Məhkəmə qərarları › İş №3(3-6)-2018/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2018/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2018/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs)nın 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi və qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edilməsini, Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində ##.##.2026-cı il tarixli, EQ******** nömrəli protokol tərtib edilmişdir Həmin protokolu qanunsuz və əsassız hesab edir. Çünki, həmin protokol qanuna uyğun qaydada tərtib olunmamışdır. EQ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixindən etibarən icra qərarı qüvvəyə minib məlumatı ona “sms” vasitəsilə bildirilmişdir. Qeyd olunan protokola əsasən barəsində İXM-in 327.2-ci maddəsinə uyğun olaraq, idarə etdiyi **-FQ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobillə “yolayrıcını keçmə qaydalarının pozulması” əsas götürülərək barəsində 100 (yüz) manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Lakin, həmin pozuntunu sübut edən video təqdim edilməmiş və nömrə nişanı kamera görüntüsünü dəfələrlə yaxınlaşdıraraq müəyyən edilmişdir. O, işıqforun yaşıl işığında yolayrıcına daxil olmuş, yol ayrıcında olarkən nəqliyyatın hərəkəti birdən-birə dayanmış və o, yolayrıcını tamamilə keçməkdə bir neçə saniyə gecikmişdir. Bu səbəbdən onun əməlimdə inzibati xətanın təqsirli olması tərkib hissəsi olmamışdır. Həmçinin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş protokol Bakı şəhərində yerləşən təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək çəkilmiş fotoşəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Çünki, bu cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəticəsində yazılmamışdır. Bundan başqa, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan və qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində “X2 Yük” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində “X2 Yük” markalı, **-FQ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun kəsişmə yerindən bilavasitə sonra tıxac yaranmasına baxmayaraq “1.25” üfüqi nişanlanma xətti ilə nişanlanmış yolayrıcında daxil olaraq digər istiqamətdən gələn nəqliyyat vasitəsinin hərəkəti üçün maneə yaranmasına səbəb olmuş, yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən əsaslı olaraq ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə düzgün olaraq iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Şikayətlə bağlı məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər sübuta yetirilə bilməmiş, mübahisələndirilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün tədqiq edilmişdir. Odur ki, apellyasiya şikatənin dəlilləri formal xarakter daşımaqla barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən özünümüdafiə kimi qəbul edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin II hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin VI hissəsinin 25-ci bəndinə əsasən “1.25” üfüqi nişanlanma xətti yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan xətanın törədilməsini sübut edə bildiyindən, bu qərarı mübahisələndirən şikayətçi əksini sübut etmə öhdəliyi daşıyır. Lakin, şikayətçi bunu etməmiş və mübahisələndirdiyi qərarın ləğvini əsaslandıra bilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar