Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2000/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X34 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Qasımov Elşən İsa oğlunun və nümayəndəsi (vəkili) Nağıyev İqbal Adil oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsaən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, Əlişir Nəvai, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yerləşən tikinti obyektində ##.##.2026-cı il tarixdə saat 10:50-də işçi X6 (FİN:1582MS3, AZE 14013478) əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati məsuliyyətə cəlb edilməyinə əsas olmuş monitorinq və sonrakı inzibati icraat qanunvericiliyin imperativ tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, həmin materiallar sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, ***** nömrəli "Yoxlama aktf'ndan görünür ki, yoxlanılan sahibkar qismində ’’xxxxs” MMC göstərilmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən verilmiş ##.##.2026-cı il tarixli, KY********* nömrəli Çıxarışda (elektron imzalanma tarixi ##.##.2026) da yoxlanılan sahibkar kimi yalnız ’’xxxxs” MMC qeyd edilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolda monitorinqin keçirildiyi ünvan kimi də məhz ’’xxxxs” MMC-yə məxsus tikinti sahəsi göstərilmişdir. Həmçinin iş materiallarında olan ’’xxxxs” MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair “Arayış"dan açıq şəkildə görünür ki, həyata keçirilmiş monitorinq ’’NƏRGİZİM- 2008” MMC barəsində deyil, məhz ’’xxxxs” MMC barəsində aparılmışdır. Daha da əhəmiyyətlisi, həmin Arayışda göstərilir ki, ’’xxxxs” MMC tərəfindən işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsi bağlanmışdır, Arayışın * nömrəli cədvəlində ’’Müqaviləsi olmayan şəxslərin sayı” sütununda işarəsi qeyd edilməklə hər hansı pozuntunun aşkar edilmədiyi göstərilmişdir. Lakin bununla yanaşı, həmin Arayışın * nömrəli cədvəlində Həsənov Sədayıhn adı ’’xxxxs” MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslər sırasında göstərilmiş, sonradan isə bu hal heç bir hüquqi və faktiki əsas olmadan ’’xxxx” MMC-yə aid edilmişdir. Beləliklə, eyni monitorinq sənədlərində həm pozuntunun olmaması qeyd edilmiş, həm də həmin monitorinqin nəticəsi başqa hüquqi şəxsə münasibətdə inzibati məsuliyyət üçün əsas götürülmüşdür. Bu isə nzibati xətalar qanunvericiliyinin prinsiplərinə tamamilə ziddir. Bundan əlavə, ’’Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və Reyestrdə qeydiyyata alınmadan və ya qeydiyyata alınmış məlumatlardan kənara çıxmaqla aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.3, 3.4.5, 3.4.8 və 5.1.3-cü bəndlərinə əsasən Reyestrdə yoxlanılan sahibkarın adı, VÖEN-i, yoxlama obyekti və yoxlamanın predmeti dəqiq göstərilməlidir və yoxlama yalnız həmin çıxarışda göstərilən məlumatlara uyğun aparılmalıdır. Əsasnamənin 5.2-ci bəndi isə imperativ qaydada müəyyən edir ki, yoxlama yalnız Reyestrdən verilmiş çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Hazırkı iş üzrə isə Reyestrdən verilmiş çıxarış yalnız ’’xxxxs” MMC barədə olduğu halda, həmin monitorinqin nəticələrinin ’’xxxx” MMC barəsində hüquqi nəticə doğurması qanunvericiliyin açıq şəkildə pozulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X20 X42 şöbəsi haqqında Əsasnamə monitorinq aparan vəzifəli şəxslərin hərəkətlərini dəqiq müəyyən etmişdir. Belə ki, 3.1.5-ci bəndə əsasən, səyyar monitorinq yalnız müşahidə kameraları, analitik tanıma sistemi, elektron reyestrlər və digər məlumatların təhlili nəticəsində yaranmış şübhələrin yerində araşdırılması məqsədilə həyata keçirilə bilər; 4.1.3-cü bəndə əsasən, monitorinq aparan əməkdaşlar pozuntu hallarının obyektiv və hərtərəfli araşdırılması üçün bütün zəruri sənədləri tələb etməli, izahatlar almalı və sənədlərlə tanış olmalıdırlar; 4.1.5-ci bəndə əsasən, monitorinq zamanı sahibkardan monitorinqə aid sənədlər tələb edilməli və yaranan suallara dair yazılı və ya şifahi izahat alınmalıdır; 4.1.11-ci bəndə əsasən, zəruri hallarda digər dövlət orqanlarından və tikinti fəaliyyəti subyektlərindən məlumatların alınması təmin edilməlidir. Lakin hazırkı iş üzrə bu qanuni vəzifələrin heç biri yerinə yetirilməmişdir. Monitorinq zamanı ’’xxxx” MMC-dən heç bir sənəd tələb edilməmiş, cəmiyyətin nümayəndəsindən izahat alınmamış, əmək münasibətlərinə dair sənədlər araşdırılmamış, Həsənov Sədayıhn hansı hüquqi şəxs tərəfindən işə cəlb olunduğu müəyyən edilməmiş, onun əmək münasibətlərinin aidiyyəti obyektiv araşdırılmamışdır. Əksinə, bütün monitorinq materialları ’’xxxxs” MMC barədə tərtib edilmiş, lakin sonradan hüquqi əsas olmadan həmin materiallar ’’NƏRGİZİM- 2008” MMC barəsində inzibati məsuliyyət üçün istifadə olunmuşdur. Bu isə inzibati orqanın iş üzrə bütün halları tam, obyektiv və hərtərəfli araşdırmaq vəzifəsini kobud şəkildə pozduğunu göstərir. Bundan başqa, həmin Əsasnamənin 6.2ci bəndinə əsasən, Əmək X42 şöbəsinin müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Buna baxmayaraq, monitorinqin Reyestrdə göstərilən sahibkara münasibətdə aparılmaması, monitorinq materiallarının başqa hüquqi şəxsə tətbiq edilməsi, faktiki halların araşdırılmaması və sənədlərin yoxlanılmaması həmin vəzifələrin lazımi qaydada icra edilmədiyini göstərir. Beləliklə, iş materialları özü sübut edir ki, monitorinq Reyestrdə yalnız ’’xxxxs” MMC üzrə qeydiyyata alınmışdır; bütün aktlar, çıxarışlar və arayışlar həmin hüquqi şəxsə aid edilmişdir; monitorinq nəticəsində pozuntunun olmaması göstərilmişdir; buna baxmayaraq eyni materiallardan istifadə edilməklə tamamilə başqa hüquqi şəxs — ’’xxxx” MMC inzibati məsuliyyətə cəlb edilmişdir. ’’xxxx”xxxx” MTK arasında podrat müqaviləsi mövcuddur. Podrat münasibətlərinin xarakteri nəzərə alınmaqla, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsindən əvvəl işçinin gələcək fəaliyyət göstərəcəyi obyektlə tanış olması, təhlükəsizlik qaydaları, iş şəraiti və yerinə yetiriləcək işlər barədə məlumatlandırılması tam mümkün və təbii haldır. Şəxsin tikinti ərazisində olması onun əmək funksiyasını yerinə yetirməsi faktını avtomatik olaraq təsdiq etmir. Konfıdensialhğın və işgüzar nüfuzun pozulması Hazırkı iş üzrə monitorinq və yoxlama sənədlərindən açıq şəkildə görünür ki, bütün monitorinq tədbirləri və toplanmış məlumatlar ’’xxxxs” MMC barəsində aparılmışdır. Buna baxmayaraq, həmin sənədlərdə əks olunan məlumatlar sonradan ’’xxxx” MMC barəsində inzibati icraatın aparılması üçün əsas kimi istifadə edilmişdir. Belə yanaşma nəticəsində bir hüquqi şəxsə aid məlumatlar digər hüquqi şəxsə münasibətdə istifadə edilmiş, bununla da dövlət orqanının sərəncamında olan məlumatlardan təyinatı üzrə istifadə edilməsi prinsipi pozulmuşdur. Hüquqi şəxslərə aid monitorinq materiallarının, işçilər haqqında məlumatların və fəaliyyətlə bağlı sənədlərin aidiyyəti olmayan şəxs barəsində tətbiq edilməsi həmin məlumatların konfidensiallığının qorunması prinsipinə ziddir. Eyni zamanda, ’’xxxx” MMC barəsində heç bir hüquqi əsas olmadan “qanun pozuntusu törətmiş sahibkar” təəssüratı yaradılmış, şirkət əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu isə şirkətin işgüzar nüfuzuna, etibarlı sahibkarlıq subyekti kimi formalaşmış reputasiyasına xələl gətirmiş, kommersiya məlumatlarının yayılmasına, onun tərəfdaşları, sifarişçiləri və dövlət orqanları qarşısında etibarlılığına mənfi təsir göstərmişdir. Hüquqi dövlət prinsiplərinə uyğun olaraq dövlət orqanları əldə etdikləri məlumatlardan yalnız onların toplandığı məqsəd üçün və yalnız aid olduğu hüquqi şəxsə münasibətdə istifadə etməlidirlər. Əks yanaşma hüquqi müəyyənlik, qanunilik, məlumatların mühafizəsi və sahibkarlıq subyektlərinin hüquqlarının qorunması prinsiplərinin pozulması ilə nəticələnir. Beləliklə, hazırkı işdə inzibati icraat zamanı yalnız prosessual qaydalar deyil, həm də "xxxx" MMC-nin konfıdensial məlumatlarının qorunması, işgüzar nüfuzunun müdafiəsi və qanuni mənafelərinin təmin olunması ilə bağlı fundamental hüquqları da pozulmuşdur. Belə ziddiyyətli və qanunvericiliyin tələblərinə uyğun əldə olunmamış sübutlar inzibati məsuliyyət üçün mötəbər sübut hesab edilə bilməz. Qanun pozuntusu ilə əldə edilmiş materiallar hüquqi nəticə doğurmadığından, onların əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. 1. Şəxsin tikinti sahəsində olması onun əmək funksiyasını yerinə yetirməsi demək deyildir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta yalnız şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən faktiki olaraq işlərin görülməsinə cəlb olunması zamanı yaranır. İnzibati orqan isə X7 hansı işi gördüyünü, kimdən göstəriş aldığını, kimə tabe olduğunu, hansı əmək funksiyasını icra etdiyini, əmək alətlərindən istifadə edib-etmədiyini, ona əmək haqqının hansı hüquqi şəxs tərəfindən ödənildiyini sübut etməmişdir. Tikinti sahəsində olması öz-özlüyündə əmək münasibətlərinin mövcudluğunu təsdiq edən sübut hesab edilə bilməz. "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış podrat müqaviləsinə əsasən şirkətin həmin tikinti obyektində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən X7 monitorinq zamanı obyektdə olması görüləcək iş, iş yeri, texniki təhlükəsizlik qaydaları və əmək şəraiti ilə tanış olması məqsədi ilə də olması izah oluna bilər. İnzibati orqan bu ehtimalı istisna edən heç bir sübut təqdim etməmişdir. 2. Əmək münasibətlərinin rəsmiləşdirilməsi prosesi artıq başlanmışdı İş materiallarından görünür ki, ## ###### 2026-cı il tarixdə saat 11:33-də X7 ilə bağlanmış əmək müqaviləsi ƏMAS sistemi vasitəsilə təsdiqə göndərilmişdir. Birinci instansiya məhkəməsi bu halı ümumiyyətlə qiymətləndirməmişdir. Əmək müqaviləsinin həmin gün rəsmiləşdirilməsi üçün zəruri prosedurların artıq həyata keçirilməsi onu göstərir ki, işə qəbul prosesi davam edirdi. Məhkəmə isə bu mühüm halı araşdırmadan yalnız monitorinq aktına istinad etməklə nəticəyə gəlmişdir. 3.Video yazı məhkəmənin gəldiyi nəticəni təsdiq etmir Qərarda göstərilir ki, X7 videoda həmin gün işə başladığını və əmək müqaviləsinin gün ərzində bağlanacağını bildirmişdir. Lakin həmin ifadə özlüyündə onun monitorinq anında artıq əmək funksiyasını yerinə yetirdiyini və bunun "xxxx" MMC-nin göstərişi ilə baş verdiyini sübut etmir. Video yazıda onun konkret əmək funksiyasını yerinə yetirməsi, tapşırıq icra etməsi və ya '’xxxx" MMC tərəfindən işə cəlb olunması barədə məlumat mövcud deyildir. 4. Məhkəmə sübutları tam araşdırmamışdır. Məhkəmə monitorinq aparmış əməkdaşları, X7, tikinti obyektinin məsul şəxslərini, dindirməmiş, onların izahatlarını almamışdır. Bu şəxslərin ifadələri olmadan X7 hansı hüquqi şəxsin göstərişi ilə, hansı işləri yerinə yetirdiyini müəyyən etmək mümkün deyildir. Beləliklə iş üzrə əhəmiyyətli hallar tam araşdırılmamışdır. 5. Təqsir qanunun tələb etdiyi səviyyədə sübut olunmamışdır Azərbaycan Respublikası İXM-in 3, 12 və 76-cı (8.3. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.) maddələrinin tələblərinə əsasən inzibati məsuliyyət yalnız hüquqazidd əməlin və şəxsin təqsirinin şübhəsiz sübuta yetirilməsi halında mümkündür. Hazırkı işdə isə işəgötürənin kim olması barədə sübutlar ziddiyyətlidir; monitorinq aktı ilə məhkəmə qərarı arasında uyğunsuzluq mövcuddur; əmək funksiyasının faktiki icrası sübuta yetirilməmişdir; məhkəmə bütün halları araşdırmadan nəticəyə gəlmişdir. Belə şəraitdə "xxxx" MMC barəsində inzibati məsuliyyət tətbiq edilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin Məcəllənin 76.1-ci maddəsinə əsasən iş üzrə bütün hallar tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. Beləliklə, mövcud iş üzrə qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı mövcud olmadığından Azərbaycan Respublikası tnzibati Xətalar Məcəlləsinin 192.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi formalaşmamışdır. Hesab edirik ki, Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, № İş 3(5- **)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Nağıyev İqbal Adil oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Qasımov Elşən İsa oğlu vəkilin mövqeyini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X34 bildirdi ki, apellyasiya şikayətini qəbul etmirlər. Tikinti obyektində monitorinq keçirilmişdir. Deyilənlər öz təsdiqini tapmışdır. Araşdırma aparılmışdır, vətəndaş da onu işə cəlb edən şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC olduğunu bildirmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Ximdət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017ci il ## ##### tarixli **** nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X20 X42 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin ## ###### 2026-cı il tarixli 3- **/*-*-*/**** nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, Əlişir Nəvai, Cəfər Xəndan, Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2026-cı il ## ###### tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 38 şəxs yoxlanılmışdır. Tikinti obyektinin podratçısı olan “xxxx” MMC tərəfindən işə cəlb edilmiş 2 şəxslə, sifarişçisi “xxxx” MTK tərəfindən isə işə cəlb edilmiş 13 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmiş, tikinti obyektinin sifarişçisi olan “xxxx” MTK ilə müvafiq mülki hüquqi müqavilələr əsasında fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işə cəlb edilmiş 1 şəxslə, “xxxx” MMC tərəfindən isə işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmiş, tikinti obyektinin podratçısı olan “xxxx” MMC ilə müvafiq mülki hüquqi müqavilələr əsasında fəaliyyət göstərən fiziki şəxs X11 tərəfindən işə cəlb edilmiş 3 şəxslə, fiziki şəxs X12 tərəfindən işə cəlb olunmuş 1 şəxslə, fiziki şəxs X13 tərəfindən isə işə cəlb edilmiş 2 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmiş, yoxlamaya cəlb edilən şəxslərdən 5 nəfər fiziki şəxs X13 tərəfindən, 7 nəfər isə “xxxx” MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuşdur. “xxxx” MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilən şəxslərin siyahısından görünür ki, X7 və daha 6 nəfər əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, KY********* saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ## ##### 2017-ci il tarixli Fərmanının 2.5-ci maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, Əlişir Nəvai, Cəfər Xəndan, Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasında ##.##.2026 - ##.##.2026-cı il tarixlərində dövlət və yerli özünüidarə orqanı tərəfindən müraciət əsasında insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi əsası ilə plandankənar (növbədənkənar) monitorinq təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ## ###### 2026-cı il tarixli 00385 yoxlama aktının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, Əlişir Nəvai, Cəfər Xəndan, Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yerləşən “xxxx” MMC-nin podratçısı olduğu tikinti obyektində yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X20 X42 şöbəsinin Əmək münasibətlərinin monitoriqinin təşkili sektorunun baş məsləhətçiləri X8, X14, böyük məsləhətçiləri X9, X10, aparıcı məsləhətçiləri Abdullayev Elxan İrahət oğlu, Məmmədov Zəfər İlham oğlu, X3, məsləhətçisi X17 olmuş, sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuş və ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir. Yoxlama zamanı 38 şəxs monitorinqə cəlb olunmuş, yoxlamaya cəlb olunan şəxslərdən 5 nəfər fiziki şəxs X13 tərəfindən, 7 nəfər isə “xxxx” MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuşdur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, **/*** nömrəli müqavilədən görünür ki, Sifarişçi "xxxx" MTK ilə podratçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 28B, 3068-ci məhəllədə yerləşən ərazidə layihələndirilən yaşayış və qeyri-yaşayış binalarında hörgü işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan diskə baxış keçirilmiş və görüntülərdə X6 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də həmin gün səhər işə başladığını və əmək müqaviləsinin gün ərzində bağlanacağını etiraf etdiyi görünür. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla hesab etmişdir ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X6 arasında əmək müqaviləsi bağlanmadan işçi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, ***** nömrəli "Yoxlama aktı'ndan görünür ki, yoxlanılan sahibkar qismində ’’xxxxs” MMC göstərilmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən verilmiş ##.##.2026-cı il tarixli, KY********* nömrəli Çıxarışda (elektron imzalanma tarixi ##.##.2026) da yoxlanılan sahibkar kimi yalnız ’’xxxxs” MMC qeyd edilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolda monitorinqin keçirildiyi ünvan kimi də məhz ’’xxxxs” MMC-yə məxsus tikinti sahəsi göstərilmişdir. Həmçinin iş materiallarında olan ’’xxxxs” MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair “Arayış"dan açıq şəkildə görünür ki, həyata keçirilmiş monitorinq ’’NƏRGİZİM- 2008” MMC barəsində deyil, məhz ’’xxxxs” MMC barəsində aparılmışdır. ’’Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və Reyestrdə qeydiyyata alınmadan və ya qeydiyyata alınmış məlumatlardan kənara çıxmaqla aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.3, 3.4.5, 3.4.8 və 5.1.3-cü bəndlərinə əsasən Reyestrdə yoxlanılan sahibkarın adı, VÖEN-i, yoxlama obyekti və yoxlamanın predmeti dəqiq göstərilməlidir və yoxlama yalnız həmin çıxarışda göstərilən məlumatlara uyğun aparılmalıdır. Əsasnamənin 5.2-ci bəndlərinə əsasən yoxlama yalnız Reyestrdən verilmiş çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Hazırkı iş üzrə isə Reyestrdən verilmiş çıxarış yalnız ’’xxxxs” MMC barədə olduğu halda, həmin monitorinq əsasında ’’xxxx” MMC məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, inzibati araşdırma zamanı ’’xxxx” MMC-nin nümayəndəsindən izahat alınmamış, əmək münasibətlərinə dair sənədlər araşdırılmamış, Həsənov Sədayıhn hansı hüquqi şəxs tərəfindən işə cəlb olunduğu müəyyən edilməmiş, onun əmək münasibətlərinin aidiyyəti obyektiv araşdırılmamışdır. Qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud olmaması əsası ilə şikayətin təmin edilməsinin, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etdiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsaasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Beləliklə, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən və hüquqi şəxsin inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2000/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2000/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver