Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2017/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, X1 Əhmədoviçin, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İmanzadə Nicat Ramiz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Maqomadov İbrahim Ruslanbekoviçin iştirakları ilə, Maqomadov İbrahim Ruslanbekoviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Maqomadov İbrahim Ruslanbekoviçin müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Maqomadov İbrahim Ruslanbekoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Maqomadov İbrahim Ruslanbekoviç Səbail rayonu, T.Əliyarbəyov küçəsi ərazisində Maqomadov İbrahim Ruslanbekoviç dostları ilə mübahisə edib, ictimai yerdə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Maqomadov İbrahim Ruslanbekoviç Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 535.1-cı maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilmiş, inzibati həbs haqqında qərar dərhal icra edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli onun faktiki tutulduğu andan, yəni ## #### 2026-cı il tarixdən saat 20:00-dan hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şəxsə təyin edilmiş tənbehə münasibətdə dəyişdirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməl mübahisələndirilsə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 78, 80 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və Maqomadov İbrahim Ruslanbekoviçin əməli ilə bağlı düzgün nəticəyə gələrək onu İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilmişdir. Onun əməlinin xəta olmasını aradan qaldıran hallar, habelə onun inzibati məsuliyyətindən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Səbail rayonu, T.Əliyarbəyov küçəsi ərazisində Maqomadov İbrahim Ruslanbekoviç dostları ilə mübahisə edib, ictimai yerdə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Maqomadov İbrahim Ruslanbekoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, AZA № ****** inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Maqomadov İbrahim Ruslanbekoviç ##.##.2026-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi şəxs barəsində tətbiq edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, həddi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmır. Belə ki, İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən haldır. Birinci instansiya məhkəməsi Maqomadov İbrahim Ruslanbekoviçin İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib barəsində yuxarı həddə, yəni 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edərkən bunu kifayət qədər əsaslandırmamış, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, ağırlaşdırıcı halların olmamasını nəzərə alsa da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə ağır tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Maqomadov İbrahim Ruslanbekoviçin barəsində tətbiq edilmiş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri yüngülləşdirilərək ona 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Maqomadov İbrahim Ruslanbekoviçə İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 510 və 535.1-ci maddələri ilə tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi dəyişdirilərək 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati qaydada icraat aparılan şəxs Maqomadov İbrahim Ruslanbekoviçin müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Maqomadov İbrahim Ruslanbekoviçnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Maqomadov İbrahim Ruslanbekoviçə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tətbiq olunmuş 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbehi yüngülləşdirilərək ona 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Maqomadov İbrahim Ruslanbekoviç dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2017/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2017/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver