Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2009/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 və Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 21000.00 Avro məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nm 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 21000.00 Avro məbləğində vəsait hesabma alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2026-cı il tarixli, EP № ******* saylı protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-i, yəni 4200 Avro inzibati xətanın törədildiyi gün Protokolu tərtib edən orqan rəsmi məzənnəsinə uyğun olaraq, 8274 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişin aparıldığı gündən ən geci 02 (iki) il meddətində sənədlər banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyə malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduğu müəyyən edildikdə Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi baş vermiş olur və müddətlər pozulmaqla ödənilmiş məbləğ və ya idxal edilməyən mallar geri qaytarılmadığı halda belə inzibati xəta hadisəsinin mövcudluğu istisna edilmir. (ВАМ “2025-ci ilin yekun üzrə sistemləşdirilmiş ##.##.2026-cı il tarixli məktub) Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, Qaradağ rayon məhkəməsinin bu əsaslandırması və Mərkəzi Bank tərəfindən tərtib edilmiş İnzibati Xəta haqqında ##.##.2026-cı il tarixli Protokol həqiqəti əks ettirmir və formal yoxlanılmanın nəticəsinə əsaslanır. Belə ki: İşin faktiki (həqiqi) halı ondan ibarətdir ki, Müqaviləyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC xaricdə fəaliyyət göstərən X1 International ÇmBH and Co KG şirkətinə texnikaları üçün ehtiyat hissələrini göndərməsinə görə Azərbaycan Respublikasındakı müvəkkil Kapital Bank vasitəsi ilə ##.##.2024-cü ildə 21000 Avro məbləğində pul vəsaiti köçmüşdür və bu barədə ##.##.2024-cü il tarixli, ************** №-li yük gömrük bəyannaməsi (YGB) rəsmiləşdirilmişdir. Müqavilədə nəzərdə tutlmuş ehtiyat hissələri inzibati xətanın aşkarlandığı bildirilən ## #### 2026-cı il tarixindən çox əvvəlvə kiçik partiyalarla ölkəyə idxal edilmişdir və bu faktdır, sənədlərlə 100% təsdiq edilir. Yəni YGB-dən də görünür ki, mallar eyni müqavilə çərçivəsində 21000 Avro avans köçürülməsindən sonra idxal edilmişdir. Lakin gömrük bəyannaməsində çatdırılma şərti texniki səhv olaraq sənədləşmə zamanı 120 (malın dəyəri ödənilməmişdir) Kodu ilə qeyd edildiyindən anlaşılmazlıq yaranmışdır. Məhkəmədə işə baxılanadək bu anlaşılmazlıq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən aradan qaldırılaraq 21000 Avro avans pul vəsaitinin əvəzində ölkəyə malların ##.##.2026-cı il tarixədək (xətanın baş verməsinin Bank tərəfindən aşkarlandığı tarix) həqiqətən də idxal edilmiş olduğunu təsdiq edən mötəbər sübutları-rəsmi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə əsassız olaraq bu sübutları-rəsmi sənədləri nəzərə almamış, onları inzibati xətanın aşkarlandığı ##.##.2026-cı il tarixindən sonra təqdim edilmiş hesab edərək, sözügedəndən qanunsuz qərarı qəbul etmişdir. İşin məhkəmə baxışı zamanı bir mənalı olaraq müəyyən edildi ki, ##.##.2024-cü il tarixindən ölkə xaricinə avans olaraq köçürülmüş 21000 Avro pul vəsaitinin dəyərində kənd təsərrüfatı texnikaların yüzlərlə çeşid də və ad da ehtiyat hissələri həqiqətən də 2 il ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin Təmsilçi hüquqi şəxs “xxxx” MMC tərəfindən sənədlərdə texniki səhv olaraq “120” kodu ilə qeyd edilmiş və gömrük bəyənnamələrinin əksəriyyətinin 20-ci qrafasmda “çatdırılma şərtləri” hissəsində “120” kodu göstərilmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi YGB-lərdə olan kənd təsərrüfatı texnikalarının ehtiyyat hissələrinin pulu avans olaraq ödənilmişdir. Gömrük bəyannamələrində mallar iki il ərzində eyni müqavilə çərçivəsində Azərbaycan Respublikasına gətirilmişdir. Lakin gömrük bəyənnaməsində avans köçürməsi zamanı təqdim edilmiş invoysla gömrük bəyənnaməsində göstərilən invoysu eyniləşdirmək mümkün deyildir. Çünki, “John Deere” hüquqi şəxsi tərəfindən əvvəlcə proforma invosy tərtib edilir. Həmin invoys ümumi olaraq “John Deere” hüquqi şəxsi ilə bağlanmış eyni müqavilə çərçivəsində il ərzində maksimum hansı qiymətə mal gətirilməsinin mümkünlüyünü nəzərdə tutur, yəni il ərzində gətirilməli olan malın qiymətinə maksumim limit qoyulur. Buna görə də konkret mal barədə əvvəlcədən invoys vermək mümükün deyil, ümumi olaraq proforma invosy tərtib olunur. İllik limit çərçivəsində tərtib olunan proforma invoys əsasında avans olaraq kənd təsərrüfatı texnikalarının ehtiyyat hissələrinin pulu ödənilir. Lakin əvvəlcədən məlumdur ki, eyni müqavilə çərçivəsində kənd təsərrüfatı texnikalarının ehtiyyat hissələri avans ödənişindən qısa müddət sonra gətiriləcəkdir. Avans ödənişin aparıldığı tarixdən mal ölkəyə iki il ərzində idxal edildikdən sonra gömrük bəyannaməsində həmin malın konkret invoysu göstərilir. Buna görə də proforma invoysla konkret idxal olunan malın invoysu bir-birinə uyğun gəlmir. Bununla belə, məhkəməyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərfındən təqdim edilmiş sənədlər avans olaraq ödəniş aparıldığı tarixdən etibarən malların iki il ərzində ölkəyə idxal olunduğunu təsdiq edir. Hazırda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, kənd təsərrüfatı texnikaları istehsalçıların Azərbaycandaki nümayəndəsidilər. Onlar mütamadi olaraq texnika və ehtiyyat hissələri gətirirlər. İki il əvvəldə ehtiyat hissələrin gətirilməsi üçün ödəniş etmişlər, iki ay sonra malları gətiriblər. Sadəcə kodlaşma səhv gedib, əməkdaş tərəfindən gömrük bəyannaməsinə ödəniş kodu səhv yazılmışdır.Bu səbəbdən Mərkəzi bank ödənilən məbləğin köhnə dövrə aid olduğunu hesab edərək protokol tərtib etmişdir. Analoji işlərdə var, məhkəmələr işə xitam vermişdir. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və mübahisələndirilən qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hazırda məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 bildirdi ki, birinci instansiya məhkəməsində irəli sürülən sübutlar yenidən apellyasiya instansiya məhkəməsində irəli sürülmüşdür. Hər hansı dəyişiklik yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsində çıxış edən əməkdaşın mövqeyini müdafiə edir. İş materiallarında olan gömrük bəyannaməsinə münasibətdə avans köçürməsinin təyinatı təqdim edilmiş yük gömrük bəyannaməsinin təyinatında müqaviləyə uyğunluq təşkil etsə də, invoysun uyğun olmamasını Şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakıçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməli, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ## #### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 21000.00 avro dəyərində kənd təsərrüfatı texnikasının ehtiyat hissələri iki il ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Təmsilçi hüquqi şəxs “xxxx” MMC tərəfindən sənədlərdə texniki səhv olaraq “120” kodu ilə qeyd edilmiş və gömrük bəyənnamələrinin əksəriyyətinin 20-ci qrafasında “çatdırılma şərtləri” hissəsində “120” kodu göstərilmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi YGB-lərdə olan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin pulu avans olaraq ödənilmişdir. Gömrük bəyannamələrində mallar iki il ərzində eyni müqavilə çərçivəsində Azərbaycan Respublikasına gətirilmişdir. Lakin gömrük bəyannaməsində avans köçürməsi zamanı təqdim edilmiş invoysla gömrük bəyannaməsində göstərilən invoysu eyniləşdirmək mümkün deyildir. Müəyyən edilmişdir ki, “John Deere” hüquqi şəxsi tərəfindən əvvəlcə proforma invoys tərtib edilir. Həmin invoys ümumi olaraq “John Deere” hüquqi şəxsi ilə bağlanmış eyni müqavilə çərçivəsində il ərzində maksimum hansı qiymətə mal gətirilməsinin mümkünlüyünü nəzərdə tutur, yəni il ərzində gətirilməli olan malın qiymətinə maksimum limit qoyulur. Buna görə də konkret mal barədə əvvəlcədən invoys vermək mümkün deyil, ümumi olaraq proforma invoys tərtib olunur. İllik limit çərçivəsində tərtib olunan proforma invoys əsasında avans olaraq kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin pulu ödənilir. Lakin əvvəlcədən məlumdur ki, eyni müqavilə çərçivəsində kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri avans ödənişdən qısa müddət sonra gətiriləcəkdir. Avans ödənişin aparıldığı tarixdən mal ölkəyə iki il ərzində idxal edildikdən sonra gömrük bəyannaməsində həmin malın konkret invoysu göstərilir. Buna görə də proforma invoysla konkret idxal olunan malın invoysu bir-birinə uyğun gəlmir. Bununla belə, iş üzrə toplanmış sənədlər avans olaraq ödəniş aparıldığı tarixdən etibarən mallarıən iki il ərzində ölkəyə idxal olunduğunu təsdiq edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx" MMC tərəfindən ölkə xaricinə avans olaraq köçürülmüş 21000.00 avro vəsait hesabına alınan malların iki il müddətində ölkəyə idxal edilməsi faktı baş vermişdir. Göründüyü kimi, hazırki iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2009/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2009/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver