Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2015/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İmanov Arif Vədail oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmanov Arif Vədail oğlu şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə saat 23.25 radələrində mülkiyyətində olan "KİA SORENTA" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba rayonu, Köhnə avtovağzal ərazisində olarkən, Azərbaycan Respublikasının İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsası ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsi üzrə icraatın aparılması qaydası mümkün ola bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə şikayəti təmin edilərək İmanov Arif Vədail oğlu barəsində Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, İmanov Arif Vədail oğlu barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İşin faktiki halları ondan ibarətdir ki, ## ###### 2025-ci il tarixində saat 23:25- radələrində Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi KIA SORENTO minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydasını pozmuşdur. Bu vaxt ərazidə xidmətdə olan YPX inspektoru R X2 saxlamış xətanın mahiyyətini izah edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Hakim iş üzrə sübutları tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Qərarda göstərilmişdir ki, iş materiallarında olan fotoşəkillər nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozmadığını təsdiq edir. Lakin hakim həmin nəticəyə necə gəldiyini, foto materialların hansı hissələrinin bu qənaəti yaratdığını və inzibati orqanın mövqeyini təkzib edən konkret halları əsaslandırmamışdır.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə həmin Məhkəmənin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət bərpa edilmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Arif Vədail oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və çıxış kimi qəbul edilməsini bildirirək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının fikirlərini dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, İmanov Arif Vədail oğlu ##.##.2025-ci il tarixdə, saat 23:25-də Bakı şəhəri, Niyazi 11 ərazisində “Kia Sorento minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, “Kia Sorento minik” markalı, 10-SS 089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozmamışdır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, İmanov Arif Vədail oğlunun təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, İmanov Arif Vədail oğlu yolayrıcını keçmə qaydalarını pozmamışdır. Bu səbəbdən İmanov Arif Vədail oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. 11) yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 41) yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırda da məhkəmə iclasında vətəndaş İmanov Arif Vədail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi hadisəni əks etdirən videogörüntünü və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən maddənin tələblərini pozmasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İmanov Arif Vədail oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İmanov Arif Vədail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında İmanov Arif Vədail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. İmanov Arif Vədail oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2015/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2015/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver