Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1988/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Məhkəmə iclas katibi X11, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili LCG Vəkil bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinin Inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ######## 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və Nümayəndə tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinin Inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Tesisat Anonim Şirkəti Azərbaycan Nümayəndəliyinin (bundan sonra "Nümayəndəlik") direktoru cənab Tolga Küçükavşar barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən (bundan sonra "Müfəttişlik") tərəfindən tərtib edilən # ######## 2025-ci il tarixli MN №******* saylı inzibati tənbeh vermə haqqında qərar (bundan sonra "Qərar") üzrə Nümayəndəliyin keçmiş işçiləri X4 və X12 etdiyi şikayətə əsasən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı Işçiyə verilən ödənişin əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsinə görə düzgün hesablanmaması əsası ilə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin (bundan sonra "IXM") 192.4-cü maddəsinə istinadən 1,500 AZN (bir min beş yüz manat) məbləğində inzibati cərimə təyin edilmişdir. X4 (Şəxsiyyət vəsiqəsi: AA 4304739) ##.##.2021-ci il tarixdə X19 və Idarə Işlər Departamentinin Idarə işlər bölməsinə xadimə-çayçı peşəsinə qəbul edilmişdir və ##.##.2025-ci il tarixində Işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. X12 (Şəxsiyyət vəsiqəsi: AZE 08600958) ##.##.2021-ci il tarixdə X19 və Idarə Işlər Departamentinin Idarə işlər bölməsinə minik maşını sürücüsü peşəsinə qəbul edilmiş və ##.##.2024-cü il tarixdə Işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. X4 və X12 əmək müqavilələrinə xitam verilən zaman, son haqqhesabı almaları ilə bağlı onlara təqdim edilən sənəddə məzuniyyət, iş vaxtından əlavə və istirahət günü çalışdıqları saatlarla bağlı bütün ödənişləri aldıqlarını və Nümayəndəliyə qarşı heç bir iddialarının olmadığını bəyan etmiş və imzaları ilə təsdiq etmişlər. (Imzalanmış sənədlər məktuba əlavə edilmişdir). Beləliklə, X4 və X12 iddialarını təsdiqləyəcək heç bir sübut təqdim edilməmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Qərarın müzakirəsi üçün təyin edildiyi deyilən ##.##.2025-ci il saat 15:00 görüşü üçün ##.##.2025-ci il tarixli 3-17-5/2-79067/2025 və ##.##.2025-ci il tarixli 3-17-5/2- *****/**** saylı bildiriş məktubları Nümayəndəliyə müvafiq olaraq ##.##.2025-ci il saat 16:00 radələrində və ##.##.2025-ci il tarixlərində çatmışdır. Beləliklə, Tolga Küçükavşar IXM-də qeyd edilən izahat vermək hüququndan məhrum edilmişdir. Bundan başqa, Müfəttişliyin yuxarıda qeyd edilən törətdiyi özbaşınalıqlardan Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə müraciət ünvanladıqdan sonra, Müfəttişlik tərəfindən verilən cavabda da Müfəttişliyin Hüquq Idarəsinin işi icra edən əməkdaşının işə baxarkən nöqsanlara yol verməsini etiraf etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ## ######## 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilən ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, X4 (Şəxsiyyət vəsiqəsi : AA 4304739) ##.##.2021-ci il tarixdə X19 və Idarə Işlər Departamentinin Idarə işlər bölməsinə xadimə-çayçı peşəsinə qəbul edilmişdir və ##.##.2025-ci il tarixində Işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. X12 (Şəxsiyyət vəsiqəsi: AZE 08600958) ##.##.2021-ciil tarixdə X19 və Idarə Işlər DepartamentininIdarə işlər bölməsinə minik maşını sürücüsü peşəsinə qəbul edilmiş və ##.##.2024-cü il tarixdə Işçinin əmək müqaviləsinə Azərbaycan RespublikasınınƏmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. X4 və X12 əmək müqavilələrinə xitam verilən zaman, son haqq-hesabı almaları ilə bağlı onlara təqdim edilən sənəddə məzuniyyət, iş vaxtından əlavə və istirahət günü çalışdıqları saatlarla bağlı bütün ödənişləri aldıqlarını və Nümayəndəliyə qarşı heç bir iddialarının olmadığını bəyan etmiş və imzaları ilə təsdiq etmişlər. X4 və X12 iddialarını təsdiqləyəcək heç bir sübut təqdim edilməmişdir. Bu faktı həm Müfəttişliyin əməkdaşları, həm də məhkəmə qəbul etmişdir. Gülünc hallardan biri də o olmuşdur ki, Müfəttişliyin əməkdaşı şikayətçilərin qeyd etdiklərini sübut kimi qələmə vermişdir. X1 Təsisat A.Ş. XX əsrin ortalarından etibarən inşaat sahəsində ilk addımlarını ataraq günümüzdə yüksək reputasiyalı şirkətlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasında fəaliyyətə isə 1995-ci ildə nümayəndəliyini təsis etməklə başlamışdır. X1 Təsisat A.Ş. AzərbaycanRespublikasında fəaliyyət göstərdiyi illər ərzində Bakı Olimpiya Stadionunun, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin binası, Mərkəzi Bankın inzibati binası, bir çox körpülərin inşası kimi irihəcmli və strateji layihələri uğurla icra etmişdir. Nümayəndəlik, həmçinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarının yenidən qurulmasında fəal iştirak edən öncül şirkətlərdən biridir. Yuxarıda qeyd edilən reputasiya və peşəkarlığa malik bir qurumun özünün təqdim etdiyi tabellərlə bilərəkdən Işçinin məzuniyyət günlərində işlətdiyini qeyd etməsini, bəyan etməsini gözləmək sadəcə gülüncdür. Beləliklə, prokurorluq Nümayəndəliyin özünün sənədləri əsasında Nümayəndəliyin rəhbərinə cərimə təyin etmişdir. Bundan başqa, Müfəttişliyin əməkdaşları Işçiyə əlavə saatlara görə edilən ödənişlərin ödəniş qaydasında yanlışlıq olduğunu, ödənişlərin son haqq-hesab zamanı deyil, hər ayın sonunda ödənilməli olduğunu bildirmişlər. Qeyd edilən məsələ ilə bağlı (yəni iş saatlarından əlavə saatlara görə ödənişin məhz hər ay ödənilməsi ilə bağlı) ƏM-də və ya hər hansı digər qanunvericilik aktında norma yoxdur. Əksi olaraq ƏM-nin 83.4-cü maddəsində “...son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr)” kimi qeyd edilir. Göründüyü kimi, ƏM son haqq-hesab zamanı işçiyə ödənilməli olan əmək haqqını da nəzərdə tutur. Bu da əlavə saatlara görə (hansı ki, əmək haqqı hesab edilir) ödənişlərin son haqq-hesab zamanı edilə biləcəyini göstərir. Xətai Rayon Məhkəməsində baş tutan ilk iclasda Müfəttişliyin əməkdaşı şahidə yönəldici suallar vermiş, bu barədə hakimə dəfələrlə müraciət etsək də, hakim heç bir ölçü götürməmişdir. Məhkəmə Işçinin əmək müqaviləsinə xitam verilən zaman edilən ödənişlər barədə heç bir etiraz və ya iradının olmaması haqqında sənəd imzalamasını nəzərə almamışdır. Bu fakt əsasında inzibati xəta tərkibi yoxdur. Xətai Rayon Məhkəməsinin hakimi X3 tərəfindən Tolga Küçükavşar barəsində tətbiq edilən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri ləğv edilsin və inzibati xəta üzrə icraata xitam verilsin. Məhkəmə iclasında barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2025-ci il tarixli nömrəli Inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 2020-ci ildən 2025-ci ilin iyul ayına kimi, X12 2011-ci ildən 2024-cü ilin dekabr ayına kimi Qərardan şikayət verən orqan (şəxs) iş saatlarından artıq, gecə növbəsində işlədikləri əlavə iş saatlarına görə qanunvericiliyin tələbləri pozularaq hər hansı bir əmək haqqı şəklində ödəniş olunmamış və bu səbəbdən əmək müqavilələrinə xitam verilərkən son haqq-hesab ödənilməmişdir. X9 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. X4 ilə bağlı tabellərdən görünür ki, X4 Inşaat və Təsisat Anonim Şirkətinin Azərbaycan Nümayəndəliyində “xadimə-çayçı” vəzifəsində işləmiş, iş günlərində “8” saat işləmiş, qeyri-iş günlərində işləməmişdir. ## #### 2021-ci il tarixli ərizədən görünür ki, X4 istehsalat zərurəti yarandığı hallarda istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində və digər qeyri iş günlərində işləməyə razılıq vermişdir. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, X4 ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və bağlanılmış əmək müqaviləsini rəhbər tutularaq orta aylıq əmək haqqının 1.7 (bir tam yeddi) misli ödənilmək şərtilə ##.##.2025-ci il tarixdən birtərəfli qaydada işəgötürən tərəfindən ləğv ediləcəkdir. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, X4 ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və bağlanılmış əmək müqaviləsini rəhbər tutularaq orta aylıq əmək haqqının 1.7 (bir tam yeddi) misli və 6 təqvim həfdəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1.4 (bir tam dörd) misli ödənilmək şərtilə ##.##.2025-ci il tarixdən birtərəfli qaydada işəgötürən tərəfindən ləğv ediləcəkdir. ##.##.2025-ci il tarixli, № ***/K əmrindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi X5 Binası layihəsinin xadimə-çayçı peşəsinin (ştatının) ləğv olunması ilə əlaqədar həmin peşədə çalışan X4 ənmək müqaviləsinə ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Qərardan şikayət verən orqan (şəxs) rəhbəri tərəfindən X7 ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, işçi X4 iş vaxtından əlavə saatlarda işləməsi ilə əlaqədar bütün ödənişlər yerinə yetirilmiş və son haqq-hesabı qanunamüvafiq qaydada ödənilmişdir. ##.##.2021-ci il tarixli № ***/K əmrindən görünür ki, ## #### 2021-ci il tarixdən X4 müddətli əmək müqaviləsinə əsasən 3 (üç) ay müddətinə aylıq əmək haqqısı net (ələ alınan) 750 AZN (yeddi yüz əlli) təyin edilmək şərti ilə Iş 376 Azərbaycan Respublikasının Mərkəzi X5 Binasi layihəsinə Xadimə-çayçı peşəsinə işə qəbul edilmişdir. X4 ilə bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, iş saatı 08:00-də başlanır, saat 17:00-da qurtarır. X12 ilə bağlı tabellərdən görünür ki, X12 Inşaat və Təsisat Anonim Şirkətinin Azərbaycan Nümayəndəliyində “minik maşını sürücüsü” vəzifəsində işləmiş, iş günlərində “8” saat işləmiş, qeyri-iş günlərində işləməmişdir. ##.##.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X12 ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və bağlanılmış əmək müqaviləsini rəhbər tutularaq orta aylıq əmək haqqının 2 misli ödənilmək şərtilə ##.##.2025-ci il tarixdən birtərəfli qaydada işəgötürən tərəfindən ləğv ediləcəkdir. ##.##.2024-cü il tarixli, № ***/K əmrindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi X5 Binası layihəsinin minik maşını sürücüsü peşəsinin (ştatının) ləğv olunması ilə əlaqədar həmin peşədə çalışan X12 ənmək müqaviləsinə ## ###### 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. X12 ilə bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, iş saatı 08:00-də başlanır, saat 17:00-da qurtarır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 Təsisat Anonim Şirkətində X4 və X12 iş vaxtından kənar işlərə cəlb edilməsi, lakin əmək haqqlarının ödənilməməsi təsdiqini tapdığından, eləcə də qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsinin Inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın barəsində MN ******* nömrəli, ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında qərar üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmə araşdırası zamanı təsdiq edilmişdir ki, işçi X4 və X12 iş vaxtından kənar işlərə cəlb edilmiş lakin onlara əlavə əmək haqqı ödənilməmişdir. Hesab edilir ki, Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edirəm. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 3-cü bəndində əsasən əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinin Inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ######## 2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər Idarəsinin Inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ######## 2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) direktoru Tolga Küçükavşarın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1988/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1988/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver