Məhkəmə qərarları › İş №3(3-6)-1995/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1995/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1995/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1968-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yardımlı rayonu Bozaryan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X1 İdarəsinin yol patrul xidməti baş inspektoru, R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsindəki rəsmi iş materialları ilə tanış olarkən tərəfindən aşkar edilmişdir ki, yol polisi əməkdaşları tərəfindən tərtib olunmuş “Sərxoşluq vəziyyətini müəyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol'un üzərində kobud kargüzarlıq saxtakarlığı aparılmışdır. Protokolda onun öz əli ilə yazdığı “Mən dünən saat 5 də 1 bokal pivə içmişəm” qeydi mexaniki üsulla silinmiş, sətirlər qəsdən boş buraxılmışdır. Lakin, silinmiş cümlənin izi sənədin əslində aydın şəkildə gözlə görünür. Məhkəmənin əsaslandığı və polisin şəxsi mobil telefonunun kamerası ilə çəkdiyi videogörüntüdə onun dediyi ilk cümlə “Mən dünən saat 5-də 1 bokal pivə içmişəm" ifadəsi montaj edilərək konteksdən çıxarılmışdır. «Polis haqqında» Qanunun 13 cü maddəsinin XI bəndinə zidd olaraq, dövlət yaxa kamerasını və avtomobil daxili bort kamerasını söndürüb şəxsi telefonla aldatma və manipulyasiya yolu ilə çəkilən və üzərində montaj aparılan bu video İXM-nin 76.3 maddəsinə əsasən qanunsuz sübutdur və icraatda istifadə olunmasına yol verilmir. Hakim qərarda iddia edir ki, ##.##.2026-cı il saat 10:53-də onda 0,311 promil (sərxoşluğun ən minimal sərhəddi) olub və 6 saat sonra onun aldığı 0 promillik rəsmi tibbi arayış "təbii ayılma" ilə bağlıdır. Halbuki, avtomobilini cərimə meydançasına yerləşdikdən və polis nəzarətindən xilas olduqdan sonra - yəni həmin gün saat 12:30 dan 17:07 radələrinə qədər (promil arayışı alan dövrə qədər) başa düşdüyü və bacardığı səviyyədə müdafiəsini qurmaq üçün mümkün olan nə varsa etməyə çalışmışdır. Dərhal alkotest müayinəsindən keçmək üçün Mərdəkan ** nömrəli xəstəxana, Referans-1 və Referans -2 klinikalarında olmuşdur. (Qəbul şöbələrində şəxsi telefonu diktafonunda dəqiqə və saniyələrə qədər danışıqları qeydə alınıb) Alkotest xidmətlərinin olmadığını öyrəndikdən sonra DİN *** saylı qaynar xəttinə polisin onu aldatması barədə məlumat verərək kömək istəmişdir. Daha sonra Baş Prokurorluğun *** saylı qaynar xəttinə müraciət edərək polisin ondan saat 17:00-a qədər 300 manat məbləğində rüşvət istəməsi faktını bildirmiş və operativ qrup yaradılaraq həmin rüşvətin polisə verilməsində onunla birgə iştirak etmələri barədə xahiş etmişdir. (Hazırda müraciəti Cinayət təqibindən kənar İcraatlar İdarəsində rəsmi araşdımadadır) Vaxt itirməyərək Maştağadakı Norkoloji xəstəxanadan 0 promil arayış almışdır. Bütün bu səyləri hadisə anından bəri tam ayıq və adekvat olduğumu elmi şəkildə təsdiqləyir. Hakim isə heç bir ekspet rəyi olmadan özbaşına tibbi rəy vermişdir. ASAN PAY rəsmi dövlət sistemi təsdiq edir ki, protokol 16.052026-cı ildə tərtib olunmuş, ##.##.2026-cı il tarixdə tərtib olunmuş GP******** nömrəli qərardadla birlikdə sistemə daxil edilmişdir. (məhkəməyə göndərilən qərardadın üzərində isə 16 may tarixi görünməkdədir) Lakin, sonradan polis həmin qərardadı məhkəməyə göndərməmiş, 28 may tarixində səlahiyyətini aşaraq elektron sistemə ******* nömrəli 400 manatlıq cərimə qərarı yerləşdirmişdir. ##.##.2026-ci il tarixdə həmin qərardadan məhkəməyə şikayət ərizəsi verdikdən sonra ##.##.2026-cı il tatixdə 19 gün əvvəl tərtib edilmiş qərardadı Xəzər rayon məhkəməsinə göndərmişdir. Nəticədə, məhkəmədə 1 fakt üzrə qoşa icraat getmiş, eyni gündə və eyni zalda 2 fərqli qərar qəbul edilmişdir. Bundan başqa avtomibili hadisə vaxtı meydançasına salınarkən heç bir sənədləşmə aparılmaması və protokolun surətinin ona verilməməsi faktının üzərindən hakim sükutla keçmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri X1 İdarəsinin yol patrul xidməti inspektoru, baş inspektoru, R X2 tərtib etdiyi ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs **-UC-*** dövlət nömrə nişanlı “QAZ-330218” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun əməlində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli, ##.##.2026-cı il tarixli protokoldan görünür ki, həmin gün, saat 10:53-də sərxoşluq vəziyyətini müəyyən etmək üçün nəzərdə tutulmuş xüsusi texniki vasitədən istifadə edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şərxoş halda nəqliyyat vasitəsini idarə etməsi, alkoqolun miqdarının 0,311 promil olması müəyyən edilmişdir. «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» ******* saylı, ##.##.2026-cı il tarixli protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yazılmış və imzalanmış qeyddə göstərilmişdir: «Mən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs söz verirəm ki, bir daha nəqliyyat vasitəsini sərxoş vəziyyətdə sürməyəcəyəm. Həkimə getməyə ehtiyac yoxdur. 1 bakal pivə İmza». Barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında */*** №-li ##.##.2026-cı il tarixli protokoldan görünür ki, həmin gün, saat 17:05-də müayinədən keçirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol qəbulu əlamətlərinin olmaması aşkar edilmişdir. Spirtli içki qəbul etmədiyi halda hansı səbəbdən YPX əməkdaşları tərəfindən tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli ##.##.2026-cı il tarixli protokolda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini etiraf edib alkotester göstərici ilə razı olması, həkim müayinəsindən keçməyə ehtiyac olmadığı, bir daha spirtli içki içib maşın sürməyəcəyi barədə öz xətti ilə yazılı qeyd aparıb imza etməsi barədə soruşulduqda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, onun sözləri təhrif olunmuş şəkildə protokolda qeyd edilmişdir və hesab edir ki, protokol saxtalaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş videomaterialda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etdiyini etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə avtomobil idarə edərkən sərxoş vəziyyətdə olması iş üzrə yuxarıda qeyd olunan sübutlarla tam təsdiqini tapmışdır. Şəxs tərəfindən təqdim edilmiş tibbi müayinə sənədi isə etibarlı sübut kimi məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, apellyasiya qaydasında verilmiş şikayətlə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 10:56-da yerində aşkar olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə saat 17:05-də tibbi müayinədən keçmişdir ki, aradakı 6 saata qədər fərq şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Həmçinin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənməsi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 məktubu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş üzrə tərtib edilmiş protokol, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün vermişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və barəsində qərar qəbul etmişdir. Məhkəmə eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi digər dəlillərə qiymət verərək hesab edir ki, təqdim olunmuş video görüntünün montaj olması, səsinin konteksdən çıxarılması, protokolun üzərində mexaniki silinmələrin olması ilə bağlı dəlilləri əsaslı deyil, iş materiallarında olan protokolun üzərinə vizual baxışdan da görünür ki, protokolun əsli iş materiallarına əlavə olunmaqla, protokolda hər hansı silinmə və düzəliş izləri yoxdur. Məhkəmə kollegiyası verilmiş şikayətin polis əməkdaşının ondan rüşvət istəməsi faktını ilə bağlı qeyd edir ki, qeyd edilən məsələ ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, bu barədə artıq müvafiq qurumlara müraciət etmişdir. Bununla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı polis əməkdaşı tərəfindən qeyri-prosessual hərəkətlər yol verilibsə, aidiyyəti üzrə qurumlara müraciət etmək hüquqları izah edilir. Beləliklə, sadalanan qanunvericiik aktı normalarına və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar