Məhkəmə qərarları › İş №3(3-6)-2019/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2019/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2019/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şikayətində qeyd etdiyi əsaslara düzgün hüquqi qiymət verməmişdir. İstifadəsində “Volkswagen” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxış müddəti ## ###### 2025-ci il tarixə qədər olmuşdur. Həmin tarixdən sonra 20 gün müddətində avtomobili texniki baxışdan keçirməli olduğu halda edə bilməmişdir. Məhkəmə qərarında göstərir ki, 4 ay müddət keçməsinə baxmayaraq avtomobili hələ də texniki baxışdan keçirməmişdir. Məhkəmə iclasında bildirdiyi kimi üzərində cərimə olan avtomobili texniki baxışdan keçirmirlər.Artıq ##.##.2026cı ildə Bakı İnzibati Məhkəməsi cavabdehə onun iddia ərizəsi ilə bağlı rəsmi məlumat vermişdir. Onun rəsmi müraciətinə və məhkəmənin rəsmi bildirişinə baxmayaq cavabdeh orqan təkrar cərimə yazmanı dayandırmamışdır. Beləliklə onun məhkəmələrdən tələbi qanunla müəyyən olunmuş beş (5) gün texniki baxışdan keçmə müddətinin bayram günlərinə təsadüf etdiyi üçün (##.##.2025-##.##.2026) növbəti iş günləri onun texniki baxışdan keçməyi üçün qanuni müddət hesab olunmasıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 04:22- də H.Babaşov küçəsi İlqar Cümşüdov küçəsi ərazisində “Volkswagen Jetta” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hazırki işin materiallarını araşdıraraq müəyyən etmişdir ki, şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında verdiyi izahatında ona yazılan cərimələrin əsassız olduğunu bildirsə də, verdiyi ifadələrlə həmin inzibati xətanın tərəfindən törədildiyini təsdiq etmişdir. Belə ki, şikayətçi bildirmişdir ki, onun maşınının texniki baxış vaxtı ##.##.2025-ci il tarixində yaranmış, lakin buna baxmayaraq hələ də maşının texniki baxışdan keçirməmişdir. Hazırkı, şikayətin predmeti olan qərar ##.##.2026cı il tarixdə qəbul olunsa da vətəndaşın qeyd edilən inizabtı xətası davam etdiyindən ona cərimə tətbiqi də davam etməkdədir və həmin qərarlar məhkəmədə mübahisələndirilmişdir. Bununla da qeyd edilən həmin xüsusatlar onun əməlində inzibati xəta tərkibinin olmasını istisna etmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edilməsini nəzərdə tutur. Bununla yanaşı, qanunvericiliyin tələblərinə görə avtomobilin texniki baxışının bitdiyi gündən sonra əlavə 20 gün güzəşt müddəti mövcuddur və həmin müddət ərzində avtomobil texniki baxışdan keçirilmədiyi təqdirdə qanun pozuntusu qeydə alınır. Məhkəmədə işin hallarından, Qərardan şikayət verən orqan (şəxs) “Volkswagen Jetta” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili elektron sistemdə və sənədlərdə avtomobilin sonuncu texniki baxış tarixi və üzərinə gələn 20 günlük güzəşt müddətinin bitdiyi gündən sonra da idarə etməsi halı müəyyən edilmiş, şikayət vermiş şəxsin izahatı ilə isə həmin hal bir daha öz təsdiqini tapmışdır. Belə ki, texniki baxışın müddəti, hətta nəzərdə tutulmuş güzəşt müddətinin üzərindən 4 ay keçməsinə baxmayaraq, şikayətçi maşının texniki baxışdan keçirməyərək idarə etmiş, elə bu səbəbdən də ##.##.2026-cı il tarixində yenidən cərimələnmişdir Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq iş materiallarında olan sübutların məcmusuna əsasən barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ona istinad olunan inzibati xəta törətməsi faktının tam sübuta yetirilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar