Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2002/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər X1 İdarəsinin YHN inspektoru, baş leytinantı X4, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun şikayəti təmin edilərək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu barəsində Bakı şəhər Baş Polis idarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardan şikayətə baxarkən iş üzrə zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən iştirakını təmin etmədən şikayətə mahiyyəti üzrə baxmışdır. Halbuki yol-nəqliyyat hadisəsi üzrə qəbul edilmiş qərarlardan işə baxarkən inzibati xəta haqqında iş üzrə iştirakçılara bu barədə məlumat verilməklə ədalətli məhkəmə araşdırılması hüququnu təmin edilməli olduğu halda etməmişdir. Qərarda göstərmişdir ki, təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. İşin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmiş. Əgər həmin sənədlər məhkəməyə təqdim olunsa idi onda Qərardan şikayət verən orqan (şəxs) ilham oğlu tərəfindən inzibati xətanın törədilməsi açıq-aşkar öz əksini tapmış olardı. Hazırki qərardan belə nəticə hasil olur ki, yol-nəqliyyat hadisəsi bas vermiş, lakin heç kim bunun nəticəsində təqsirli olmamışdır. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək iş üzrə icraata xitam vermişdir. Halbuki işin faktiki hallarından bəlli olur ki, şikayətin mahiyyəti baş vermiş yol nəqliyyat hadisəsidir və qarşı tərəf maddi ziyana uğramış fiziki şəxs zərərçəkmişdir belə olduğu halda hakim onu işə cəlb edərək tam və hərtərəfli araşdırma aparıb qanuni və əsaslı qərar qəbul etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların birbaşa tədqiq olunmasını təmin etmədən təqsirin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki İnizbati Xətalar Məcəlləsinin sübutlara dair normaları sübutların məcmu halında qiymətləndirilməsini tələb edir. Hakim tərəfindən qəbul edilmiş qərarda şəxsin təqsirinin istisna olunması barədə qəti hüquqi nəticə göstərilməmiş, yalnız inzibati orqanın prosessual fəaliyyətində yol verilmiş nöqsanlar qeyd edilmişdir. Belə olan halda iş üzrə icraata xitam verilməsi deyil, əlavə araşdırma aparılmasının zəruriliyi məsələsi qiymətləndirilməli idi. Kobud prosessual pozuntularla qəbul edilmiş qanunsuz və əsassız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli iş *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs X4 apellyaisya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyaisya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə materiallar yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və birinci instaniya məhkəmə iclasında tədqiq edilmiş : - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun ## ###### 2026-cı il tarixdə idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. - Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş 24 aprel .2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən 23 efvarl 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərar Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan ## ##### 2026-cı il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Eyni zamanda şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan əlavə, həmin sübutların məhkəməyə təqdim olunmasına dair məhkəmənin müraciətinə də əməl edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair gətirdiyi dəlillər tam yoxlanılmadan, əvvəlki məhkəmə qərarında göstərilən nöqsanlar aradan qaldırılmadan və qəbul edilmiş qərarda şəxsin öz müdafiəsi üçün gətirdiyi hallara qiymət verilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğundan İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, apellyasiya icraatı zamanı təqdim edilmiş video görüntüdən aydın görmək olur ki, inzibati xəta hadisəsi baş vermişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımı qaydada araşdırma aparılmadan iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə materiallar tərəflərin iştirakı təmin edilərək müvafiq qaydada iş üzrə ekspertiza təyin edilməklə tam, hərtərəfli araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun şikayəti təmin edilərək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə materiallar yenidən tam, hərtərəfli araşdırılıb baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2002/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2002/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver