Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2008/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, X3 Oruc qızının katibliyi ilə Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatətin rədd edilməsi və Qərardan şikayət verən orqan (şəxs) şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci il tarixli, MN******* nömrəli İnzibati tənbehvermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərar ona rəsmi qaydada təqdim olunmamış və həmin qərardan yalnız mülkiyyətində olan avtomobilin qeydiyyatı zamanı yəni, ##.##.2026-cı il tarixdə məlumatı olmuşdur ki, həmin avtomobil üzərinə həbs qoyulmuşdur. Bu zaman aydın olmuşdur ki, barəsində inzibari tənbehvermə haqqında qərar mövcuddur. O, həmin gün qərardan rəsmi qaydada müvafiq orqana şikayət ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2026-cı il tarixdi, 3-17- */*-M-*****/**** saylı Qərardadı ilə onun şikayəti müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, ##.##.2025-ci il tarixli, MN******* nömrəli qərar barədə onun məlumatı olmamış və onarəsmi qaydada təqdim olunmamışdır. Bu səbəbdən də hüquqlarını vaxtında müdafiə edə bilməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025ci il tarixli, MN******* nömrəli qərarı da araşdırılma aparılmadan əsassız olaraq qəbul edilmişdir. Belə ki, şikayətə əlavə edilən ərizədən də məlum olur ki, o, işəgötürən olaraq işçilərə 2025-ci il üzrə minimum əmək haqqı olaraq müəyyən edilmiş 400 AZN məbləğində əmək haqqı vermişdir. Qanunla müəyyən edilmiş vergi və sığorta ödənişləri də həmin minimum əmək haqqı üzərindən aparılıb. Lakin sistem üzərində ondan asılı olmayan səbəblərdən əmək haqqı 345 AZN görsənmiş, o həmin xətanın aradan qaldırılması üçün işçilərə "SİMA İMZA" proqramı vasitəsilə qeydiyyatdan keçməli olduqları barədə məlumat vermiş, lakin 2 işçinin Gürcüstan Respublikası vətəndaşı olduğundan həmin işçilərin qeydiyyatdan keçmələri mümkün olmamışdır. Faktiki olaraq 2025-ci il və hazırda da bütün əmək haqqları minimum əmək haqqı məbləğinə uyğun şəkildə, yəni 400 AZN olaraq hesablanmışdır. Lakin inzibati tənbehvermə haqqında qərar qəbul edən orqan bu halları araşdırmamış və formal olaraq əsassız qərar qəbul etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*-M-*****/**** saylı Qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətlə eyni vaxtda Qərardan şikayət verən orqan (şəxs) vəsatətlə məhkəmə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ona rəsmi qaydada təqdim olunmamış, ona yalnız mülkiyyətində olan avtomobolini qeydiyyatı zamanı, yəni ##.##.2026-cı il tarixdə məlum olmuşdur ki, həmin avtomobil üzərinə həbs qoyulmuşdur. Bu zaman aydın olmuşdur ki, barəsində inzibati tənbehvermə haqqında qərar mövcuddur. O, elə həmin günü sözügedən qərardan şikayət vermişdir. Ondan asılı olmayan səbəbdən prosessual müddət ötürülmüşdür. ##.##.2026-cı il tarixli, *-**-*/*-M-******/**** nömrəli qərardad ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Odur ki, qeyd olunanlara əsasən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayətin verilməsi üçün prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatət rədd edilmiş, Qərardan şikayət verən orqan (şəxs) şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan “Asanpay.az” saytında olan çıxarışdan görünür ki, , Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi barədə bildiriş onun “Asanpay.az” saytında olan şəxs kabinetinə ## ###### 2025-ci il tarixdə saat 15:29-da göndərilmişdir. ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) “Asanpay.az” saytında olan şəxs kabinetinə ## ###### 2025-ci il tarixdə saat 15:29-da göndərilməsinə baxmayaraq, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatətin rədd edilməsi və Qərardan şikayət verən orqan (şəxs) şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2008/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2008/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver