Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1991/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan (bundan sonra – səlahiyyətli orqan) tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və həmin qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan tərəfindən barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli qərar barədə ona heç bir məlumat verilməmiş, araşdırma aparılmadan cərimə olunmuşdur. Qeyd olunan qərarı ##.##.2026-cı il tarixdə rəsmi qaydada almışdır. Buraxılmış müddət onun təqsiri səbəbindən baş verməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini, şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Hüquqi savadının olmaması səbəbindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ayrıca şikayət etməmişdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati xəta haqqında icraat materiallarını araşdıraraq, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixdə şəxsən səlahiyyətli orqana müraciət etməklə ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əldə etmişdir. Məhkəmə qərarının ##.##.2026-cı il tarixdə şəxsən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təhvil alınmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati qanunvericilikdə nəzərdə tutulmuş qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət ərizəsi ilə müraciət edilə bilməsi qaydası pozulmuş, qeyd edilən müddət ərzində də səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət verilməmiş, şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə vəsatət məhkəməyə daxil olmuşdur. Məhkəmə müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, şikayətçi qərarın surətini gec aldığından qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmiş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlil göstərməmiş, bu barədə iş materiallarına sübut əlavə edilməmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, verilmiş şikayətdə göstərilən formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1991/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1991/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver