Məhkəmə qərarları › İş №3(3-6)-1989/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1989/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1989/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.3, 332.1-ci maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixli, IXP ******* saylı protokol əsasında Qərardan şikayət verən orqan (şəxs), ##.##.2025-ci il saat 01:00-da “JAGUAR XF” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən IXM-in 332.3, 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.3, 332.1-ci maddələri ilə təqsirli bilinərək 400 ( dörd yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında ## #### 2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını tam araşdırmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Eyni hadisə ilə bağlı Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə əvvəlki inzibati qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün Dövlət Yol Polisi Idarəsinə qaytarılmışdır. Həmin qərarda məhkəmə açıq şəkildə göstərmişdir ki: 1) iş tam araşdırılmamışdır; 2) nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin kimliyi müəyyən edilməmişdir; 3) inzibati orqan kifayət qədər sübut təqdim etməmişdir. Lakin iş yenidən araşdırıldıqdan sonra DYP tərəfindən məni araşdırmaya dəvət etmədən, izahat almadan, iştirakını təmin etmədən yenidən inzibati qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi isə əvvəlki qərarında göstərdiyi çatışmazlıqların aradan qaldırılıb-qaldırılmasını araşdırmadan həmin yeni qərarı qanuni hesab etmişdir. Məhkəmə qərarında da göstərilir ki, iş yenidən araşdırılmışdır. Lakin: 1) o araşdırmaya çağırılmamışdır; 2) izahat vermək imkanı olmamışdır; 3) əlavə sübut təqdim etmək imkanı olmamışdır; 4) ona heç bir sual verilməmişdir. Beləliklə müdafiə hüququ ciddi şəkildə məhdudlaşdırılmışdır, inzibati məsuliyyət yalnız sübuta yetirilmiş faktlara əsaslana bilər. Lakin iş materiallarında: 1) video yoxdur; 2) foto yoxdur; 3) videoregistrator görüntüsü yoxdur; 4) müstəqil şahid yoxdur; 5) avtomobili idarə etdiyimi təsdiq edən heç bir obyektiv sübut yoxdur. Məhkəmə qərarı yalnız polis əməkdaşının ifadəsinə əsaslanmışdır. Bu isə Inzibati Xətalar Məcəlləsinin 76 və 84-cü maddələrinin tələblərinə uyğun deyildir. Məhkəmədə şahid qismində X1 dindirilmişdir. Lakin onu saxlayan polis əməkdaşı həmin şəxs olmamışdır. Onu saxlayan ekipajın xidməti avtomobili ** YP *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Qocayev Mahmudun idarə etdiyi xidməti avtomobil isə ** YP *** dövlət qeydiyyat nişanlı avtomobildir. Buna baxmayaraq məhkəmə onun ifadəsini əsas sübut kimi qəbul etmişdir. Halbuki məhkəmə iclasında ona verilən suallardan da məlum olmuşdur ki: 1) saxlanmanın dəqiq yerini bilmirdi; 2) saxlanma zamanı yanında hansı əməkdaşların olduğunu bilmirdi; 3) hadisənin digər mühüm hallarını dəqiq izah edə bilmirdi. Bu hallar onun hadisənin birbaşa iştirakçısı olmaması barədə ciddi şübhələr yaradır. Inzibati protokolun Qocayev Mahmud tərəfindən tərtib olunması onun hadisəni şəxsən müşahidə etməsi demək deyildir. O, hesab edir ki, avtomobil duracağa aparıldıqdan sonra protokol digər əməkdaşın göstərişi əsasında tərtib edilmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə2, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirsə də, onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi, mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmiş, toplanmış sənədlər və videogörüntü tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı, şikayətin dəlilləri ilə müqayisədə, inzibati iş üzrə toplanmış icraat materialları bir daha tədqiq və təhlil olunarkən, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il saat 01:00-da “JAGUAR XF” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən IXM-in 332.3, 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar