Məhkəmə qərarları › İş №3(3-6)-2003/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2003/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2003/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ####### 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDI: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2024-cü il tarixli icra sənədinə əsasən borclu ##.##.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Borclu həmin icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon Icra şöbəsinin icra məmuru tərəfindən ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Inzibati həbs haqqında qərar dərhal icra edilmişdir. Həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən saat 15:00-dan hesablanmışdır. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon Icra Şöbəsinə və Yasamal Rayon Polis Idarəsinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət vermişdir. Inzibati tənbeh almış şəxsin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaranmış borc maddi çətinliklərdən qaynaqlanmışdır. Səhhətində yaranan problemlərə görə uzun müddət ərzində işsiz olmağı aliment ödənişlərinin tərəfindən vaxtında həyata keçirilməsinə mane olmuşdur. Buna baxmayaraq yenə də imkanı yetdiyi qədər aliment ödənişlərini vaxtında ödəməyə çalışmışdır. Aliment ödənişlərinin bir qismi rəsmi qaydada təyin olunmuş bank kartına köçürsə də daha sonra qarşı tərəfin istəyinə uyğun olaraq ödənişlər onun istifadə etdiyi başqa bir bank kartına edilmişdir. Digər karta edilmiş ödəniş qəbzlərini icra məmuruna təqdim etsə də o, bu ödənişləri nəzərə almamış, borcun məbləğindən çıxmamışdır. Nəticədə isə barəsində suni şəkildə borc məbləği formalaşmışdır. Onu da bildirir ki, icra məmuru qeyd edilən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş və məhkəməni yanıltmışdır. O, icra məmurunun hərəkətlərindən müvafiq qaydada şikayət vermiş və ##.##.2026-cı il tarixinə məhkəmə baxışı təyin olunmuşdur. O, övladının maddi təminatından yayınmaq istəmir. 1 ay olar ki, işə düzəlmişdir. Inzibati həbsdə qalmağı gəlir əldə etmək və borcu tam ödəmək imkanını tamamilə məhdudlaşdırır. Şəkər xəstəsidir və davamlı baxıma ehtiyacı olduğundan həbsdə qalmağı səhhəti üçün təhlükə yaradır. Məhkəmədən şəkər xəstəsi olmasını, həbsdə qalacağı təqdirdə hazırki işini itirmək ehtimalının olmaısnı nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək, borcu üzrə ödənişlər etdiyini lakin həmin ödənişlərin icra məmuru tərəfindən nəzərə alınmadığını, buna görə də icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verdiyini, fevral və aprel ayları ərzində tələbkarın razılığı ilə ona aliment borcu əvəzinə öz istədiyi əşyaları aldığını, lakin bunun alimnet borcundan silinmədiyini, şəkər xəstəsi olmaısnı nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar X6 və səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin icra məmuru X1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə tələbkar X6 və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin icra məmuru X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməsi, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin inzibati tənbehin məqsədlərinə kifayət etməməsi və onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri ağırdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlməsinə baxmayaraq, sonuncuya münasibətdə tənbeh tədbirinin həddini müəyyən edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini səciləyələndirən və tətbiq edilməli olan tənbeh tədbirinin yumşaldılmasına əsas ola biləcək yüngülləşdirici halları nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tədbiri tətbiq edilərkən barəsində icraat həyata keçirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olub-olmaması araşdırılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar X6 ilə telefon vasitəsi ilə yazışmalarından müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mart ayında 150 manat, aprel ayında 200 manat məbləğində vəsait kart vasitəsi ilə göndərilmiş lakin bu icra məmuru tərəfindən nəzərə alınmamış və aliment borcundan silinməmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəkər xəstəsidir. Göstərilən bu hallar birinci instansiya məhkəməsi tərəfindən sonuncuya inzibati tənbeh tədbiri tətbiq edərkən nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar diqqətə layiq hal kimi nəzər alınmalı və ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin müddəti azaldılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilən Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada həbs tətbiq edilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinin pozulduğu halları müəyyən olunmamışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yuxarıda müəyyən edilərək sadalanmış yüngülləşdirici halları və işin digər faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı dəyişdirilməklə, ona təyin olunmuş inzibati təhbeh tədbiri yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALIRAM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə təyin edilmiş inzibati həbs müddəti, 08 (səkkiz) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar