Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1985/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, Protokolu tərtib edən orqan xxxx Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Protokolu tərtib edən orqan xxxx tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə saat 17:45-də Bakı şəhəri, Xətai rayonu, 2942 Q saylı məhəllə, N.Tusi küçəsi, bina 1, blok 1, 16-17-ci sütunlar arası məsafədə yerləşən ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlamada X1 praktik tibb fəaliyyətinə (stomotoloji) buraxılması faktı aşkarlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhər, Xətai rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadını ləğv edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Eskpertiza Mərkəzi tərəfində yazılmış MN******* saylı prtokolun xitam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Protokolu tərtib edən orqan xxxx tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə saat 17:45-də Bakı şəhəri, Xətai rayonu, 2942 Q saylı məhəllə, N.Tusi küçəsi, bina 1, blok 1, 16-17ci sütunlar arası məsafədə yerləşən ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlamada X1 praktik tibb fəaliyyətinə (stomotoloji) buraxılması faktı aşkarlanmışdır. xxxxnin ##.##.2026-cı il tarixli, № T-132 özəl tibb müəssisəsinin plandankənar yoxlama aktından görünür ki, yoxlama zamanı aşkar edilmişdir ki, X1 “assistant” vəzifəsində olaraq stomotolji işlər üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibbi fəaliyyətini həyata keçirməsi faktı aşkar edilmişdir. Müəssisədə tibbi qeydiyyat işləri Səhiyyə Nazirliyinin *** saylı əmrinə müvafiq olaraq formaları və qaydaları ilə aparılmır. Protokolu tərtib edən orqan “xxxx” X2 ## ##### 2026-cı il tarixli, *-**-*/*-*-***/**** saylı qərarından görünür ki, yoxlamanın keçirilmə tarixi ##.##.2026-##.##.2026-cı il tarixlərdə müəyyən edilmişdir. Əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus klinikada tibbi fəaliyyət göstərmişdir. ## #### 2019-cu il tarixli lisenziyanın əlavəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 Q saylı məhəllə, N.Tusi küçəsi, bina 1, blok 1, 16-17-ci sütunlar arası ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə stomatologiya, terapevtik stomatolji, ortopedik stomatologiya fəaliyyətinin görülməsinə icazə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinet vasitəsilə əlavə edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş protokol üzrə göstərilən nöqsanlar tam şəkildə aradan qaldırılmışdır. Nəzərə alınması xahiş edilmişdir.(fotoşəkillər əlavə edilmişdir) Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli, № **/**X müqavilədən görünür ki, “xxxx Klinika” bölməsində “direktor müavini” vəzifəsində işləyən X1 ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Protokolu tərtib edən orqan tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özəl tibb müəssisəsinin plandankənar yoxlama barədə ##.##.2026-cı il tarixli, № T-*** nömrəli Səhiyyə Nazirliyi xxxxnin əməkdaşları tərəfindən tərtib olunmuş akt, inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN saylı ******* nömrəli protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1985/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1985/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver