Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2031/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Barəsində inzibati icraat aparılan hüquqi şəxs “PRİME COTTON” MMC-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, “PRİME COTTON” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “PRİME COTTON” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş İsmayılov Natiq Ələsgər oğlunun müraciəti ilə əlaqədar ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu poçt vasitəsilə ##.##.2026-cı il tarixdə və ASİS vasitəsilə hüquqi şəxsə çatdırılmış, lakin tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “PRİME COTTON” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və PRİME COTTON” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayılov Natiq Ələsgər oğlunun şikayəti əsasında Xidmətin Bakı şəhər İdarəsi tərəfindən aparılan araşdırma zamanı “PRİME COTTON” MMC-yə ##.##.2026-c1 il tarixli, 3-17- */*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. “PRİME COTTON” MMC tərəfindən isə sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs “PRİME COTTON” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “PRİME COTTON” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “PRİME COTTON” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun məzmunundan görünür ki, İsmayılov Natiq Ələsgər oğlunun müraciətinin araşdırılması ilə əlaqədar iş vaxtının uçot cədvəllərinin, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərinin, habelə müraciətdə qaldırılmış məsələlərə dair hüquqi şəxsin mövqeyini əks etdirən məlumatların 7 iş günü müddətində Xidmətin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb edilmiş və həmin məktub ##.##.2026-cı il tarixdə “PRİME COTTON” MMC-yə daxil olmuşdur. “PRİME COTTON” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **** nömrəli məktubun məzmunundan görünür ki, İsmayılov Natiq Ələsgər oğlu ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin başa çatması əsası ilə əvvəlcədən xəbərdarlıq edilməklə xitam verilmiş, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilmiş, işçinin işə davamiyyəti ilə bağlı məlumatlar təqdim edilmiş, habelə əmək müqaviləsinin, ona xitam verilməsi ilə əlaqədar sənədlərin, bildirişin, əmək haqqının hesablanması və ödənilməsini, eləcə də son haqq-hesabın aparılmasını təsdiq edən sənədlərin surətləri məktuba əlavə edilərək ##.##.2026-cı il tarixdə Xidmətə göndərilmişdir. ******* nömrəli poçt göndərişi üzrə qaimənin surətindən müəyyən olunur ki, “PRİME COTTON” MMC tərəfindən X4 Xidmətinə ünvanlanmış məktub ##.##.2026-cı il tarixdə poçt rabitəsi vasitəsilə göndərilməsi üçün təhvil verilmiş və həmin göndəriş ##.##.2026-cı il tarixdə Xidmətin əməkdaşı “Fərzəliyeva” tərəfindən qəbul edilmişdir. Hazırki iş üzrə icraata xitam verərkən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2026-cı il tarixli, **** nömrəli məktubdan görünür ki, “PRİME COTTON” MMC tərəfindən sorğuda tələb edilən sənədlər hazırlanaraq X4 Xidmətinə göndərilmiş, həmin məktuba əmək müqaviləsinin surəti, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlər, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, son haqq-hesab üzrə məlumatlar və sorğuda göstərilən digər materiallar əlavə edilmişdir. Həmçinin ******* nömrəli poçt qaiməsi və poçt göndərişinin izlənilməsi barədə məlumatlarla müəyyən olunur ki, qeyd edilən sənədlər ##.##.2026-cı il tarixdə poçt rabitəsi vasitəsilə göndərilmiş, ##.##.2026-cı il tarixdə isə X4 Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticəni həmçinin onunla əsaslandırmışdır ki, sorğu məktubu poçt vasitəsilə ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Lakin həmin tarix şənbə gününə təsadüf etmişdir. Əmək qanunvericiliyinin və inzibati icraatın ümumi prinsiplərinə uyğun olaraq müddətin hesablanması zamanı qeyri-iş günləri nəzərə alınmadığından, hüquqi şəxsin sorğu ilə faktiki tanış olmaq və onun icrasına başlamaq imkanı ilk iş günü olan ##.##.2026-cı il tarixdən yaranmışdır. Nəzərə alınmalıdır ki, 01 mart, eləcə də 07, 08 və 09 mart tarixləri qeyri-iş günləri olmuşdur. Bu səbəbdən sorğuda nəzərdə tutulmuş yeddi iş günlük müddətin sonuncu günü ##.##.2026-cı il tarixə təsadüf etmişdir. Belə olan halda, tələb olunan sənədlərin ##.##.2026-cı il tarixdə səlahiyyətli orqan tərəfindən qəbul edilməsi onların müəyyən edilmiş müddət bitməzdən əvvəl təqdim edildiyini birmənalı şəkildə təsdiq edir. Deməli, hüquqi şəxs sorğunun icrasından yayınmamış, əksinə qanunla və sorğu məktubu ilə müəyyən edilmiş müddət çərçivəsində müvafiq məlumatları təqdim etmək öhdəliyini yerinə yetirmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəyi qanuni və əsaslı hesab edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş materialları ilə “PRİME COTTON” MMC tərəfindən tələb olunan sənədlərin ##.##.2026-cı il tarixdə İdarəyə təqdim olunması öz təsdiqini tapmış və həmin sənədlərin natamam təqdim olunması və ya müəyyən edilmiş müddət ərzində təqdim olunmamasına dair dəlilləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “PRİME COTTON” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2031/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2031/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver