Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2014/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə2 və X8, Protokolu tərtib edən orqan nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 210.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ## ##### 2026-cı il tarixdə saat 13:55-də ünvan 1 ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus müəssisədə keçirilən zaman plandankənar yoxlamada lisenziya olmadan dermatoloji ixtisasa aid “kosmetoloji” iş və fəaliyyət aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin ## ##### 2026-cı il tarixli T-*** nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək qeyd etmişdir ki, dəriyə hər cür müdaxilə özəl tibbi kosmetoloji fəaliyyətə aiddir. Ancaq yoxlama zamanı dəriyə hər hansı müdaxilə edilməsi ilə bağlı kosmetoloji fəaliyyət aşkar olunmamışdır. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar heç bir tibbi fəaliyyət göstərmir, onlara aid məhsullarla saçı yuyub müalicəsini aparırlar və fəaliyyətlərində dəriyə heç bir müdaxilə yoxdur. Gələcəkdə lisenziya almaq üçün müraciət edəcəklər. Lakin İqtisadiyyat Nazirliyinin tələbinə əsasən cihazlar olmadan lisenziya almaq üçün müraciət edə bilmirlər. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müştəri Xidmətləri supervayzer vəzifəsində çalışan şahid1 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də məhsulların satışını etdiyini, cihazları açılış üçün aldıqlarını, icazə aldıqdan sonra fəaliyyətə başlayacaqlarını, indilik isə sadəcə saç yuduqlarını, bunu da məhsullarını tanıtmaqdan ötrü etdiklərini bildirdi. Müəssisədə hazırda heç bir özəl tibbi faliyyət göstərilmir, ancaq məhsulların satışını həyata keçirirlər. Gələcəkdə lisenziya aldəqdan sonrra ona uyğun tibbi fəaliyyətlə məşğul olmağı nəzərdə tutublar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X13 haqqında ## ##### 2026-cı il tarixli T *** nömrəli aktı da düzgün tərtib olunmayıb. Həm yoxlamanı aparan, həm də ekspertiza keçirən hər iki orqan səhiyyə Nazirliyinin tabeliyində olan, yəni bir məqsədə xidmət edən orqanlardır. Ona görə biri digərinin qərəzini təsdiq edərək onları qanunsuz faliyyətdə günahlandırır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan MMCnin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətdə üzərində hansı əməliyyat aparıldığının qeyd edilmədiyi, nə də yoxlama materialında yoxlama zamanı kimin aşkar edildiyinin, kimin üzərində hansı əməliyyat aparıldığının, hansı dermatoloji, kosmetoloji əməliyyat aparıldığının göstərilmədiyini, aparatın işlək vəziyyətdə olmasnın həmin yerdə hər hansı fəaliyyətlə məşğul olmasını sübut edən hal olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Protokolu tərtib edən orqan nümayəndəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də keçirilən yoxlamanın plandankənar şikayət əsasında yoxlama olduğunu, Səhiyyə Nazirliyinin istintaq orqanı olmadığını, hər hansı bir otaqda, hər hansı bir prosedur aparılırsa, yoxlayıcıların ora daxil olmasının qadağan olduğunu, burda satışdan söhbət getmədiyini, birmənalı şəkildə seansların getdiyini, bəzi məqamlarda 15 seans keçirildiyini, seansda buxar verilmə, lazer olunma, yəni birmənalı dəri ilə təmas olunması nəzərdə tutulduğunu, həmin təmasın nəticəsində də müalicə getdiyini, bunun dermatoloji fəaliyyətinin, yəni Nazirlər Kabinetinin *** №-li qərarının düşən dermatoloji fəaliyyətin kosmetoloji bölməsinə aid olduğunu, seansların və aparatların mövcud olduğunu, əgər aparatlar satılacaqdısa, onların cərəyanda saxlanmasına nə ehtiyac olduğunu, həm şikayəti, həm orda olan avadanlıqların aşkar olunması, seanslarla bağlı sənədlərin təqsiri sübut etdiyini, keçirilən yoxlama zamanı aktda da etiraz olmadığının, nöqsanlarla razı olduqlarının qeyd olunduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayətini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan vətəndaş Ramilə Dadaşovanın Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə ünvanladığı ## ###### 2026-cı il tarixli ərizədən görünür ki, Estemol Saç və X3 (X1 və X2 – AF Business House/4-cü mərtəbə) göstəriləcək xidmət üçün ## ### 2025-ci il tarixində 200 manat, ## ### 2025-ci il tarixində 200 manat, ## #### 2025-ci il tarixində 1000 manat, ümumilikdə 1400 manat məbləğində ödənişi bank kartı vasitəsilə etmişdir. Əlavə olaraq 285 manat üçün ödəniş etmişdir. Lakin ödəniş edilməsinə baxmayaraq, mərkəzdə göstərilən xidmət heç bir müsbət nəticə verməmiş, saç qalınlaşması müşahidə edilməmişdir. Ödədiyi məbləğin geri qaytarılmasını rəsmi şəkildə tələb etsə də, cavab verilməmiş və ödənilmiş məbləğ geri qaytarılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Estemol Saç və X3”nin fəaliyyəti ilə bağlı məsələyə baxılmasını, ödənilmiş 1400 manat məbləğin və əlavə olaraq 285 manat dəyərində olan məhsulların məbləğinin ona geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında ## ##### 2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, 09-## ##### 2026-cı il tarixlərdə X6, AEM-nin Tibbi Nəzarət şöbəsinin müdir müavini, şahid2, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi, X5, AEM-nin Hüquq şöbəsinin hüquq məsləhətçisi və X7, AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi tərəfindən həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Plandankənar Yoxlama haqqında ## ##### 2026-cı il tarixli T-*** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də lisenziyasız özəl tibb fəaliyyəti aşkarlanmışdır. İş materiallarına əlavə olunan fotoşəkillərdən də görünür ki, otaqlarda quraşdırılmış cihazlar işlək vəziyyətdə olmuşlar. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə şahid1 arasında ## #### 2026-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müştəri Xidmətləri supervayzer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X9 arasında ## ######## 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müştəri xidmətləri təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində şahid şahid2 izahatında vətəndaş müraciəti ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq ünvan 1 ünvanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yerində araşdırılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Müəssisədə yoxlama sahibkar nümayəndəsi şahid1 iştirakı, təqdim etdiyi sahələr və sənədlər əsasında keçirilmişdir. Yoxlamanın Müəssisədə lisenziya olmadan “Dermatoloji” ixtisasa aid “kosmetoloji” iş və fəaliyyət aşkar edilmişdir. Fəaliyyətə dair bir sıra qeydiyyat sənədlərinin surətləri, aidiyyəti üzrə rəsmi izahatlar yoxlama materiallarına əlavə edilmişdir. Həkim-mütəxəssisə dair sənəd təqdim edilməmişdir. Fotoşəkillər çəkildi və iş materiallarına əlavə edilmişdir. Aşkar edilmiş fakt ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçilərək İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində şahid şahid1 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də məhsulların satışını etdiyini, cihazları açılış üçün aldıqlarını, icazə aldıqdan sonra fəaliyyətə başlayacaqlarını, sadəcə sac yuduqlarını, bunu da məhsullarının tanıtmaqdan ötrü etdiklərini bildirdi. Beləliklə, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi qənaətinə gələrkən tutmuş olduğu mövqeni əsaslı və mötəbər hesab edir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Həmin Qanunun * nömrəli əlavəsinin “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”na əsasən, özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndisaxtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında ## ### 2017-ci il tarixli *** nömrəli Qərarının * nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13-cü bəndinə əsasən, dermatologiyaya aid kateqoriyada dermatoloji və kosmetoloji işlər lisenziyalaşdırılan işlər siyahısına daxildir. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İrəli sürülən dəlillər isə hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməklə özünü müdafiə xarakteri daşımaqla əsassızdır və nəzərə alınmır. Apellyasiya şikayətində qeyd edilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Bu baxımdan verilmiş apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla hüquqi şəxsin məsuliyyətdən yayınma cəhdinə xidmət edir. Beləliklə, məhkəmə hazırkı mərhələdə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini istisna edən heç bir hal aşkar etmir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. İnzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddini tətbiq etmişdir ki, bu da öz növbəsində İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi, MMC-nin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən mübahisələndirilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2014/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2014/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver