Məhkəmə qərarları › İş №3(3-6)-2013/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2013/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2013/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X13, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X11 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC nümayəndəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## #### 2025-ci il tarixində X6 Qeydiyyatı İdarəsində rəsmi qeydiyyata alınmışdır. Qeydiyyata alındıqdan sonra ## #### 2025-ci il tarixli rəsmi etbarnamə əsasında şirkətin fəaliyyət göstərməsinin təmin edilməsi məqsədi ilə bir sıra hüquqi və texniki məsələrin həll edilməsi koorporativ idarəçilik sahəsində böyük təcrübəyə malik olan X11 qanuni təmsilçinin hüquqları verilmişdir. Etibar olunan tərəfindən hüquqi sənədlər, o cümlədən kadr hazırlığı üçün “Təcrübə proqrmı üzrə əsasnamə” hazırlanaraq ## #### 2025-ci il tarixli tapşırıq müqaviləsi əsasında kadr hazırlığı *********** saylı VÖEN əsasında fəaliyyət göstərən X12 tapşırılmışdır. Müqaviləyə əsasən B.Suvanverdiyev ## ###### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək bələdçi və promoturkadırları təlimləndirib hazırlamalı idi. Lakin obyektiv səbəblərdən o bu işi başa şatdıra bilmədi və MMC öz nizamnaməsi üzrə fəaliyyətə başlaya bilməyərək fəaliyyətini dayandırmalı oldu. Həmin təcrübə proqramlarına cəlb olunanların əksəriyyəti tələbələr olduğuna görə təlimlərdə vaxtlı-vaxtında iştirak edə bilmirdilər. Sonradan onlardan bir neçəsi iş üçün onlara müraciət etsə də onlar şirkətin fəaliyyətinin dayandırıldığını bildirərək işlə təmin edə bilməyəcəklərini bildirdikdə narazılıq etmişdirlər. ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi tərəfindən ***-*/*-****/**** saylı məktub daxil olaraq bildirildi ki, beş nəfər vətəndaş tərəfindən onlara şikayət ərizəsi daxil olmuş və onlar ərizələrində Əmək Məcəlləsinin tələblərini pozduğumuzu bildirmişlər. Onlar ## ###### 2025-ci il tarixli DO/*** saylı məktubunu cavablandırmış, məsələ ilə bağlı izahatlarını və lazım olan sənədləri onlara təqdim etmişdirlər. ## ### 2025-ci il tarixdə telefon vasitəsi ilə bizə bildiriş göndərilərək Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsində ## ### 2026-cı il tarixdə saat 11-00-da protokolun tərtib edilməsində iştirak etmələri üçün dəvət edildiklərini bildirilmişdir. ## ### 2026-cı il tarixdə etibarnamə ilə Q.Suvanverdiyev Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsində olmuş, onu fiziki olaraq qəbul etməyərək bildirmişlər ki, göstərilən vaxt ZOOM vasitəsi ilə araşdırmada iştirak edə bilər. Lakin ## ### 2026-cı il tarixdə saat 11-02 də Q. Suvanverdiy ev ZOOM vasitəsi ilə daxil olsa da sistemdən qoşulmanın təşkilatçı tərəfindən dayandırıldığı bildirilmişdir. Həmin anda bu barədə Q.Suvanverdiyev rəsmi məktubla onların rəhbərlərinin elektron poçt ünvanına məktub göndərərək xahiş edilmişdir ki, yenidən onların iştirkakı ilə araşdırılma aparılması üçün göstəriş verilsin. ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi özünün 317-5/2-58127/2026saylı məktubu ilə onları ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati protokol üzrə inzibati xəta haqqında işə baxılmasının ## ### 2026-cı il tarixdə saat 11-00 təyin olunması bildirilmiş və iştiraka dəvət edilmişik. Halbuki bu məktub həmin təşkilat tərəfindən ## ### 2026-cı il tarixdə poçta təhvil verilmiş və bizə ## ### 20226-cı il tarixdə poçt tərəfindən çatdırılmışdır. Bunu poçt zərfinin üzərindəki möhürlər də təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi ## ### 2026-cı il tarixli ***-*/*-*****/**** nömrəli məktubla ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqaında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadın bir nüxsəsi məlumat üçün onlara göndərilmişdir.Həmin məktub da poçt vasitəsi ilə bizə ## ### 2026cı il tarixdə çatdlrlmışdır. Dəvət məktubu hansı səbəbdən ## ### 2026-cı il tarixdə deyil dəvət tarixindən 5 gün sonra poçta verilir. Bunları aldıqdan sonra yenidən rəsmi qaydada öz narazılığımızı təşkilatın rəhbərlərinin elektron poçt ünvanlarına bildirdik və xahiş etdik ki, onların iştirakı baxışda təmin edilsin və bildirişlər onlara vaxtında göndərilsin. Lakin bu günədək nə dəvət nə də rəsmi cavab almamışıq. Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi qəsdən və bilərəkdən MMC-nin iştirakını məsələnin araşdırılmasında təmin etməyərək hüquqlarını pozmuş, tərtib etdikləri protokolun ləğv edilərək işə xitam verilməsi barədə tələb hüququnu məhdudlaşdırmışdır. Bunun qarşılığında ## #### 2026-cı il tarixdə məhkəmə qərarı alaraq ## #### 2026-cı il tarixli qərarla 20.000 manat cərimə edildiklərini öyrənirlər. C.Babayev və A.Əliyev təcrübə proqramında iştirak etsələr də, istədikləri vaxt gəlib- getmişlər və təlimləri başa vurmyayaraq proqramdan ayrılmışlar. Şikayətçilər özlərinin ## ####### 2025-ci il tarixli şikayət ərizələrində hansı vaxtda işlədikləri, nə qədər əmək haqqı almaları, qalan əmək haqqlarının məbləği, müraciət etdikləri şəxsin kim olduğunu göstərməmələri, hakim tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X2 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi verdiyi izahatdan görünür ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də avqust ayından sentyabr ayına qədər işlədiyi müddətdə əmək haqqı tam ödənilməyib. - X4 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi verdiyi izahatdan görünür ki, X4 aprel-iyul aylarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləmiş, lakin iyul ayı üçün olan 400 manat məbləğində əmək haqqı tam ödənilməyib. - Qasımov Sənan İlqar oğlu tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi verdiyi izahatdan görünür ki, Qasımov Sənan İlqar oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də aprel-iyul aylarında işləmiş, lakin iyul ayı üçün olan 330 manat məbləğində əmək haqqı tam ödənilməyib. - X3 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi verdiyi izahatdan görünür ki, Qasımov Sənan İlqar oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də iyul-sentyabr aylarında işləmiş, lakin avqust və sentyabr ayları üçün üçün olan əmək haqqı tam ödənilməyib. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, adları çəkilən vətəndaşlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında heç bir əmək müqaviləsi bağlanmamış və onlar ərizə ilə müraciət etməmişlər. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı məktubunda bildirilmişdir ki, adları çəkilən vətəndaşlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təsdiq etdiyi “Təcrübə proqramı üzrə” əsasnaməyə uyğun olaraq Cəmiyyət üçün kadr hazırlanmağa başlamışdır. Adları çəkilən vətəndaşlar proqrama cəlb edilən şəxslə arasında var idi. Proqrama cəlb edilən təcrübəçilərdən heç biri üçün iş qrafiki yox idi. Onlar öz arzularına uyğun olaraq könüllü şəkildə gündə 2-3 saat gəlib proqramda iştirak edirdilər. Heç vaxt onların heç biri səhər saat 9-dan axşam 18:00-dək proqramda iştirak etməyiblər. - Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı bildirişdən görünür ki, vətəndaşlar A.A.Əliyev, C.C Babayev, M.N.Muradov, R.E. Səfərov və S.İ.Qasımovun şikayətinə baxılmışdır. İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə ## ### 2026-cı il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı MN ******* saylı protokoldan görünür ki, vətəndaşlar A.A.Əliyev, C.C Babayev, M.N.Muradov, R.E. Səfərov və S.İ.Qasımov Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2025-ci ilin iyul avqust aylarında tur-təşkilatçısı bələdçi kimi işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan şikayətçilərin izahatları və whatsapp yazışmaları ilə onların əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmələri faktı öz təsdiqini taparaq səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın əsaslılığını sübuta yetirmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7- ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2- 3cü və 2-4-cü hissələr əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzabati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar