Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2033/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 19:57 radələrində Yasamal rayonu ərazisində BMW markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtüklə örtmüşdür, bununla da nömrə nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X1 idarəsi tərəfindən barəsində ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılmasından ötrü Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, guya o, ## ##### 2026-cı il tarixdə, saat 19:57 radələrində Yasamal rayonu ərazisində "BMW minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtüklə örtmüş, bununla da nömrə nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bununla da, guya o, IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də, barəsində ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal Rayon Məhkməsində barəsində baxılan inzibati protokolla bağlı ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə izhat verərək bildirmişdir ki, o, avtomobilini "Inşaatçılar" metrostansiyasının yaxınlığında saxlayan zaman, özünü parklanma nəzarətçisi kimi təqdim edən şəxs bu ərazinin onların ərazisi olduğunu, ödəniş edərək gedə biləcəyini demişdir. O da avtomobilini qoyub gedib, gələndə avtomobilinin yerində olmadığını görmüşdür. Sonra məlum olmuşdur ki, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin əməkdaşları tərəfindən avtomobili aparılmışdır. Bunun səbəbi kimi ona sonra məlum olmuşdur ki, guya avtomobilinin nömrəsinin örtüklə bağladığı üçün DYP əməkdaşları avtomobilini aparıb. Məhkəmədə bildirmişdir ki, Yasamal Rayon Polis Idarəsinin 29-cu Polis Bölməsinə etdiyi müraciət əsasında aldığı rəsmi məlumata görə araşdırma nəticəsində avtomobilin qeydiyyat nömrəsini örtüklə bağlayan şəxsin həmin ərazidə olan parklanma nəzarətçisi, ##.##.1991-ci il təvəllüdlü Gürcüstan Respublikası vətəndaşı X4 olması müəyyən olunmuşdur. 29-cu Polis Bölməsində həmin şəxsin izahatı alındıqda, o etiraf edərək bildirmişdir ki, ondan parklanmaya görə pul almış və sonra isə avtomobilinin qeydiyyat nömrəsini örtüklə bağlamışdır. Lakin məhkəmə onun bu izahatına və Yasamal Rayon Polis Idarəsinin 29-cu Polis Bölməsindən rəsmi qaydada almış olduğu cavab məktubuna məhəl qoymadan barəmdə *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarla 500 manat məbləğimdə cərimələnməyi barədə qərar qəbul etmişdir. Hesab edir bu qərar tələsik, iş materiallarına, izahatına və Yasamal Rayon Polis Idarəsinin 29-cu Polis Bölməsində aparılan araşdırmalara düzgün hüquqi qiymət verilmədən çıxarılmışdır. Bu səbəbdən də, *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi zərurəti yaranmışdır. Apellyasiya baxışı zamanı Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayəti müdafiə edərək təmin edilməsini, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, gözəllik salonuna gələn zaman idarə etdiyi nəqliyyat vasitəsini həmin salonun yaxınlığında olan küçədə saxlamışdır. Həmin vaxt həmin ərazidə TŞK olduğunu və maşının orada saxlanılmasının qanunun tələbinə zidd olduğunu bilmişdir. Maşını saxlayan zaman həmin ərazidə olan və özünü ərazidəki maşınlara nəzarət edən şəxs olaraq təqdim edən şəxs ona yaxınlaşaraq burada saxlanan maşınlara özünün nəzarət etdiyini və parklanmaya görə cərimə tətbiq edilməməsini tənzimləyəcəyini bildirmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 19:57 radələrində Yasamal rayonu ərazisində BMW markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtüklə örtmüşdür, bununla da nömrə nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir Iş materiallarına əlavə edilmiş fotodan görünür ki, BMW minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa dövlət nömrə nişanın sonuncu rəqəmlərinin üstündə örtük vardır. Həmin örtük dövlət nömrə nişanının görünüşü məhdudlaşdırılmışdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, Bakı şəhər DYPŞ yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh etmişdir. Həmçinin məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi nəqliyyat vasitəsini park edən zaman həmin ərazidə parklanmaya icazənin olmadığını bilmişdir. Bunu ona yaxınlaşan və özünü ərazidəki maşınlara nəzarət edən şəxs olaraq təqdim edən şəxs də əlavə olaraq bildirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünü minimal həddə tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində və hazırda məhkəmə iclasında özünü Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli olmadığını bildirsə də, bu iş materiallarında olan sübutlarla təkzib edilir. Iş materiallarında olan fotoşəkil ilə BMW minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa dövlət nömrə nişanın sonuncu rəqəmlərinin üstündə görünüşünü çətinləşdirən üstündə örtük vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən fotoşəkil ilə də sübuta yetirilir. Irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALIRAM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2033/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2033/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver