Məhkəmə qərarları › İş №3(3-6)-2027/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2027/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2027/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi – X1 iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə tənbeh edilməsi haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin ##.##.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində müvafiq qərar qəbul edilərək, 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.K.Əlisoy) ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin ##.##.2026-cı il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarına əsasən səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Buna əsaslanaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə istinad etməklə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin bununla bağlı bildirirlər ki, İdarəyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada hər hansı rəsmi bildiriş daxil olmamışdır. Belə ki, İXM-nin 57.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş “Poçt haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə təqdim edilməli, həmin bildirişin səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmalıdır. iş materiallarında İdarənin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığını təsdiq edən sübut mövcud olmadığından, birinci instansiya məhkəməsi əvvəlcə tərəfin lazımi qaydada xəbərdar edilməsi ilə bağlı prosessual məsələni həll etmədən işə mahiyyəti üzrə baxmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə İdarənin məhkəmə araşdırmasında iştirak etmək və öz mövqeyini bildirmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki halları və sübutlar məcmusu ilə uzlaşmır, qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. ## ###### 2026-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 01:16-də “Mercedes E270 CDİ” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücünün avtomaşını sərxoş halda idarə etməsi əsası ilə barəsində'inzibati Xətalar Məcəlləsinin 333.1 -ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətə əlavə edilmiş ## ###### 2026-cı il tarixli, */*** nömrəli sərxoşluq vəziyyətinin müəyyən edən tibbi müayinə protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) alkoqol sərxoşluğu vəziyyəti saat 00:44-də müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0.584% promil həddində müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş .******* saylı protokoldan görünür ki, həmin protokol ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, sürücü Qərardan şikayət verən orqan (şəxs) sərxoşluq vəziyyətinin tibbi müayinə protokolun nəticəsinə əsasən tərtib edilən protokol ilə razılaşmaması onun protokollara imza etməməsindən aydın görünür. Hakim inzibati xətanın aşkar edilməsi barədə inzibati iş üzrə nəqliyyat vasitəsinin sərxoş halda idarə edilməsini sübuta yetirən videoyazı və tibbi müayinə aktının məhkəməyə təqdim etmək obyektiv araşdırma aparmayaraq "iş üzrə icraata xitam vermişdir. İXM-nin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa’ onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin sənədlərin sübut qismində qəbul edib və etməməsini əsaslandırmaqla onların hər birinə hüquqi qiymət verməli olduğu halda bunu etməyərək nəticədə inzibati Xətalar Məcəlləsinin 75, 76 və 84-cü maddələrinin tələblərini pozmuşdur. Qeyd etmək lazımdır ki, yol qəzalarının təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. İsanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəfin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi toplanmış iş materiallarına və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən məqamları hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunması xüsusda, inzibati icraatın xüsusiyyətlərini işin həqiqi hallarına uyğun qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə və təqdim olunmuş sənədlərə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu və inzibati xəta faktını istisna edən halların iş materialları ilə müəyyən olunmadığını nəzərə alır. İş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədlərin tədqiqi və təhlili belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən “İnzibati tənbeh vermə haqqında” ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı qərar, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş maddi və prosessual normlara uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Qeyd olunan xüsusatlara, şikayətin dəlillərinə, habelə inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş icraat materiallarına, habelə ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara münasibətdə, inzibati xəta hadisəsinin yenidən araşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi faktı düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nrimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, onun barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. İnzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qanuni qüvvəsində saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar