Məhkəmə qərarları › İş №3(3-6)-1996/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1996/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1996/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsi İTŞ-nin BB-nin inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ##.##.2026-cı il tarixdə X6 Aeroportu ərazisində saat 02:55 radələrində Terminal 2-nin avtodayanacağında avtomobildə qumar oyunu oynadığı müəyyən edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, o, əsas etibarı ilə H.Əliyev adına X2 ərazisində taksi fəaliyyəti ilə məşğul olur, qeyd edilən vaxtda da həmin yerdə digər taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə birlikdə dayanmışdır və sərnişin gözləmişdir. Bu vaxt polis əməkdaşı Yaşar Əhmədov onlara yaxınlaşaraq burda nə üçün dayandıqlarını soruşmuş, o da bildirmişdir ki, Zəfərin Nəbiyə 100 manat borcu vardır və bu barədə söhbət edirlər. Bu vaxt həmin yerə digər polis əməkdaşları da gəlmişlər, Yaşar bildirmişdir ki, sizin barənizdə bizdə məlumat var siz burada qumar aynamaqla məşğulsunuz. O, buna etiraz edərək bildirmişdir ki, nə o nə də digər şəxslər qumar oynamırlar, dayanıb ruzilərini gözləyirlər. Buna baxmayaraq polis əməkdaşı dediyində israr etmiş və Nəbinin maşınını axtarmağa başlamış, maşından kart çıxmış, bu vaxt Yaşar demişdir ki, onun 15 il stajı var və onu aldada bilmərik. Buna etiraz etmişlər və o bildirmişdir ki, maşında kart olması onun qumar oynaması anlamına gəlmir, həmçinin siz bizi nə qumar oynayan yerdə görmüsünüz nə də ortalıqda pul vardır. Yaşar mən bunu sizə sübut edərəm dedi və həmin kartı Nəbinin maşının üstünə qoyaraq bizə məcbur etdi ki. qumar oynadığımızı etiraf edək və bildirdi ki, əgər etiraf etməsəniz birdə siz Hava Limanı ərazisinə daxil ola bilməyəcəksiniz. Faktiki olaraq nə o, nə də digərləri Hava Limanı ərazisinə buraxılmırlar, himayəsində iki azyaşlı uşaqları vardır, faktiki olaraq onların tibbi müalicəyə ehtiyacı vardır. Polisin bu qanunsuz hərəkətinin nəticəsidir ki, o ailəsini dolandırmaqda çətinlik çəkir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş səlahiyyətli şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: ##.##.2026-cı il tarixdə saat 02:55 radələrində Allahverdiyev X4 Əliyev Beynəlxlaq Aeroportu Terminal 2-nin avtodayanacağında saxladığı, öz şəxsi istifadəsində olan **-CL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Avante” markalı avtomobilində tanışları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu ilə qumar oyunu oynayarkən Hava NPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, İdarəyə gətirilmişlər. Araşdırma zamanı X9 əməlində AR CM-nin 244-1-ci maddəsinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. X8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməllərində AR İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun izahatından görünür ki, o izahatında göstərmişdir ki, araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tanışı İbrahimov Zəfər Soltan oğlu ilə eyni məzmunda izahat verərək bildirmişdir ki, həqiqətən onların hər iki Nəbi Allahverdiyevlə birlikdə sonuncunun **-CL-*** dövlət qeydiyyat nişanlı ‘'Hyundai Avante” markalı avtomobilində pul qarşılığında kart oynamış, Vüsal Nadirli onlarla kart oynamamış, yalnız onların oyunlarına baxmışdır. Birinci instansiya məhkəməsi inzbati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə tətbiq olunur. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. Belə ki, qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, Qumar oyununda iştirak etmə, yəni qumar oynama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu ##.##.2026-cı il tarixdə X6 Aeroportu ərazisində saat 02:55 radələrində Terminal 2- nin avtodayanacağında avtomobildə 50 qəpikdən qumar oyunu (kart) oynadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Qeyd edilən məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi mövcuddur və apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar