Məhkəmə qərarları › İş №3(3-6)-2032/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2032/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2032/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1i İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026 ci il tarixdə, saat təxminən 16:00 radələrində 20 Yanvar dairəsi adlanan yerdə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Dairəni keçərkən polisin əlindəki isdiqamətverici avadanlıqla onu göstəriş verilərkən yolun dairəvi hissəsini hərəkətdə olduğu üçün və yolda sıxlıq olduğu üçün sırf işarənin ona aid olduğunu anlamamışdır. Bundan sonra dairəni keçdikdən sonra yan güzgüdən polis maşınının ona işarə edib saxla tələbin gördükdə dairəni keçib polisin müəyyən etdiyi yerdə onun göstərişi ilə maşını saxlamışdır və polis ona yaxinlaşıb sənədlərini yoxlayarkən onun 16 cərimə balının olduğun gördükdən sonra ona polisə tabesizliklə etdiyini və cərimə olunacağını bildirib təkrar ona geri dönüş edib dairəyə yaxınlaşmağını tələb edib. Etiraz etsə də və bu məqamda ona heç bir protokol tərtib etmədən maşınına oturub cərimə meydançasına aparıb və ona Baş polis idarəsinin Badamdar ərazisindəki idarə binasına 27-ci otağa yaxınlaşmağını bildirmişdir. Heç bir əsas olmadan maşınını cərimə meydanına aldılar ona yerində heç bir protokol tərtib etmədilər. Heç bir hüquqi prosedur icra edilmədi. Bu hadisə baş verərkən yanina hal şahidi var idi. O bir gün sonra yəni ##.##.2026-ci ildə həmin idarəyə yaxınlaşdı. 27-ci otaqda ona bildirdilər ki, sənin 16 balın var, qırmızıdan keçmisən və tabesizlik göstərmisən. Heç bir imza heç bir qeyd izah tələbinə baxmayaraq sürücülük vəsiqəni aldilar və ona bir gün əvvəlin protokolun verdilər bundan sonra o etiraz etsə də, 102-yə şikayət edəcəyini bildirsə də, onu sən gecikmisən gərək dünən yığardin deyərək kinayəli şəkildə otaqdan çıxardılar. Onun 16 balı var idi, 2 balının vaxtı ayin 7-si tamamlanıb silinəcəkdi. Onun özünü müdafiə etmə haqqini pozub ayin 5-i protokol təqdim edib 1 gün sonra sürücülük vəsiqəsinə məhdudiyyət qoyublar. Qərarda qeyd olunan inzibati xətalarının heç birini törətməmişdir. Svetaforun yaşıl işığında hərəkətdə olmuşdur, polisə itaətsizlikdən ümumiyyətlə söhbət gedə bilməz. Lazımı qaydada və vaxtda dayanmışdır, hadisə yerini tərk etməmişdir. Polisin bütün göstərişlərini icra etmişdir. Bir həftəyə yaxındır ki, avtomobilini idarə edə bilmir. Çatdırılma ilə məşğul olduğu üçün dolanışıq vəsaitindən məhrum olub. Bütün işləri yarımçıq qalmış, ona maddi və mənəvi ziyan dəymişdir. Hadisə zamanı yanında olmuş dostu X2 bütün prosesin hal şahidi olmuş, lazım gələrsə məhkəmədə şahid kimi çıxış edə bilər. Onun 20 balı olmadığı halda polis İXM-nin 327.7-ci maddəsini barəmdə qərəzli olaraq qanunsuz barəsində tətbiq etmişdir. Qeyd olunan qərar qanunsuz olaraq qərəzli şəkildə qəbul olunmuşdur. Qeyd olunan inzibati xəta pozuntularının ona heç bir aidiyyəti olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026cı il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, X2 şahid kimi dindirilməsini, 27-ci otaqdakı daxili nəzarət kamerasının, 20 yanvar dairəsində TŞ kameralarının tələb edilərək iş materiallarına əlavə edilməsini, sürücülük vəsiqəsinin müvəqqəti aktivləşdirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti inzibati tənbehvermə haqqında qərardan şikayətin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, inzibati tənbehvermə haqqında qərar qeyri-iş günündə tərtib edilmişdir. Qərardan ##.##.2026-cı il tarixdə şikayət verildiyi üçün qərar qərarsız statusunda qalmışdır. Bu dövrdə ##.##.2026-cı il tarixdə onun 2 balı, ##.##.2026 və18.06.2026cı il tarixlərdə isə 3 balı 1 illik müddəti bitdiyi üçün silinmişdir. Hazırda onun qüvvədə olan balı 11-dir. Başqa sözlə birinci instansiya məhkəməsi qərar çıxaran zaman onun aktiv balı 11 olmuşdur. Hazırda ona svetoforun qırmızı işığında keçməsi və tabesizliklə bağlı ballar da əlavə olunsa 18 bal olacaqdır. Bu baxımdan onun sürücülük hüququnun məhdudlaşdırılması qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayəti müdafiə etdiyini, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam verilməsini qərara almışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətində şikayət müəllifi hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək tələblərini İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.3 və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 16:10-da 20 yanvar dairəsi ərazisində “Toyota Prius(Hibrid) Minik” marklı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, müvafiq icra hakimiyyət orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta tərkibi yaradan hadisə ilə bağlı videogörüntülərdə Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 16:10-da 20 yanvar dairəsi ərazisində “Toyota Prius(Hibrid) Minik” marklı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, müvafiq icra hakimiyyət orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi müəyyən edilmişdir. Məhz bu halların mövcudluğunun iş materiallarında olan hadisə anının videogörüntüləri ilə təsdiqlənməsi özü-özlüyündə şikayətçinin dəlillərinin əsassız olduğunu gösərir. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar