Məhkəmə qərarları › İş №3(3-6)-2030/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2030/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2030/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidməti tərəfindən “EAST RESİDENCE” MTK barəsində Azərbaycan Respublikasının İXM-in 529.11-ci maddəsi ilə tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MTK tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar ##.##.2025-ci il tarixli, 3-17-5/2-S******/2025 nömrəli məktubda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə hüquqi şəxs “EAST RESİDENCE” MTK tərəfindən Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs “EAST RESİDENCE” MTK Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilərək onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verillmişdir. Qərardan narazı qalan Protokolu tərtib edən orqan Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidməti tərəfindən «EAST RESİDENCE” MTK barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə "xxxx" MTK-nın direktoru X2 barəsində ##.##.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qüvvəyə minmişdir. X2 "xxxx" MTK-da rəsmi işləməsi və əməkhaqqı alması ilə əlaqədar X1 Xidməti İXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 3000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MTK-nin rəhbərliyinə ##.##.2025-ci il tarixli, 3-17-5/2- S******/2025 nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sadalanan tədbirlərə baxmayaraq "xxxx" MTK və onun direktoru X2 tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 3000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Göründüyü kimi X1 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM- nın 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Belə ki, hərəkətsizliklə ifadə olunan xətanın törədilmə anı hüquqi öhdəliyin yaranmasından və onun icrası üçün verilmiş ağlabatan müddətin nəticəsiz başa çatmasından sonrakı anla deyil, qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamı ilə başlayır və icra edilən anadək davam edir. Nəticə etibarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarında istinad etdiyi inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsi mövcud deyildir. Həmçinin məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edir ki, "xxxx" MTK tərəfindən inzibati xətanın törədildiyi gündən yəni ##.##.2025-ci il tarixdən 4 aylıq müddət keçdiyindən onun barəsində inzibati tənbeh verilə bilməz. Halbuki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş hal ayrıca tərkib, 529.1-1-ci maddə ilə tərtib edilmiş inzibati xəta haqqında protokol ayrıca tərkibə əsaslanır. 529.1-1-ci maddə ilə protokolun tərtib edilməsinə əsas Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər(onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan məhkəmə zamanı tədqiq edilmiş: X1 Xidməti tərəfindən “EAST RESİDENCE” MTK-ya ünvanlanmış ##.##.2025-cı il tarixli, *-**-*/*-S-******/**** nömrəli məktubdan görünür ki, ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar MTK-nın sədri X2 əmək haqqından hər ay 50% tutulmaqla 3000 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 iş günü ərzində Xidmətə yazılı formada məlumat verilməsi tələb olunmuşdur. SX087723092AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub ##.##.2025-cı il tarixdə AZ1033 poçt məntəqəsi üzrə “EAST RESİDENCE” MTK tərəfindən qəbul edilmişdir. İXM-nin müddəalarına əsasən inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər (İXM-nin 38.1-ci maddəsi). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, inzibati orqan tərəfindən tam şəkildə təqdim edilmiş sənədlər əsasında məhkəmə belə qənaətə gəlir ki, «EAST RESİDENCE” MTK tərəfindən İXM-nin 529.1-1-ci maddəsi əməli törətməsi sübuta yetirilir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati xətanın törədildiyi vaxtın ##.##.2025-ci il tarix olduğu müəyyən edildiyindən və Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən həmin əmələ görə inzibati tənbehin ən geci dörd ay müddətində tətbiq edilə bilməsi nəzərə alındıqda, inzibati məsuliyyətə cəlbetmə müddətinin başa çatdığı qənaətinə gəlinir. Bu səbəbdən “EAST RESİDENCE” MTK müddətin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXMin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “EAST RESİDENCE” MTK tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Lakin iş materiallarından da görünür ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “EAST RESİDENCE” MTK-nın İXM-nin 529.1-1-cı maddəsinin tərkib əlamətləri olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən müddət keçdiyindən xitam verilərək hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar