Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1982/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən 82000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 80000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ##### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 80000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 16.000 ABŞ dolları, yəni (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəmizdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən 82000.00 ABŞ dolları məbləğində vəsaitbank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.Bakı şəhər Nərimanov rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı iltarixli Qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlibilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 80000.00 ABŞ dolları valyuta vəsaitiməbləğinin 20 (iyirmi) faizi miqdarında, 16.000 ABŞ dolları (qərar çıxarılan günü manata olanməzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Hesab edirlər ki, qərar tam əsassızdır və ləğv olunmalıdır. Hansı ki, məhkəmənin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı həm maddi, həm prosessual hüquq pozuntularına yolverilərək çıxarılmışdır. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli “xxxx” ASC-i tərəfindən verilmiş köçürmə haqqında ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən “xxxx” ASC-də olan hesabdan 82000.00 ABŞ dolları məbləğində pul vəsaiti “SW X2 Tıcaret A.S.” şirkətinin müvafiq bankdakı olan hesabına köçürülmüşdür. Məhkəmə isə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Halbuki məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən köçürmələr üzrə mallar 2 il müddətində tam təqdim edilmədiyi üçün onlardan asılı olmayan obyektiv səbəblərdən köçürmə üzrə bağlanma icra edilə bilməmişdir. Daha sonra tərəflərindən olunan müraciət əsasında ##.##.2026 tarixində 90.000 USD vəsait “SW X2 Tıcaret A.S.” şirkətinin müvafiq bank hesabından geri qaytarılmışdır və qeyd edilən köçürmələr üzrə geri qaytarılma kimi ##.##.2026 tarixində “xxxx” ASC-i tərəfindən qeydiyyatı aparılmışdır. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəlişəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmifaizindən otuz faizinədək məbləğdə cərimə edilir. Müvafiq maddənin hazırkı redaksiyasından müəyyən olunur ki, sanksiya yalnız vəsaitin geri qaytarılmadığı halda tətbiq edilir. İşin faktiki hallarından və iş üzrə materiallardan aydın olur ki, 90.000 USD vəsait “SW X2 Tıcaret A.S.” şirkətinin müvafiq bank hesabından geri qaytarılmışdır və bununla əlaqədar “xxxx” ASC tərəfindən *** nömrəli,##.##.2026-cı il tarixli arayış təqdim edilmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “xxxx” ASC-i tərəfindən verilmiş köçürmə haqqında ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 82000.00 ABŞ dolları məbləğində pul vəsaiti “SW X2 Tıcaret A.S.” şirkətinin müvafiq bankdakı olan hesabına köçürülmüşdür. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, KB-**/*-***/**** saylı məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 82000.00 ABŞ dolları məbləğində olan vəsaiti ## ##### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 80000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 82000.00 ABŞ dolları məbləğində olan vəsaiti ## ##### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 80000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növünün təyin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlilə, yəni pul vəsaitlərinin geri qaytarılması ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə tam təsdiq olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 82000.00 ABŞ dolları məbləğində vəsait ## ##### 2024-cü il tarixdə xaricə köçürmüş, köçürülmədən 2 il müddət keçsə də, nə mallar Azərbaycan Respublikasına daxil olmamış, nə də avans olaraq köçürülmüş vəsait ## ##### 2026-cı il tarixə kimi geri qaytarılmamışdır. İşin bu halı “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, KB-**/*-***/**** saylı məktubu ilə tam təsdiqini tapır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsuli kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx" MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 80000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 16.000 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1982/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1982/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver