Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2024/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X4 Oruc qızının katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi Qanbayev Emil Məhəmməd oğlu, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər X1 İdarəsinin ##.##.2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2025-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 -ci maddəsi ilə EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, inzibati xəta faktı tam, obyektiv və qanuni sübutlarla təsdiq edilməmişdir.Belə ki, hadisə Bakı şəhəri, Rəşid Behbudov küçəsində baş vermişdir və həmin ərazi aidiyyət üzrə Nəsimi rayonu ərazisinə daxildir. Buna görə də işə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılması qanunauğundur.##.##.2025-ci il tarixdə idarə etdiyi “Lada Vesta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobildə texniki nasazlıq yaranmışdır. Təhlükəsizliyi təmin etmək məqsədilə avtomobili yolun sağ hissəsinə yönəltmiş, dönmə (sağa dönmə/fövqəladə dayanma) işıqlarını yandırmış vəziyyətdə saxlamışdır. Bu hal hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşımışdır.Cavabdeh inzibati xəta barədə qərar qəbul etsə də, məhkəməyə və ya ona hadisəni tam şəkildə əks etdirən video görüntü təqdim etməmişdir. Təqdim olunmuş hər hansı natamam görüntü və ya foto material avtomobilin hansı səbəbdən həmin vəziyyətdə saxlandığını tam sübut etmir. Xüsusilə də avtomobildə sağa dönmə fövqəladə dayanma işığının yanması texniki nasazlıq səbəbindən təhlükəsizlik məqsədilə dayanmanı təsdiq edir.Bundan başqa, cavabdeh tərəf hadisənin başlanğıcını, avtomobilin dayanma səbəbini və ümumi vəziyyəti əks etdirən tam videoyazını təqdim etmədiyindən, iş üzrə obyektiv araşdırma aparılması mümkün olmamışdır. İnzibati icraat zamanı sübutlar tam və hərtərəfli araşdırılmalıdır. Şəxsin təqsiri tam sübut olunmadıqda onun məsuliyyətə cəlb edilməsi qanunsuz hesab edilir, cavabdeh tərəfdən hadisəyə dair tam videoyazının məhkəməyə təqdim edilməsinin tələb olunmasını, hadisə yerinin Nəsimi rayonu ərazisinə aid olmasının nəzərə alınmasını və şikayətin Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilməsini. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxsin təqsiri barədə bütün şübhələr həmin şəxsin xeyrinə şərh olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmağınızı xahiş edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər X1 İdarəsinin ##.##.2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin olunmamışdır. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının və inzibati orqanın qərarının ləğv olunması, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin şikayətə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərən şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Qanbayev Emil Məhəmməd oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixində, saat 13:44-də R.Behbudov-N.Şahbazov küçələrinin kəsişməsi ərazisində “LADA VESTA GFK33 XK2 52 minik” markalı, **UE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9,5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət etməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində həmin gün nəqliyyat vasitəsinin nasaz olması səbəbindən həmin zolaqda hərəkət etməsini bildirsə də bunu təsdiq edən bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir.. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, hadisə yerinin görüntülərinə, fotoşəkillərə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış keçirərərk birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhər X1 İdarəsinin ##.##.2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2024/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2024/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver