Məhkəmə qərarları › İş №3(3-6)-2023/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2023/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2023/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Bakı şəhər X1 Idarəsinin nümayəndəsi – nümayəndə2 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Bakı şəhər X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və BDYPI tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X3 həmin tarixdə saat 15:03:57-də “Audi Q-5 minik” markalı 99-RF665 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında dayanmasına görə barəsində Azərbaycan Respublikası IXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı “Inzibati tənbeh vermə haqqında” qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Mərkəzi Informasiya sistemində Qərardan şikayət verən orqan (şəxs) barəsində yerləşdirilmiş inzibati cərimə silinmişdir. Qərardan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, hakim iş üzrə mövcud sübutları tam və obyektiv qiymətləndirməmişdir. Inzibati tənbeh haqqında qərarın əsasını xüsusi texniki vasitələrlə əldə edilmiş məlumatlar və foto-materiallar təşkil etmişdir. Həmin materiallar nəqliyyat vasitəsinin piyadaların hərəkəti üçün nəzərdə tutulmüş sahədə saxlanıldığını təsdiq edir. Hakim yalnız fotoşəkillərə subyektiv baxış keçirməklə həmin ərazinin səki olmadığı qənaətinə gəlmiş, lakin ərazinin hüquqi statusunu müəyyən edən şəhərsalma, yol təsərrüfatı və ya aidiyyəti qurumların rəsmi məlumatlarını tələb etməmişdir. Ərazinin səki olub-olmaması xüsusi bilik tələb edən məsələ olduğundan bu hal yalnız vizual qiymətləndirmə əsasında müəyyən edilə bilməz. Hakim tərəfindən inzibati orqanın təqdim etdiyi sübutların hansı səbəbdən etibarsız hesab edildiyi qərarda kifayət qədər əsaslandırılmamışdır. Bununla yanaşı, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmadan qərar qəbul edilmişdir. X2 törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla baqlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə2 şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəfin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmamalı və ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci madddəsinin 16-cı bəndinə əsasən, səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin Qanunun 52-ci maddəsinə əsasən yolun nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa – səkilərdə dayanma qadağandır. Azərbaycan Respublikası IXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Yəni, birinci instansiya məhkəməsi toplanmış iş materiallarına və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən məqamları hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunması xüsusda inzibati icraatın xüsusiyyətlərini işin həqiqi hallarına uyğun qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə və təqdim olunmuş sənədlərə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu və inzibati xəta faktını istisna edən halların iş materialları ilə müəyyən olunmadığını nəzərə alır. Iş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədlərin tədqiqi və təhlili belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən “Inzibati tənbeh vermə haqqında” ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı qərar, Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş maddi və prosessual normlara uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Qeyd olunan xüsusatlara, şikayətin dəlillərinə, habelə inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş icraat materiallarına, habelə ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı “inzibati tənbeh vermə haqqında” qərara münasibətdə, inzibati xəta hadisəsinin yenidən araşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli və barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar