Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2001/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan verdiyi şikayətinin təmin edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Bakı şəhəri BPI-nin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) onun barəsində olan Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər DYPI-nin qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin əməkdaşı Samir Zeynalov tərəfindən şikayətçi barədə Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən ona 100 manat cərimə və 3 bal inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi həmin qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ilə müraciət etmiş və məhkəmə tərəfindən onun şikayəti qismən təmin edilərək ##.##.2026cı il tarixli qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə göndərilmişdir. Lakin məhkəmə qərarında işin yenidən araşdırılması, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hnası bir sübut göstərilməklə, videogörüntülərə baxış keçirilməli olması, şikayətçinin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməli olduğu göstərilsə də, inzibati orqan qeyd edilənlərin heç birinə riayət etməyərək, yenidən ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta faktı obyektiv və mötəbər sübutlar ilə təsdiq olunmamışdır. Sübutların qiymətləndirilməsi zamanı AR IXM-nin 84-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Qərar qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Qeyd edilənlərə əsasən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər X1 tərəfindən qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri BPI-nin X1 Idarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, Idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Iş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Inzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan inzibati materialları, xüsusilə: texniki vasitələrlə qeydə alınmış məlumatları, yol hərəkəti qaydalarının pozulmasına dair inzibati qeydiyyat məlumatlarını, obyektiv şəkildə qiymətləndirməmişdir. Hakimin əvvəlki qərarı ilə işin yenidən araşdırılması tələb olunmuşdur və inzibati orqan tərəfindən materiallar yenidən yoxlanılmış, inzibati xəta haqqında iş üzrə icraata uyğun olaraq təkrar qiymətləndirilmiş, nəticədə yenidən əsaslandırılmış qərar qəbul edilmişdir. Bu səbəbdən hakimin “məhkəmə göstərişlərinə əməl edilməməsi” barədə nəticə düzgün deyil. Hakim qərarda təqsirsizlik prezumpsiyasına istinad edilsə də, inzibati xətalar üzrə sübut yükü inzibati orqanın üzərindədir və bu yük yerinə yetirilmişdir inzibati xəta texniki qeydlərlə təsdiqlənmişdir. Belə olan halda “şübhə” əsası ilə qərarın ləğvi hüquqi baxımdan əsaslandırılmamışdır. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. Beləliklə də hesab edir ki, kobud prosessual pozuntularla qəbul edilmiş qanunsuz və əsassız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli iş № *(5-98)-3684/2026 nömrəli qərarı ləğv edilməli və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri BPI DYPI-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi Idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 03 bal və 100 manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar IXM-in tələblərini pozmaqla rəsmiləşdirilmiş, yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin IXM-nin hansı maddəsi ilə inzibatı xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı IXM-in tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyrimüəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən IXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Belə ki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin *(*- **)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərara əsasən ınzibtati orqanın üzərinə baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut göstərilməklə, videogörüntülərə baxış keçirilməsi, şikayətçinin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Lakin məhkəmə tərəfindən həmin qərarda qeyd edilən və tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə inzibati orqan tərəfindən münasibət bildirlməmiş və yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.2. Inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.4. Inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. Inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, qanunverciliyə tələblərinə əsasən “Yol hərəkəti qaydaları əleyhinə” olan inzibati xəta törətmiş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda isə səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarərinə tapşırılmışdır. Lakin iş yenidən araşdırılması üçün saləlahiyyətli orqana qaytarılsa da, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edərkən yuxarda qeyd olunan qərardan göstərilən tələbləri yerinə yetirmədən, araşdırılma aparılmadan, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakını təmin edərək izahatı alınmadan və şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar toplanılmadan qərar qəbul etmişdir. Iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) özünü təqsirli bilməyərək, heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Bunun əksini iddia edən səlahiyyətli orqanın nümayəndəsi şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini əks etdirən əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə səlahiyyətli orqan tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan verdiyi şikayətinin təmin edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2001/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2001/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver