Məhkəmə qərarları › İş №3(3-6)-1994/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1994/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1994/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarından Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## #### 2025-cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2023-cü il tarixində xarici şirkətin hesabına 115,627.00 ABŞ dolları məbləğində avans köçürməsi həyata keçirilmişdir. Qanunvericiliyin tələbinə əsasən xaricə köçürülmüş vəsait müqabilində müəyyən edilmiş müddət ərzində mallar ölkəyə idxal edilməli və ya ödənilmiş vəsait geri qaytarılmalı idi. Lakin iki il ərzində 49,016.00 ABŞ dolları dəyərində malların idxalı həyata keçirilmədiyindən və ya vəsaitin geri qaytarılması təmin olunmadığından Mərkəzi Bank tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2025-ci il tarixində EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokol əsasında Mərkəzi Bankda işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi öz təsdiqini tapdığından barəsində ## #### 2025-ci il tarixində EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə uyğun olaraq inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 10%-i, yəni 4,901.60 ABŞ dolları məbləğində cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) bu qərardan şikayət vermiş və Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixində *(*- **)-***/**** nömrəli qərarı ilə Mərkəzi Bankın ## #### 2025-ci il tarixli EP ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ***-F/**-AB nömrəli müqavilə üzrə təqdim edilmiş gömrük bəyannamələrinə əsasən müxtəlif tarixlərdə ümumilikdə 118.819,60 ABŞ dolları məbləğində malların idxal edildiyi göstərilmişdir. X1 tərəfindən aparılmış araşdırma zamanı həmin gömrük bəyannamələrinin ## ###### 2023-cü il tarixində xaricə köçürülmüş 115.627,00 ABŞ dolları məbləğində avans ödənişinin təyinatında qeyd olunan ** nömrəli, ## ###### 2023-cü il tarixli idxal müqaviləsi ilə eyniləşmədiyi müəyyən edilmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilən gömrük bəyannamələrinin avans ödənişinə aid olmadığı yazılı etirazda da göstərilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmamış, bəyannamənin müxtəlif ödənişlərlə əlaqələndirilməsi məsələsinə hüquqi qiymət verilməmiş və tərəfin təqdim etdiyi sənədlərə formal yanaşılaraq həmin sənədlər əsasında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Nəticədə iş üzrə sübutlar hərtərəfli, obyektiv və tam araşdırılmamış və məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uyğun olmamışdır. Məhkəmə araşdırması zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bəyan olunmayan 49,016.00 ABŞ dolları qalıq hissəyə münasibətdə nə malların ölkəyə idxalı, nə də ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və işin hallarına düzgün hüquqi qiymət verilməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 115627.00 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 49016.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə törədilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -***-F/**-AB nömrəli müqavilə üzrə gömrük bəyannamələrinə əsasən ## ##### 2024cü il tarixdə 16455.00 ABŞ dolları, ## ### 2024-cü il tarixdə 10855.00 ABŞ dolları, ## #### 2024-cü il tarixdə 10855.00 ABŞ dolları, ## #### 2024-cü il tarixdə 177721.00 ABŞ dolları, ## #### 2023-cü il tarixdə 19730.00 ABŞ dolları, ## #### 2024-cü il tarixdə 10897.00 ABŞ dolları, ## ####### 2023-cü il tarixdə 11084.00 ABŞ dolları, ## ###### 2023-cü il tarixdə 12649.00 ABŞ dolları məbləğində olmaqla, cəmi 118819,60 ABŞ dolları məbləğində malları ölkəyə idxal etmişdir. Birinci instansiya məhkəməsi gömrük bəyannamələri, hesab fakturalar və digər sübutlara əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ölkə xaricinə köçürülmüş vəsait müqabilində mallar ölkə daxilinə idxal edildiyi sübut edildiyindən hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri ilə ## ###### 2023-cü il tarixində xaricə köçürülmüş 115.627,00 ABŞ dolları məbləğində avans ödənişinin bəyan olunmayan 49016.00 ABŞ dolları hissəsinin idxal edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən gömrük bəyannamələrinin avans ödənişinə aid olmadığından və apellyasiya icraatı zamanı da mallarən ölkəyə idxal edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi vardır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbləri aşkar şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Qərarından şikayət verilən orqan təqdim edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməli, verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında ## #### 2025-ci il tarixli, EP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında ## #### 2025-ci il tarixli, EP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Mərkəzi Bank tərəfindən qəbul olunmuş ## #### 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar