Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2025/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4, Məhkəmə iclas katibi X5 Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1i İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, "VAZ 21063" minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. O, həmin nəqliyyat vasitəsini ##.##.2024-cü il tarixli etibarnamə əsasında idarə edir. ##.##.2026-cı il tarixdə saat 10:40-da da Bakı şəhəri Xəzər rayonu Pirallahı yolu ərazisində **-YP-*** dövlət qeydiyyat nömrəli yol patrul xidməti nəqliyyat vasitəsini idarə edən polis əməkdaşı onu saxlamış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 342.2.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək, 150 manat cərimə yazmışdır. Bundan başqa, yol patrul xidməti əməkdaşı vəzifə səlahiyyətlərini aşaraq nəqliyyat vasitəsini zor tətbiq edəcəyi hədəsi ilə ondan almış, onu sükan arxasından düşürdərək, nəqliyyat vasitəsini özü idarə etmişdir, halbuki onun bu hərəkəti tam qanunsuz olmuşdur. Yol patrul xidməti əməkdaşına nəqliyyat vasitəsinin saxlanılması üçün heç bir əsasın olmadığmı bildirərək, ondan etdiyi qanunsuzluğun səbəbini soruşduqda o, bildirmişdir ki, "avtomobil Xəzər rayonundakı duracağa getməlidir". Bundan başqa, yol polisi əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsini ##.##.2026-cı il tarixdə cərimə meydançasına yerləşdirmiş, lakin inzibati xəta haqqında qərar barədə ona SMS ##.##.2026- cı il tarixdə göndərilmişdir. Necə olur ki, nəqliyyat vasitəsi ##.##.2026-cı il tarixdə cərimə meydançasına yerləşdirilir, lakin qərar 6 gün sonra qəbul edilir. Buradan belə nəticə hasil olur ki, nəqliyyat vasitəsi heç bir protokol, qərar olmadan, qanunsuz olaraq 6 gün cərimə meydançasında saxlanılmışdır. Bu qanunsuzluqlarla bağlı Baş prokorurluğun və X1 idarəsinin qaynar xəttinə şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Nəqliyyat vasitəsinin sahibi ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsində 25-ci otağa Zaur adlı polis əməkdaşına yaxınlaşaraq, nəqliyyat vasitəsinin niyə cərimə meydançasına yerləşdirildiyini soruşduqda, ona demişdir ki, "get Qala qəsəbəsinə, ordan mənə zəng eləsinlər, deyim nəqliyyat vasitəsini çıxarsınlar cərimə meydançasından". Göründüyü kimi nəqliyyat vasitəsi qanunsuz olaraq 13 gün cərimə meydançasında saxlanılmışdır. Çünki polis əməkdaşları kefləri istədikdə nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirir, telefon zəngi ilə də nəqliyyat vasitəsini cərimə meydançasından çıxarır, polis əməkdaşı digər polislə duracaqda danışarkən demişdir ki: "kasıb elə ölməli kasıbdır, çünki yerində pul verib həll eləməliydi". Heç bir məhkəmə qərarı olmadan maşını duracaqdan çıxardılar. Bu qədər özbaşınalıq, qanunsuzluq olarmı? Nəqliyyat vasitəsinin qanunsuz olaraq cərimə meydançasına yerləşdirilməsi səbəbindən, onu texniki baxışdan vaxtında keçirmək mümkün olmamışdır. Belə ki, ##.##.2026-cı il texniki baxışın son müddəti olmuşdur. Yol patrul xidməti əməkdaşı onu saxlayan zaman idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətində heç bir nöqsan olmamışdır. Lakin yol patrul xidməti əməkdaşı heç bir baxış keçirmədən ona cərimə yazmışdır. Əgər onun idarə etdiyi nəqliyyat vasitəsində hər hansı texniki problem vardırsa, bununla bağlı sübutları məhkəməyə təqdim etsinlər. YPX nəqliyyat vasitələrində müşahidə kameraları var, həmin kamera görüntülərini təqdim etsinlər, müəyyən edilsin ki, texniki problem hardadır. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* №-li ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 342.5 və 342.2.2-ci maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1i İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassızdır.İşin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1i İdarəsinin TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:40 radələrində Yasamal rayonu ərazisində Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmalqa avadanlığın dəyişdirilməsinə görə) təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol olmuşdur. İş materiallarından görünür ki, həmin protokol və qərarda şəxsin ##.##.2026-cı il tarixdə həqiqətən də “konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativtələblər pozulmalqa avadanlığın dəyişdirilməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraatın ümumi prinsiplərinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədən onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Təqsirliliklə bağlı aradan qaldırıla bilməyən şübhələr şəxsin xeyrinə şərh olunmalıdır. Sübutetmə yükü inzibati tənbeh tətbiq edən orqanın üzərinə düşür. İş üzrə müəyyən edilir ki, hadisəni təsdiq edən videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmişdir. Beləliklə, iş materialları ilə konstruksiyada hər-hansı nasazlığın olduğu və aradan qaldırılmadığı, yaxud avadanlığın dəyişdirilməsi sübuta yetirilməmişdir. İnzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam və mötəbər sübutlarla təsdiq olunmamışdır.. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işə baxan məhkəmə qeyd edir ki, şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilibtörədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2025/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2025/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver