Məhkəmə qərarları › İş №3(3-6)-2021/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2021/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2021/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X1) *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı AZ1106, ünvan 1lan MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Materialdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Protokolu tərtib edən orqan Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs MMC-nin barəsində IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə *-**-*/*-******/**** nömrəli ##.##.2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində tam və düzgün təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hüquqi şəxs ##.##.2024-cü il tarixdə fəaliyyətini dayandırmışdır və hazırda fəaliyyət göstərmədiyindən məhkəmə və protokol tərtib etmiş orqan tərəfindən göndəriən heç bir bildiriş onlara çatdırıla bilməmişdir. Icra şöbəsindən onlara məlumat verilib barələrində 2000 manat inzibati cərimə tətbiq edilməsi bildirildikdən sonra məhkəməyə müraciət edərək, rəsmi qaydada məhkəmə qərarını əldə etmişlər və dərhal şikayət vermişlər. Lakin məhkəmə qərarını tam oxuduqda məhkəmənin niyə belə nəticəyə gəldiyini anlamaq mümkün deyildir. Məhkəmə öz qərarında sadəcə olaraq maddi və prosessual hüquq nxxxxalarına istinad etmiş və nəticədə gəldiyi nəticəni bildirmiş, heç bir əsaslandırma aparmamışdır. Hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin heç bir təqsirli hərəkəti olmamış, MMC-nin fəaliyyəti ##.##.2024-cü il tarixdən dayandırılmışdır. Bunu şikayətə əlavə etdikləri Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş Idarəsi tərəfindən verilmiş məktubla, hüquqi şəxslərin dövlət reyestri barədə internet saytından (https://new.e-taxes..uov.az/etaxes/services/leual-entıtv-ınfo) da müəyyən etmək mümkündür. Belə olan halda fəaliyyət göstərməyən MMC-nin elektron kabinetinə sənədlərin istənilməsi barədə məktub göndərilməsi və həmin məktubun cavablandırılmaması əsası ilə IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilməsi, eyni zamanda məhkəmənin isə lazımı qaydada araşdırma aparmadan və MMCnin fəaliyyət göstərib-göstərmədiyinin yoxlamadan inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. X4 şikayəti əsasında onun 2024-cü illər ərzində işlədiyi vaxta görə guya MMC-nin qanun pozuntusuna yol verməsi əsası ilə icraat aparılması, eyni zamanda həmin şikayət əsasında sənədləri tələb etməsi və tərəflərindən həmin sənədlərin təqdim edilməməsi tamamilə qanunsuzdur. Çünki şikayəti ilə 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və daha sonra əmək müqaviləsinə xitam verilmişdir. 2024-cü ilin oktyabr ayının 31-dən sonra MMC fəaliyyətini rəsmi orqana müraciət etməklə dayandırmışdır ki, bu da inzibati tənbeh vermə müddətinin keçdiyini təsdiq edir. Lakin Protokolu tərtib edən orqan xidməti bütün bunları bildiyi və bilməli olduğu halda heç bir əsas olmadan barələrində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasları barəsində də lazımı qaydada məlumatlandırılmadıqlarından tərəflərindən şikayətdə qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin məhkəmənin səlahiyyəti və imkanları olmuşdur ki, inzibati tənbeh tətbiq edərkən həqiqətən də fəaliyyət göstərib-gəstərmədiklərini müəyyən etsin. Bir daha qeyd edir ki, tərəflərindən heç bir inzibati xəta törədilməmişdir, iş materiallarında qeyd edilən inzibati xətanın tərəflərindən törədilməsi ilə bağlı heç bir sübut yoxdur və məhkəmə də bu halı bildiyi üçün iştiraklarını məhkəmədə təmin etməmiş, heç bir məlumatlandırma etmədən inzibati tənbeh tətbiq etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, IXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: IXM-in 135.1.4-cü və 135.1.5-1-ci maddələrinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun nxxxxasının düzgün tətbiq edilməməsi və bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni təqsirli hesab etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. IXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik infxxxxasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Protokolu tərtib edən orqan Xidmətinin Bakı şəhər idarəsi tərəfindən MMC-yə ünvanlanmış *-**- */*-******/**** nömrəli ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, MMC-dən 7 (yeddi) iş günü müddətində müəyyən sənədlərin göndərilməsi tələb edilmişdir. Həmin qeyd olunan məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol isə ## #### 2026-cı il tarixdə tərtib edilmişdir. IXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Eyni Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və MMC-nin barəsində IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar