Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1983/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsinin X1 iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativinin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli MN serialı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK fiziki və (və ya) hüquqi şəxslərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə mənzil tələbatlarının təmin olunması məqsədilə yaradılmış təsisat olmaqla fəaliyyətini Azərbaycan Qanunvericiliyinin tələbləri çərçivəsində qurmuş hüquqi şəxsdir. Pay haqlarını birləşdirmiş şəxslərin mənzil ehtiyaclarının təmin olunması üçün qeyri kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün onların müraciətləri əsasında Bakı Şəhər Icra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamı qəbul olunmuş və Bakı şəhəri, Nizami rayonu Özbəkistan və A.Manafov küçələrinin əhatə etdiyi ərazi ünvanında yerləşən 0.5116 ha torpaq sahəsinə bitişik 0.50 ha torpaq sahəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK -ya ayrılmış və ##.##.2022 ci il tarixli **** saylı icarə müqaviləsi ilə qeyd edilən torpaq sahəsi 49 illik icarəyə götürülmüşdür. Təsdiq olunmuş layihə-smeta sənədləri üzrə razılığı alınmış tikinti işlərinin aparılması üçün işçi qüvvəsinə ehtiyac vardır ki, bununla əlaqədar müxtəlif peşə təyinatlı işlər və şəxslərlə əmək müqaviləsi bağlanılır və işə götürülürlər. Kooperativ əsasən digər podratçı hüquqi şəxslər və ayrı-ayrı fiziki şəxslərlə podrat müqavilələri bağlamış və tikintinin aparılmasını üçüncü şəxslərə həvalə etmişdir. Kooperativin öz sərəncamında olan sahələr üzrə də əmək müqavilələri bağlanmışdır. Halbuki, X2 ilə bağlı bu hal mövcud olmamışdr. Müqavilədən sonra sığorta şirkəti ilə müqavilə bağlanmasına cəhdlər edilmiş, lakin texniki səbəblərdən bu mümkün olmamışdır. Işçi ilə əmək münasibətlərinə girildikdən cəmi 3 gündən sonra bədbəxt hadisə baş vermişdir. Mövcud mübahisəli işdə işəgötürən qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK işçi ilə əmək müqaviləsi bağlamış və sığorta olunmasına dəfələrlə cəhd etmişdir. Lakin texniki nasazlıqlar və sistemdəki yükləmələr nəticəsində bunu axıradək icra etmək mümkün olmamışdır. Belə ki, müəyyən olunur ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK yalnız bir işçisini, yəni X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindirməklə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, lakin onun sığortalanma prosedurunu yekunlaşdırmamışdır. Kooperativdə digər işçiləri barəsində isə belə bir pozuntuya yol verməsi müəyyən edilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK ararında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın ümumilikdə 37 işçi vardır ki, digər işçiləri barəsində belə bir pozuntuya yol verməmişdir. Bu hal isə Kooperativin X2 əmək müqaviləsi (kontraktı) üzrə icbari sığorta olunmasına cəlb olunmamanı qəsdli olaraq etmədiyini, vergilərdən və sığorta ödənişlərindən yayınmaq niyyətinin olmadığının göstəricisidir. Apellyasiya məhkəmə iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTKnın nümayəndəsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndində işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; Həmin Məcəllənin 12-ci maddənin j bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; Həmin Məcəllənin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3.1.1-ci və 4.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar əmək müqaviləsi üzrə işləyən işçiləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalıdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səlahiyyətli orqanın tərtib etdiyi MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın sabiq işçisi X2 ##.##.2026-cı il tarixdə əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölmüş, təhqiqat zamanı Ə.Əsgərxanovun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi məlum olmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası IXM-nin 469- 1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir - “xxxx” ASC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK arasında bağlanmış ##.##.2023-cü tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının AH0000053821/12 əlavəsindən görünür ki, X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ##.##.2026-cı tarixdə sığortalanmışdır. - “xxxx” ASC tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, X2 ##.##.2026-cı il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunmuşdur. - ##.##.2026-cı tarixli əmək müqaviləsinin surətindən görünür ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-da fəhlə kimi işə götürülmüşdür. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X2 ilə əmək müqaviləsi yanvar ayının 8-i tarixində bağlanmış, bədbəxt hadisə isə yanvarın 12-də baş vermişdir. Lakin, zərərçəkmiş şəxsin sığortalanması isə 15 yanvarda həyata keçirilmişdir. Göründüyü kimi, hüquqi şəxsin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanı təmin etməmiş və bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-nin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1983/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1983/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver