Məhkəmə qərarları › İş №3(3-6)-2016/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2016/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2016/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından müdafiəçisi Vəkil verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dostları ilə mübahisə edərkən nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin iş fəaliyyətinə maneçilik törətməklə ictimai qaydanı pozması, həmçinin onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda müəyyən edildiyinə görə o, Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə və əvvəli inzibati qaydada tutulduğu ## #### 2026-cı il tarix, saat 20:00-dan hesablanmaqla 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, hadisə ##.##.2026-cı ildən ##.##.2026-cı ilə keçən gecə saat 04:50-05:20 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyat yoldaşı Hüseynova Nərminə ilə, yaxınları - X9, Nazrin Ismayılzadə, X1 və 1 nəfər başqa xanımla birlikdə Səbail rayonu ərazisində yerləşən “Firuzə” restoranı yaxınlığına, məhlələr arası yerdə baş vermişdir. Əvvəla, qeyd edim ki, müvəkkilim Kamran və yanındakılar Səbail rayonu ərazisinda yerləşən restoranların birində idilər və restorandan çıxarkən tamamilə ayıq olmuş, içkili vəziyyətdə olmamışlar. Restorandan çıxarkən aşkar surətdə içkili (sərxoş) olan bir xarici vətəndaş - Qazaxıstan vətəndaşı Kamrangilə yaxınlaşaraq nəsə deməyə başlamış, səbəbsiz yerə təxribat xarakterli ifadələr işlətmişdir. Bu zaman hesabı ödəyib sonradan restorandan çıxan Ibrahim Maqomadov vəziyyəti görüb xarici vətəndaşa yaxınlaşmış, ona öz yoluna davam etməsi ilə bağlı xəbərdarlıq etmişdir. Lakin sərxoş əcnəbi vətəndaş onları təhqir etməyə başlamış və nəticədə qısa, heç bir fiziki xəsarət yetirilməyən səs-küysüz sözlü mübahisə yaranmışdır. Müvəkkilim Kamran bu mübahisədə aktiv iştirak etməmiş, sadəcə kənardan müşahidəçi olmuşdur. Hadisə yerində heç bir polis olmamışdır, tərəflər arasında ciddi qarşıdurma baş verməmiş və bitdikdən sonra hər kəs hadisə yerini tərk edərək evinə getmişdir. ##.##.2026-cı il tarixində, saat 16:00-dan etibarən Kamranın telefonuna naməlum nömrədən ardıcıl zənglər gəlmiş, o, yatdığı üçün zənglərə cavab verə bilməmiş, saat 18:00 radələrində yuxudan oyanarkən gələn zəngə geri dönüş etmişdir. Özünü Səbail RPI-nin 9-cu Polis Bölməsinin rəis müavini Müşfiq kimi təqdim edən şəxs ondan və hadisədə iştirak edən digər şəxslərdən bölməyə gəlməsini xahiş etmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, əmisi oğlu X9 və X1 şəxsi avtomobilləri ilə polis tərəfindən heç bir məcburi aparılma olmadan, tamamilə öz iradələri ilə polis bölməsinə getmişlər. Hətta avtomobili polis bölməsinin yaxınlığında park etmişlər. Yuxarıda qeyd edilən avtomobilin park edilməsi ilə əlaqədar dayanma qaydalarının pozulmasına görə IXM-in 346-cı maddəsi əsasında EQ******** nömrəli qərarla ##.##.2026-ci il tarixində 22:56:23 saatda inzibati cərimə tətbiq edilmişdir. Həmin inzibati cərimə qərarı şəxslərin polis bölməsinə könüllü şəkildə və öz avtomobilləri ilə gəldiklərini təsdiq edən mühüm sübutlardan biridir. Polis bölməsində məlum olmuşdur ki, Kamran və yaxınlarının bölməyə çağırılma səbəbi mübahisə etdikləri əcnəbi şəxsin telefonunun itməsidir, onlar oğurluqda şübhəli biliniblər. Kamran və digərləri dərhal izahat yazaraq hadisədən və telefondan xəbərsiz olduqlarını bildirmişlər. Bir qədər sonra isə xarici vətəndaş özü gələrək telefonunun tapıldığını, Kamran və digərlərindən şikayətçi olmadığını, mübahisədə təqsirin özündə olduğunu bildirib üzr istəmişdir. Problem həll olunduğu halda, 28 iyun tarixində polis əməkdaşları qəsdən süni gərginlik yaradaraq şəxsləri cinayət işi açmaqla (hədə-qorxu ilə tələb etmə və ya xuliqanlıq) təhdid etmişlər. Polis bölməsinə çatdıqdan sonra polis əməkdaşları tərəfindən onlara izahatlarının hansı məzmunda yazılmalı olduğu barədə göstəriş verilmişdir. Onlara bildirilib ki, guya hadisə zamanı polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, müqavimət göstərmiş və polis tərəfindən saxlanılaraq bölməyə gətirilmişlər. Araşdırma zamanı polis əməkdaşları müvəkkili və yaxınlarına hədə-qorxu gəlmiş, hətta onların istədiyi tərzdə - hadisə yerində polis əməkdaşlarına müqavimət göstərdiklərini və polis tərəfindən saxlanıldıqlarını göstərən izahat verilmədiyi halda barələrində cinayət işi açılacağı təhdidlərinə məruz qalmışdır. Bu hal izahatların sərbəst iradə əsasında yazıldığına ciddi və əsaslı şübhə yaratmaqla yanaşı, sübutların etibarlılığına da xələl gətirir. Belə şəraitdə alınmış izahatlar şəxslərin sərbəst iradəsini əks etdirmir və onların könüllü verilməsi ciddi şübhə doğurur. Bu səbəbdən həmin izahatların mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi şikayətin dəlillərinə uyğun məzmunda izahat verib, şikayətin təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in: - 510.1-ci maddəsinin dispozisiyasında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, - 535.1-ci maddəsinin dispozisiyasında isə polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla yanaşı, məhkəmə iclasında dindirilmiş Səbail RPI-nin 9-cu Polis Şöbəsinin sahə inspektoru X3 verdiyi izahatı (məhkəmə həmin izahatların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) və iş materiallarında olan digər sənədlərlə sübut edilir. Birinci instansiya məhkəməsi həmin sübutları Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra qəbul etdiyi qərarda işin faktiki hallarını düzgün müəyyən etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğundur. Buna görə də müdafiəçinin verdiyi şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası IXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə tətbiq edilən inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün nəzərə alınmalı olan, qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən, iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub, inzibati tənbehin məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilməli olan inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən, yalnız onun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyətini ağırlaşdıran hal aşkar etməmişdir. Azərbaycan Respublikası IXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normaları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi, Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Azərbaycan Respublikası IXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməli, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə tətbiq edilmiş 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə tətbiq edilmiş 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar