Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1986/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, “X1 Azərbaycan” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405- 1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə baxılması üçün “X1 Azərbaycan” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “X1 Azərbaycan” MMC-nin ##.##.2025-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, nizamnamə kapitalı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ödənilməmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli. ##.##.2026-cı il tarixli qərarı ilə “X1 Azərbaycan” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405- 1.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli. ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İXM-nin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta uzanan inzibati xəta hesab edildiyindən inzibati xəta haqqında protokol inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət pozulmadan tərtib edilmişdir. Digər tərəfdən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta uzanan inzibati xəta hesab edilməsə belə, inzibati orqanın hüquqi şəxslərin bank hesablarına baxış keçirmək səlahiyyəti yoxdur. Bununla bağlı fakt inzibati orqan tərəfindən yalnız hüquqi şəxsin nizamnamə kapitalını ödəməsi ilə bağlı qəbzi təqdim etdikdən sonra aşkara çıxarıla bilir və bundan sonra da 3 aylıq müddət pozulduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müvafiq addımlar atılır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli. ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, *-**-*-*-*/*-*****/**** saylı çıxarışdan görünür ki, “X1 Azərbaycan” MMC ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. “X1 Azərbaycan” MMC-nin nizamnaməsinin 4.3-cü bəndindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu baxımdan məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq barəsində İXM-in 405-1.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılan hüquqi şəxsin ##.##.2025ci il tarixdə qeydiyyata alındığını, onun nizamnamə kapitalını ##.##.2025-ci il tarixədək ödəməli olduğunu nəzərə almış, ##.##.2025-ci il tarixin nizamnamə kapitalının ödənilməsi üçün son tarix kimi müəyyənləşdirilməsini, həmin tarix əsas götürülməklə 4 ay müddətində hüquqi şəxs barəsində inzibati xəta haqqında icraatın başlanıla biləcəyini rəhbər tutmuş və həmin 4 aylıq müddət ötürüldüyündən inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, uzanan xəta qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Həmin xətanın bitmə anı subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Hazırda isə nizamnamə kapitalının ödənilməsi ilə bağlı konkret müddət müəyyən edilmiş və həmin müddətin bitməsi ilə də nizamnamə kapitalı ödənilmədiyindən inzibati xəta haqqında icraat məhz 4 ay ərzində başlanılmalı idi. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** nömrəli. ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X1 Azərbaycan” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405.1-1-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair **(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1986/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1986/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver