Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2020/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvan 1 ünvanında yerləşən “Medi Hall” hospital adı altında fəaliyyət göstərən klinikada Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan və müqavilə hüquqi qüvvəyə minmədən işəgötürən olaraq Vüsal Abbasovu həkim plastik cərrah kimi 2025-ci ilin noyabr ayında tibbi xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, İXM-nin eyni maddəsi ilə eyni orqan tərəfindən həm hüquqi şəxs kimi, həm də vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla da İXM-nin 9.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Qərarından şikayət verilən orqan Bakı şəhər idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mikayılova Gülzar İkram qızı tərəfindən verilmiş izahatdan görünür ki, o, üzündə estetik əməliyyat icra edilməsi üçün Vüsal Abbasovla telefon vasitəsi ilə danışıb, razılığa gəlmiş, sonradan Həmid Əsədov tərəfindən ## #### 2025-ci il tarixdə “Dəniz Hospital”da üz gərmə əməliyyatı icra edilmiş, əməliyyat nəticəsində üzündə çapıq izləri qalmış, əməliyyatdan sonra heç bir dəyişiklik baş verməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş izahatdan görünür ki, Vüsal Abbasovu tanıdığını, onun “X3”da plastik cərrahiyyə əməliyyatlarını icra etdiyini, lakin hazırda klinikada işləmədiyini, Vüsal Abbasovla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından görünür ki, “Reo-X1” MMC barəsində işəgötürən olaraq Vüsal Abbasovu həkim-plastik cərrah olaraq 2025-ci ilin noyabr ayında işlərin yerinə yetirilməsinə cəlb etsə də onunla hər-hansı əmək müqaviləsi bağlamadığından İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarlar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmiş və “Reo-X1” MMC İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 25.000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “Reo-X1” MMC İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində inzibati xəta haqqında icraat başlanıla bilər. Başqa sözlə, Vüsal Abbasov adlı plastik cərrahla əmək müqaviləsi bağlanılmadan “Reo-X1” MMC-də onun əməliyyatlara buraxılması artıq Qərardan şikayət verən orqan (şəxs) da vəzifəli şəxs kimi inzibati məsuliyyətinə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2020/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2020/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver