Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1981/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxstərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə sənədlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsapellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin İş № *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra sənədinin pul hissəsi üzrə 60.457,92 manat tələbkara tam ödənilmişdir və bu hal icra məmuru tərəfindən təsdiq edilmiş və məhkəmə qərarında da öz əksini tapmışdır. Bundan əlavə, ərizəçi məhkəmə iclasında avadanlıqların 45 faizini geri qaytardığını, qalan hissəni də qaytaracağını bildirmişdir, lakin məhkəmə bu qismən icranın həcmini, mahiyyətini və hüquqi nəticəsini araşdırmamışdır. Buna baxmayaraq, məhkəmə qərarında 60.457,92 manatın tələbkara tam ödənilməsini təqsiri azaldan, icra niyyətini göstərən və qismən icranı sübut edən fakt kimi yox, sadəcə təsviri məlumat kimi qeyd olunmuş, hüquqi qiymət verilməmişdir. Qərarda yalnız icra vərəqəsi, icraata başlama haqqında qərar, könüllü icra bildirişi və əvvəlki inzibati məsuliyyətə dair 2025ci il məhkəmə aktları sadalanmışdır. Qərarda qiymətləndirmə aparılması barədə müraciətlər, naturada icranın mümkünsüzlüyünü göstərən materiallar, tərcüməçi təmin olunmaması, hüquqların izah edilməməsi, sənədlərin məzmununun yanlış təqdim olunması və yeni icra müddətinin faktiki verilib-verilməməsi barədə heç bir sübutun araşdırıldığı görünmür; bu isə sübutetmənin natamam aparıldığını göstərir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsi birbaşa “üzrsüz səbəbdən” icra etməməni inzibati məsuliyyətin şərti kimi nəzərdə tutur; deməli, istənilən icra etməmə avtomatik olaraq cəzalandırıla bilməz və əvvəlcə səbəbin xarakteri müəyyən edilməlidir. Üzrlü səbəb, borcludan asılı olmayan, obyektiv maneələr yaradan, icranı faktiki və ya hüquqi baxımdan mümkünsüz edən, yaxud icranı həmin vaxtda real olmayan hər hansı hal kimi başa düşülməlidir. Bu işdə üzrlü səbəbin mövcudluğunu göstərə bilən hallar bunlardır: İcra sənədinin pul hissəsi tam icra olunub. Avadanlıqların bir hissəsi faktiki qaytarılıb. Qalan hissənin naturada qaytarılması ilə bağlı faktiki çətinlik mövcud olduğu iddia olunub. Borclu avadanlığın dəyərinin qiymətləndirilib ödənilməsinə hazır olduğunu bildirib, yəni icradan yayınmaq deyil, alternativ icra formasına keçmək niyyəti nümayiş etdirib. Bu cür hallarda məhkəmə “qaytarmadı, deməli təqsirlidir” kimi mexaniki yanaşma tətbiq edə bilməz. O, əvvəlcə naturada icranın mümkün olub-olmadığını, borclunun iradəsinin yayınmaya, yoxsa icra etmək cəhdinə yönəldiyini, icra məmurunun isə icranı mümkün edən tədbirləri görübgörmədiyini müəyyən etməli idi. Məhkəmə əvvəlki ##.##.2025ci il tarixli apellyasiya qərarına istinad etmişdir. Lakin 528.1-1-ci maddənin tətbiqi üçün əvvəlki tənbehdən sonra eyni icra sənədi üzrə yeni icra müddətinin verilməsi, qanuni tələbin konkretləşdirilməsi və həmin yeni müddətdə üzrsüz icra etməmənin ayrıca sübut edilməsi zəruri olduğu halda, bu hallar qərarda müəyyən edilməmişdir. Belə ki, 528.1-1-ci maddənin tətbiqi üçün əvvəlki qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə yeni, ayrıca və üzrsüz icra etməmə faktı, habelə bundan əvvəl icra məmuru tərəfindən borcluya yeni müddət təyin olunması aydın və sübutlarla təsdiq edilməlidir; qərarda bu elementlərin heç biri konkretləşdirilməmişdir. Məhkəmə yalnız ilkin mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmasına istinad edərək məni vəzifəli şəxs kimi qiymətləndirmiş və 2500 manatlıq sanksiya tətbiq etmişdir. Halbuki İXM-nin 17- ci maddəsinin qeydinə əsasən, vəzifəli şəxs statusu üçün konkret təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat səlahiyyətləri həyata keçirmək faktı müəyyən olunmalıdır; qərarda belə faktlar göstərilməmişdir. Qərarda “məhkəmə qətnaməsinə etinasız yanaşma”, “məhkəmə orqanlarını nüfuzdan salma” və “vətəndaşların məhkəmə sisteminə inamını azaltma” kimi ümumi, emosional xarakterli tezislər yer almışdır. Bu mülahizələr konkret sübutlarla bağlanmır və inzibati xətanın obyektiv və subyektiv tərkib elementlərini əvəz edə bilməz; deməli, qərarın motivləşdirilməsi hüquqi deyil, deklarativ xarakter daşıyır. İşin təsvir edilən hallarına görə icra məmurunun hərəkətlərində azı aşağıdakı pozuntular görünür: borclunun təklif etdiyi alternativ icra üsulu - qaytarılması mümkün olmayan avadanlıqların qiymətləndirilməsi və dəyərinin ödənilməsi - araşdırılmayıb; sənədlərin mahiyyəti barədə yanlış təsəvvür yaradılıb; tərcüməçi təmin edilməyib; hüquqlar faktiki və başadüşülən formada izah olunmayıb; şəxs qiymətləndirmə məsələsi adı ilə çağırılaraq faktiki olaraq inzibati məsuliyyət proseduruna cəlb olunub. Bu hallar könüllülük, məlumatlı razılıq, müdafiə hüququ və prosessual vicdanlılıq prinsipləri baxımından ciddi qüsur yaradır və protokolun sübut dəyərini zəiflədir. Xüsusilə, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinin məntiqindən çıxışla, icra məmuru əvvəlcə icranın real imkanlarını müəyyən etməli, borcluya yeni müddət verməli və yalnız üzrsüz yayınma aydın sübut olunduqda protokol tərtib etməlidir.Naturada qaytarılması mümkün olmayan əşyaların dəyərinin ödənilməsi barədə təklifin tam rədd edilməsi, halbuki pul hissəsi artıq tam ödənilmişdi, icra icraatının məqsədi ilə ziddiyyət təşkil edən sərt və formal yanaşma kimi qiymətləndirilə bilər. İcra məmurunun qaytarılması mümkün olmayan avadanlıqların qiymətləndirilməsindən imtina etməsi icra icraatının məqsədinə uyğun olmayan formalizm kimi qiymətləndirilə bilər, çünki icranın mahiyyəti tələbkarın pozulmuş əmlak marağının real bərpasıdır.Borclu naturada qaytarmanın çətin olduğunu bildirir və dəyərin ödənilməsinə razılıq verirsə, icra məmurunun bu variantı araşdırmaması sonradan borclunu “qəsdən icra etməyən” kimi təqdim etməsini zəiflədir. Bu imtinanın hüquqi nəticəsi ondan ibarətdir ki, icra etməmə halının tam şəkildə borcluya aid edilə bilməsi şübhə altına düşür.Çünki icra orqanı özü icranın mümkün alternativ mexanizmini araşdırmayıbsa, sonradan üzrsüz icra etməmə barədə qəti nəticə çıxarmaq olmaz. Məhkəmə yalnız formal yazılı sənədləri və icra məmurunun izahatını əsas götürmüş, lakin iş üçün əhəmiyyətli olan üç qrup halı araşdırmamışdır: - birincisi, pul hissəsinin tam ödənilməsi və qismən naturada icra; - ikincisi, qaytarılmayan avadanlığın obyektiv olaraq müəyyən edilə bilməməsi; 5 - üçüncüsü, borclunun alternativ icraya - qiymətləndirmə və dəyərin ödənilməsinə - razı olması. Bu hallar təqsirin dərəcəsinə, “üzrsüz səbəb” meyarına və hətta inzibati xəta tərkibinin mövcudluğuna birbaşa təsir etdiyindən onların araşdırılmaması qərarı əsassız edir. Sübutların natamam qiymətləndirilməsinin nəticəsi ondan ibarətdir ki, məhkəmə vicdanlı davranışı etinasızlıq, obyektiv mümkünsüzlüyü isə qəsd və ya ehtiyatsızlıq formasında təqsir kimi təqdim etmişdir. Halbuki İXM-nin 12.1-ci maddəsinə görə inzibati məsuliyyət üçün hüquqazidd, təqsirli əməl müəyyən olunmalıdır və təqsirin mövcudluğu sübut edilmədikdə inzibati məsuliyyət tətbiq oluna bilməz. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsapellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxsinn iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxstərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinəməsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ## #### 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2020- ci il tarixli **/** nömrəli avadanlıqların icarə müqaviləsi üzrə ## ### 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqı borcu, hüquqi yardıma görə ödənilmiş 210 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci olmaqla - cəmi 60457,92 (altmış min dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ## ###### 2020-ci il tarixli **/** nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 2415 ədəd tikinti avadanlığı - 45 ədəd kanca pano (balaca), 50 ədəd alt ayar mili 48, 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 50 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48 lik) 0.8m qalvaniz, 100 ədəd alt ayar mili (48-lik), 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48- lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 85 ədəd sadə ayar mili 48, 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 100 edad alt ayar mili 48, 120 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 300 ədəd alt ayar mili 48, 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 100 ədəd karıca pano (sadə), 100 ədəd kanca pano (sadə) cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq iddiaçı X3 qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” ## #### 2025-ci il tarixli qərarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında ## #### 2025-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsicra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxstərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- **/**** nömrəli, ## #### 2023-cü il tarixli icra sənədi üzrə 60457,92 manat borc tələbkar Zərərçəkmiş şəxs ödənilmiş, lakin avadanlıqlar qaytarılmamışdır. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsizahat verərək göstərmişdir ki, 2020-ci ildə materialları ikinci əl kimi şirkətin işi üçün götürmüşdür. 45%-ni geri qaytarmış, 55%-i qalıb, onu da qaytaracaq. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- **/**** nömrəli, ## #### 2023-cü il tarixli icra sənədi üzrə tikinti materiallarının cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq iddiaçı X3 qaytarılması qərara alınsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi ifadəsində də sözügedən materialların 45%-ni geri qaytarmasını, 55%nin isə qadığını qeyd etmişdir ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə aktlarının icrası Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi xarakter daşımaqla barəsində icraat aparılan şəxsin göstərdiyi hallar inzibati məsuliyyətin yaranmasını istisna etmir. Buna görə də məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı tam sübuta yetirildiyindən şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq ona qanuni və ədalətli inzibati tənbeh tədbiri təyin etmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxstərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxstərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1981/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1981/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver