Məhkəmə qərarları › İş №3(3-6)-2005/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2005/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2005/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) X4 Xidmətinin qərarına əsasən işə götürən vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 3.000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmin qərar Qaradağ rayon Prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat əsasında qəbul edilmişdir. Tətbiq olunan cərimə ondan ibarətdir ki, güya onun müqaviləsiz işçi işlətdiyi müəyyən edilmişdir. Lakin bu iddia heç də həqiqəti əks etdirmir. Belə ki, X1 qeyd olunan dövr ərzində onun işçisi olmamışdır, X2 rayon Prokurorluğu tərəfindən qeyd olunmuş dövr ərzində öz aralarında olan şifahi razılıq əsasında şərik kimi fəaliyyət göstərmiş və qarşılıqlı razılaşmaya əsasən birgə fəaliyyətləri dövründə o Nuran Yusifovla əldə etdiyi gəliri bölmüşdür. Nuran Yusifov onunla birlikdə eyni hüquq və vəzifələri daşıdığından, yəni onun yanında müstəqil fəaliyyət göstərdiyindən əmək müqaviləsinin bağlanması üçün heç bir hüquqi əsas yaranmamışdır. Bundan əlavə nə Qaradağ rayon Prokurorluğu tərəfindən, nə də ki, X4 Xidməti tərəfindən iş üzrə bütün hallar tam və obyektiv araşdırılmamışdır. Belə ki. Qaradağ rayon Prokurorluğu qərar qəbul etdikdən sonra qərar barədə ünvanına məktub göndərməmiş, həmçinin X4 Xidməti ona cərimə tətbiq etdikdən sonra çağırış vərəqəsi göndərmişdir. Bütün bunlar onun müdafiə hüququnu məhdudlaşdırmışdır. İzahatında göstərdiyi şəriklik münasibəti nəzərə alınmamış, əlavə şahidlər dindirilmədən inzibati xətanın mövcudluğu sübuta yetirilmədən Qaradağ rayon Prokurorluğu tərəfindən qərar qəbul edilmiş və bununda nəticəsində X4 Xidməti heç bir əlavə araşdırma aparmadan onun iştirakı olmadan barəsində inzibati cərimə tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, tərtib edilmiş ##.##.2026-cı il tarixli EQ ******* nömrəli qərarın ləğv edilib İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsinin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş EQ******* saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən 3.000 manat məbləğində inzibati qaydada cərimə olunmuşam. Həmin qərar Qaradağ Rayon Prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat əsasında qəbul edilmişdir. Ona tətbiq olunan cərimə ondan ibarətdir ki, guya onun müqaviləsiz işçi işlətdiyi müəyyən edilmişdir. Lakin bu iddia heç də həqiqəti əks etdirmir. Belə ki, X1 qeyd olunan dövr ərzində onun işçisi olmamışdır, X2 rayon Prokurorluğu tərəfindən qeyd olunmuş dövr ərzində öz aralarında olan şifahi razılıq əsasında şərik kimi fəaliyyət göstərmişlər və aralarında olan qarşılıqlı razılaşmaya əsasən birgə fəaliyyətləri dövründə o Nuran Yusifova əldə etdiyi gəliri bölmüşdür. Nuran Yusifov onunla birlikdə eyni hüquq və vəzifələri daşıdığından, yəni onun yanında müstəqil fəaliyyət göstərdiyindən əmək müqaviləsinin bağlanması üçün heç bir hüquqi əsas yaranmamışdır. Məhkəmə qərarında qeyd edibdir ki, guya o, şikayət ərizəsinin geri qaytarılması barədə ərizə yazmış və onun ərizəsi əsasında şikayəti geri qaytarılmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyil. Çünki, məhkəmə ondan EQ******* saylı, ##.##.2026-cı il tarixli inzibati qərara yenidən baxılması üçün X4 Xidmətinə geri qaytarılması barədə ərizə yazmağını istəmiş, lakin sonradan ona məlum olmuşdur ki, hüquqi savadsızlığından istifadə edib ona şikayət ərizəsinin geri qaytarılması ilə bağlı ərizə yazdırılmışdır.Məhkəmə bütün bu halları araşdırmamış və bu hallara hüququ qiymət verməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə müraciət edərək prokurorluğun həmin işlə əlaqədar qərarından şikayət verilməsi məqsədilə verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya icraatı zamanı həmin qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tərəfindən tərtib olunmuş EQ ******* saylı, ##.##.2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar