Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2004/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş və polislərin qanuni tələbinə tabe olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən, hakim X3) ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Inzibati həbsin əvvəli ##.##.2026-cı il tarixdən, saat 20:00-dan hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil apellyasiya qaydasında şikayət verərək, əməlində inzibati xəta tərkibinin olmamasını qeyd etməklə qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və vəkili Vəkil qəbul edilmiş qərarla razı olmadıqlarını bildirərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə işdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketin avtomobil dayanacağına daxil olmaq istəmiş, lakin Zərərçəkmiş şəxs avtomobili saxlaması səbəbindən marketə daxil olmaqda çətinlik çəkmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs yaxınlaşaraq avtomobili həmin yerdə saxlamamasını xahiş etmiş, lakin sonuncu onunla kobud danışmış və ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra hadisə yerindən ayrılaraq işinə getmişdir. Təxminən 45 dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, onun avtomobili zədələnmişdir. Daha sonra hər ikisi polis şöbəsinə getmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına görə, polis şöbəsində Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş və ona əl atmışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmədiyini, onlara müqavimət etmədiyini və polis şöbəsinə könüllü şəkildə getdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən polis idarəsində Bakı şəhəri Qaradağ Rayon Polis Idarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, R X1 tərəfindən döyülmüş, istifadə etdiyi eşitmə cihazı isə əlindən alınaraq yerə atılmışdır. Birinci instansiya məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “Bravo” marketin qarşısında dayanan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz maşını ilə onun yanından keçərkən avtomobilinin güzgüsünün lent hisssəsini qırmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, çevik avtomobilində nalayiq hərəkətlər etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun maşınını zədələdiyi üçün telefon nömrəsini vermişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis Idarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, R X1 ifadəsində bildirmişdir ki, “Bravo” marketin yaxınlığında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsinə aparmaq istədikdə o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı onun tərəfindən hər hansı fiziki zorakılıq tətbiq edilməmiş və o döyülməmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Əlahiddə X2 Patrul Bölüyünün polis nəfəri, R X4 ifadəsində bildirmişdir ki, “Bravo” marketin yaxınlığında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətmiş və nalayiq hərəkətlər etmişdir. Bununla yanaşı, o qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsinə aparılarkən müqavimət göstərməmiş, könüllü şəkildə polis əməkdaşları ilə getmişdir. Inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli ərizədən görünür ki, ##.##.2026-cı il tarixdə radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Bravo” marketin qarşısında tanımadığı bir nəfər şəxs Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, onu təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs məxsus olan “Kia pride” markalı avtomobilin sol yan güzgüsünün qəza işığını sındırmışdır. Elektron məlumat daşıyıcısında (diskdə) olan video görüntülərdən görünür ki, barəsində icraat aparılan şəxs avtomobilin salonunda olan qadına yaxınlaşaraq onun ünvanına ictimai əxlaq normalarına zidd olan nalayiq ifadələr işlətmiş, yüksək səslə danışaraq ictimai asayişi pozan davranış nümayiş etdirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tövsif edilməsi, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin inzibati tənbehin məqsədlərinə kifayət etməməsi və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkilinin apellyasiya şikayətində istinad etmiş olduğu dəlillər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Inzibati xəta haqqında işə baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. Inzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni vaxtda iki inzibati xətanı törətmiş, eyni vaxtda həm ictimai qayda əleyhinə, həm də idarəçilik qaydaları əleyhinə olan inzibati xətaları törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə qaydanı pozmasını, xidməti vəzifəsini yerinə yetirməklə onu nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2004/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2004/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver