Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1984/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1, Protokolu tərtib edən orqann nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 160553.00 ABŞ dolları məbləğində olan vəsaiti ## #### 2024-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 109392.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ## ##### 2026-cı il tarixli EP ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 160.553 (yüz altmış min beş yüz əlli üç) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 32.110,6 (otuz iki min yüz on dolar, 6 sent) ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzfəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi İXM-nin430.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin tətbiqi üçün avans ödənişinin edilməsi, müəyyən edilmiş müddətin ötməsi, malların idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması, habelə şəxsin təqsiri kimi məcburi əlamətlərin hamısı eyni vaxtda sübut Azərbaycan edilməlidir. Məhkəmə isə tərəfin iştirakı olmadan, heç bir izahat və əlavə sübut toplamadan, yalnız protokol Respublikasıməzmununa əsaslanaraq malların idxal edilməməsi və vəsaitin geri qaytarılmaması faktlarını birtərəfli olaraq İnzibati müəyyən etmiş, xarici kontragentlə mövcud ola biləcək mübahisəni, arbitraj və ya icra prosesini, habelə Xətalar vəsaitin geri qaytarılmasına mane olan obyektiv halları araşdırmamışdır. Məcəlləsinin 430 4-cü Bundan əlavə, məhkəmə şirkətin malı idxal etməmək və ya vəsaiti geri qaytarmamaq üçün qəsdən hərəkət maddəsi edib-etmədiyini, ehtiyatsızlıq halının mövcud olub-olmadığını müəyyən etmədən şirkəti avtomatik olaraq təqsirli saymışdır ki, bu da İXM-nin 3-cümaddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019cu il tarixli Qərarının məhkəmələrin 430.4-cü maddə üzrə şəxsin təqsirini dəqiq müəyyən etməsi barədə tələblərinə açıq ziddir. Mühüm olaraq bildirməliyəm ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafq malların bir qismi artıq idxal edilmişdir. Bunu sübut edən sənəd isə həmin mallara dair gömrük bəyannamələridir. Həmin gömrük bəyannamələri tərəfimizdən qoşma kimi şikayətə əlavə ediləcəkdir. Bütün bunlar birlikdə maddi hüquq normasının İXM-nin 430.4-cü maddəsinin düzgün tətbiq edilməməsi kimi qərarın ləğvi üçün müstəqil əsas təşkil edir. Birnci instansiya məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCtərəfindən avans ödənişi edilmiş malların bir hissəsinin artıq ölkəyə idxal edildiyini müəyyən etməmiş, xarici kontragentlə mövcud ticarət münasibətlərinin, habelə malların qalan hissəsinin idxalına dair proseslərin vəziyyətini araşdırmamışdır. Bundan əlavə, məhkəmə vəsaitin geri qaytarılmamasının şirkətin iradəsindən asılı olmayan obyektiv səbəblərdən — xarici tərəfin öhdəliklərini yerinə yetirməməsi, mübahisə prosesinin davam etməsi və ya digər fors major hallarından — irəli gəlib-gəlmədiyini aydınlaşdırmamış, şirkətin xarici kontragentə qarşı hüquqi və ya maliyyə tədbirlərə müraciət edib-etmədiyini müəyyən etməmişdir Həmçinin məhkəmə cərimənin hesablandığı valyuta məbləğinin idxal edilmiş malların dəyəri nəzərə alınmaqla yenidən müəyyənləşdirlməsinin zəruri olub-olmadığını aydınlaşdırmamışdır ki, bütün bu hallar məhkəmənin gəldiyi nəticənin əsassızlığını göstərir. Birnci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bir sıra hallar lazımi qaydada sübut edilməmişdir Məhkəmə qərarda "tərəflərə məlumat verilmişdir" faktını müəyyən etmiş, lakin bu halı təsdiq edən heç bir sübut — poçt qaiməsi, sifarişli məktub bildirişi, elektron təsdiq və ya digər sənəd — iş materiallarına daxil edilməmişdir. Məhkəmə həmçinin malların idxal edilmədiyini və vəsaitin geri qaytarılmadığını müəyyən etmiş, lakin bu nəticəyə yalnız Mərkəzi Bank tərəfindən təqdim edilmiş birtərəfli protokol və bank məktubu əsasında gəlmiş, şirkətin izahatı, gömrük bəyannamələri və digər müdafiə sübut olmadan həmin halları sübut edilmiş kimi qəbul etmişdir Bundan əlavə, məhkəmə şirkətin təqsirini müəyyən etmiş, lakin bu ən mühüm halı təqsirin mövcudluğunu heç bir konkret sübutla əsaslandırmamış, yalnız protokol məzmununa istinad etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin qərarda gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir Məhkəmə 160.553 ABŞ dollarının tam məbləği üzərindən 20 faiz cərmə tətbiq etmişdir, halbuki avans ödənişi edilmiş malların bir qisminin artıq ölkəyə idxal edildiyi və bunu təsdiq edən gömrük bəyannamələrnin mövcud olduğu nəzərə alındıqda, cərimənin hesablanmasında əsas götürülən məbləğ idxal edilməmiş malların faktiki dəyərinə uyğun müəyyən edilməli idi. Bundan əlavə, məhkəmə şirkətin barəsində məsuliyyəti yüngülləşdirən halların mövcud olmadığı nəticəsinə gəlmişdir, lakin tərəfin iştirakı təmin edilmədiyindən bu nəticə faktiki araşdırmaya deyil, yalnız sənədlərin birtərəfli təhlilinə əsaslanır ki, bu da məhkəmənin nəticəsini işin real hallarından uzaqlaşdırır Beləliklə, məhkəmənin qərarda göstərilən nəticələri işdə mövcud olan faktiki hallarla malların qismən idxal edilməsi, bildirişin çatdırılmaması, təqsirin araşdırılmaması uyğun gəlmir Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1 verilmiş apellyasiya şikayətinə uyğun çıxış edərək və əlavə olaraq cəlb etmə müddətinin keçdiyinin bildirərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Protokolu tərtib edən orqann nümayəndəsi X2 iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xətanın obyekti 160553.00 ABŞ dolları deyil, 109392.00 ABŞ dolları təşkil etdiyindən təyin edilmiş inzibati tənbeh hissəsində qərarın dəyişdirilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tədbiq edilmiş cərimə miqdarına münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, «Turan Bank» vasitəsilə ## #### 2024-cü il tarixində 160.553 (yüz altmış min beş yüz əlli üç) ABŞ dolları məbləğində pul vəsait “Turan Tikinti Group MMC tərəfindən avans olaraq ölkə xaricinə köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin Protokolu tərtib edən orqan ünvanlanmış ## #### 2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənəddən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## #### 2024-cu il tarixdə ölkə xaricinə 160553.00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsaitdən 109392.00 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Təyin edilmiş tənbeh tədbiri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tənbeh tədbiri tədbiq edərkən inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 160553.00 ABŞ dolları məbləği deyil, 109392.00 ABŞ dolları məbləği təşkil etdiyinə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi 160553.00 ABŞ dollarının tam məbləği üzərindən 20 faiz cərmə tətbiq etmişdir, halbuki avans ödənişi edilmiş malların bir qisminin artıq ölkəyə idxal edildiyi və bunu təsdiq edən gömrük bəyannamələrnin mövcud olduğu nəzərə alındıqda, cərimənin hesablanmasında əsas götürülən məbləğ idxal edilməmiş malların faktiki dəyərinə uyğun müəyyən edilməli idi. Belə olan halda hesab edirəm ki, barəsində qərar çıхarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə əsasən dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 109392.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faiz) məbləğində inzibati cərimə tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəinə əsasən izibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində qərar çıхarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə əsasən dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 109392.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faiz) məbləğində, yəni 21878.4 (iyirmi bir min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində (ödəniş gününə manata olan məzənnə ilə) inzibati cərimə tətbiq olunsun. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1984/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1984/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver