Məhkəmə qərarları › İş №3(3-6)-2026/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2026/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2026/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adı çəkilən ETSN-yi və AzLandşaft və AS-nin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi ETSN-nin ***/ü saylı, ##.##.2019-cu il tarixli əmri ilə ləğv edilmişdir. Nazirliyin **/ü saylı, ##.##.2019 və ***/ü saylı, ##.##.2026-cı il tarixli digər əmrləri ilə İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinin balansında olan avtomaşın və texnikalar ETSN-nin Nəqliyyat İdarəsinin balansına verilmişdir. Nəqliyyat İdarəsinin balansına verilmiş avtomobil və texnikaların istismar olunması, bu avtomobil və texnikalara sürücülərin təyin olunması və bu sürücülərə yol vərəqələrinin yazılması Nəqliyyat İdarəsi tərəfindən həyata keçirilir. Bundan sonra Nəqliyyat İdarəsi DİN-yi Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq məktublarla müraciət edərək, sorğu və bildirişlərin Nəqliyyat İdarəsinə göndərilməsi xahiş etmişdir. Belə olan halda Yasamal Rayon Polis İdarəsinin sorğusunun ünvana çatması və bu sorğuya cavab verilməsi mümkünsüz hesab olunmalıdır. Belə ki, Nəqliyyat İdarəsinin balansına verilmiş avtomobil və texnikaların istismar olunması, bu avtomobil və texnikalara sürücülərin təyin olunması və bu sürücülərə yol vərəqələrinin yazılması Nəqliyyat İdarəsi tərəfindən həyata keçirilir. Məhkəmənin də keçirilməsi barədə Nəqliyyat İdarəsinə bildiriş daxil olmamışdır. Bu səbəbdən də məhkəmədə iştirak edib dəlil və sübutlar təqdim etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə protokolun surəti verilir. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. Yasamal Rayon Məhkəməsi inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İXM-nin 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrini izah edildiyinin göstərilməməsini həmin şəxs barəsində hər hansı qeyd edilməməsini nəzərə almamışdır. Bundan başqa təqdim edilmiş inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış eyni zamanda “protokolun surətini aldım” qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “ASA yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ## #### 2026-cı il tarixdə saat 10:20-də Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Poçt göndərişinin verilməsi haqqında “SX065607996AZ” nömrəli ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin yuxarıda qeyd olunan sorğusu ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinə çatdırılmış və xəbərnamə “S.Mustafayev” tərəfindən imza edilməklə qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş ## ##### 2026-cı il tarixli cavab məktubundan müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə göndərilən SX065607996AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2026- cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı S.Mustafayevə F-8 çatdırma vərəqinə imza edilməklə təhvil verilmişdir. Lakin, barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Belə ki, hüquqi şəxsin İXM-in 347-ci maddələri ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Məhkəmə verilmiş şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən hallar inzibati iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Bununla da Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi-nin İXM-nin 347-ci maddəsində təsbit olunmuş inzibati xətanı törətməsi tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyası hüdudlarında inzibati xətanın xarakterini, əmlak vəziyyətini və əməlində ağırlaşdırıcı halların olmadığını əsas götürməklə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və X2 Səhmdar Cəmiyyətinin İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar