və qarışıq hisslər müşahidə olunmuşdur. Uşaqların emosional vəziyyətinin və ailə münasibətlərinə reaksiyalarının daha ətraflı qiymətləndirilməsi məqsədilə psixoloji müşahidələrin növbəti seanslarda davam etdirilməsi məqsədəuyğun hesab olunur. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki Sabunçu Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında təqdim edilmiş fləşkarta baxış keçirilərkən müəyyən edilmişdir ki, “dava 5 mp.4” faylından görünür ki, Zərərçəkmiş şəxs(ana) uşaqları görüşmək üçün çağırır. Lakin uşaqlar “yox” deyərək gəlmək istəmirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (ata) görüşmək üçün şərait yaradır, uşaqlara ana ilə görüşməyi təklif edir. Lakin uşaqlar görüşmək istəmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona evdən getməsini deyir. Bu səbəbdən aralarında mübahisə yaranır. Digər fayllardan görünür ki, Zərərçəkmiş şəxs(ana) uşaqlara nələrsə alır, lakin uşaqlar götürmür. Yalnız ##.##.2022-ci il təvəllüdlü X2 bəzən ana ilə ünsiyyət qurur, lakin onunla harasa getmək istəmir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərərkən iş materiallarında olan sübutların məcmusuna əsasən hesab etmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqların anası ilə görüşməsinə mane olmamış, uşaqlar özləri anaları ilə görüşməkdən imtina etmişlər. Beləliklə, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan zəruri elementlərdən olan obyektiv cəhət müəyyən edilməmişdir, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxs * nömrəli Uşaq Poliklinikasının ## ###### 2026-cı il tarixli, **-*-*-**/*-**/**** saylı məktubu ilə uşaqların ana ilə görüşdən imtina etmələrinin onların müstəqil və formalaşmış iradəsini göstəricisi kimi qiymətləndirilə bilməməsi, onların təsirlənməyə açıq olduqları barədə verilmiş nəticə şəxsin təqsirinin müəyyən edilməsi və İXM-nin 528.1-ci maddəsinin obyektiv tərəfini təşkil edən hərəkətlərin edildiyi qənaətinə gəlməyə əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, tələbkar Zərərçəkmiş şəxsFazil qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxsFazil qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1979/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1979/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver