Məhkəmə qərarları › İş №3(3-6)-2012/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2012/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2012/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri, Z.Bünyadov prospektində **FU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, ona İXM-nin 327.1-ci maddəsinə əsasən EQ******** nömrəli protokol tərtib edilmiş, səbəb kimi, məcburi düzünə hərəkət nişanının tələblərini pozmağı göstərilmişdir. Hesab edir ki, protokol və onun əsasında yazılmış qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, protokol qanunvericilikdə nəzərdə tutulan qanuni əsaslarla tərtib edilmədir. Çünki orada o, heç bir qayda pozmamış, pozmuşsa mərkəzi informasiya sisteminə inteqrasiya olunan foto və video görüntü təqdim etsinlər. Qərarla razı olmadığı üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ülviyyə Şükürova) *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi BDYPİ-nin nümayəndəsinə cərimənin yazılması barədə bir kəlmə də olsun belə sual verməmişdir. Sadəcə BDYPİ tərəfindən təqdim edilən skan olunmuş fotoya əsaslanaraq şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi həmin fotonun şəhər təhlükəsizlik kamerasından skan deyil, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunan foto olduğunu bildirmişdir. Halbuki, məhkəmə bu halları müəyyən etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:27-də Bakı şəhəri, Səbail rayonu, Ziya Bünyadov prospekti ərazisində “HYUNDAI ELANTRA minik” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkil və videogörüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ziya Bünyadov prospekti ərazisində “HYUNDAI ELANTRA minik” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə qərar və səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videomateriala əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edildiyindən, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilənlər öz təqsdiqini tapmamış, əskinə iş materiallarına əlavə olunmuş video görüntülər inzibati xətanın mövcudluğu apellyasiya icraatında bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı ******** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından veridiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar