Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2029/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi – X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfındən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Təqdim olunmuş materialdan və həmin materialda olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində (istifadəsində) olan “FORD TRANSIT” yük markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsinə verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş həmin ## ### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərarda sözügedən sorğunun ’’xxxx” MMC-də “Emin” adlı şəxs tərəfindən imza edilərək qəbul edildiyi, göndərilmiş sorğuya cavab verilmədiyi qeyd edilmişdir. Bildirmək istəyirik ki, Bakı şəhəri Nərimanov rayon X1 Şöbəsi tərəfindən "xxxx” MMC-yə sözügedən sorğu ümumiyyətlə göndərilməyib, IPX seryalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilib. Belə ki, iş materiallarında təqdim edilən poçt qəbzi ilə cəmiyyətə yalnız ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə aid olan məlumat bildirişi göndərilib. Bu poçt qəbzi ilə göndərilən SX087723764AZ ştrix kodlu zərfin (zərf və ** JF *** döylət qeydiyyat nişanlı avtomobilə aid olan məlumat bildiriş işə əlavə edilib) üzərindəki qeydlərdən aydın şəkildə görünür. Qeyd etmək istəyirik ki, zərfin üzərində ** JF *** nömrəsi ilə birlikdə tam oxuna bilinməyən, lakin ** JK *** nömrəsi olmadığ açıq şəkildə görünən nömrə qeyd edilmiş sonrada pozmağa cahşılmışdır. Əlavə olaraq bildiririk ki, həmin poçt qəbzi ilə cəmiyyətə ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə aid olan məlumat bildirişi ## ##### 2026- cı il tarixində daxil olmuşdur və tərəfimizdən həmin tarixdə Famko kuryer şirkəti vasitəsi ilə cavab məktubu(cnva/> məktub və çatdirlma barədə poçt qaiməsi işə əlavə edildi) Nərimanov rayon X1 Şöbəsinə göndərilib elə həmin tarixdə də Süleymanov adlı şəxs tərəfindən qəbul edilib. Buradanda görünür ki, əgər məlumat bildirişləri həqiqətəndə eyni zərfdə gəlmiş olsaydı həmin bildirişədə tərəfimizdən cavab verilmiş olardı. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək və ona uyğun çıxış edərək verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov Rayon X1 Şöbəsinin sorğusundan aydın olur ki, “FORD TRANSIT” yük markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ##.##.2025-ci il tarixində, saat 09:48-də (Xətai rayonu, M.Hadi küçəsi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində İdarəyə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin X1 Şöbəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və “Əfəndiyev Emin” adlı şəxs tərəfindən qəbul olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi X1 Şöbəsinin sorğusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir, lakin həmin sorğuya qanunla müəyyən edilmiş qaydada cavab verilməmişdir. Şikayətin dəlilləri ilə əlaqədar qeyd edirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin dispozisiyasından göründüyü kimi, həmin maddə ilə məsuliyyətin yaranması üçün sözügedən sorğunun göndərilməsi və daxil olduğu vaxtdan həmin sorğuya cavab verilməməsi tərkib əlaməti olaraq müəyyən olunmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində sorğunun alındığı vaxtdan beş gün müddətində Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin X1 Şöbəsinə cavab verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər isə hazırki işə aidiyyatı olmayan sorğuya, MMC-nin mülkiyyətində (istifadəsində) olan digər nəqliyyat vasitəsi ilə bağlı verilmiş sorğuya cavabdır. Odur ki, apellyasiya şikayətinin dəlillər müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması və həmin maddənin sanksiyasında nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsi hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır, şikayətdə göstərilənlər qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də dəyişdirilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfındən apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2029/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2029/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver