Məhkəmə qərarları › İş №3(3-6)-2034/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2034/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2034/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 iştirakları ilə, Məmmədov İbrahim Çingiz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protocol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Məmmədov İbrahim Çingiz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və yenidən araşdırlması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnış qənaətə gəlməklə qanunvericiliyin tələblərini pozaraq qərar qəbul etmişdir. Belə ki, məhkəmə barəsində inzibati iş aparılan şəxsin vəkili kimi çıxış edərək bildirmişdir ki, hazırkı iş üzrə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli icra sənədi üzrə icraata yalnız ## #### 2026-cı il tarixdə başlanılmış, borcluya könüllü icra müddəti verilmiş və ## ##### 2026-cı il tarixdə müvafiq bildiriş təqdim edilmişdir. İnzibati xəta haqqında protokol isə ## #### 2026-cı il tarixdə tərtib edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, icra sənədinin məcburi icrası mərhələsinin başlanmasından uzun müddət keçməmiş, borclunun uzun müddət ərzində davamlı və qəti şəkildə icradan yayınmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə, iş materiallarında olan ## #### 2026-cı il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, borclu tələbkarın xeyrinə 1000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə həmin ödənişi formal xarakterli hərəkət kimi deyil, borclunun məhkəmə qərarının icrasına başlamasının və öhdəliyini mərhələli şəkildə yerinə yetirmək niyyətinin təzahürü kimi qiymətləndirir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilir ki, Məmmədov İbrahim Çingiz oğlunun hərəkətlərində icra sənədinin qəsdən və üzrsiiz səbəbdən icra edilməməsi, habelə icra məmurunun qanuni tələblərini bilərəkdən yerinə yetirməməsi halları sübuta yetirilməmişdir. Əksinə, iş materialları şəxsin borcun ödənilməsinə yönəlmiş davranışını və mütəmadi ödənişlər etdiyini təsdiq edir. Mütəmadi neçə dəfə ödəniş etmişdir və həmiş ödənişlər ııiyə iş materiallarında mövcud deyil. Yalnız bir ödəniş edilmişdir, ödənişin tarixində baxanda görünür ki, 1000 manatı barəsində məhkəmə prosesi olan zaman yəni protokol tərtib edildikdən sonra zalda ödəmişdir. Məhkəmə həmin şəxsi ancaq tərifləmiş bir dəfə də olsun sual verməmişdir ki, niyə o, 1000 manatı indiyə kimi ödəməyib barəsində prtokol tərtib edildikdən sonra zalda ödəmişdir. Qərardan da görünür ki, 1000 manatın nə vaxt ödənilməsi məhkəmə tərəfindən gizlədilmiş guya əvvələr mütəmadi ödənişlər olduğu qeyd edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında icra şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətlərinin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - icra sənədi üzrə icra məmuru tərəfindən ## #### 2026-cı il tarixli qərardan görünür ki, icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya, ## ##### 2026-cı il tarixli bildiriş çatdırılmışdır. -## #### 2026-cı il tarixli qəbzin sürətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov İbrahim Çingiz oğlu tələbkar Zərərçəkmiş şəxs 1000 manat ödəniş etmişdir. - Yasamal Rayon İcra Şöbəsi tərəfindən Məmmədov İbrahim Çingiz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## #### 2026-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/** saylı, ## ### 2025-ci il tarixli icra sənədinə əsasən Məmmədov İbrahim Çingiz oğlundan cinayət əməli nəticəsində dəymiş 11000 manat məbləğində maddi ziyan və 123 manat məhkəmə xərci tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/** saylı, ## ### 2025-ci il tarixli icra sənədinə əsasən Məmmədov İbrahim Çingiz oğlundan cinayət əməli nəticəsində dəymiş 10000 manat məbləğində maddi ziyan və 120 manat məhkəmə xərci tutularaq, Kərimova Sevinc İsmayıl qızına ödənilməlidir. Birinci instansiya məhkəməsi borclu Məmmədov İbrahim Çingiz oğlunun hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gələrək borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş matreiallarından aydın olur ki, iş üzrə borclunun icra sənədini üzrlü səbəblər olmadan icra etməməsi və ya qəsdən icra sənədinin icrasından yayınması faktı müəyyən edilmir. Hazırkı iş üzrə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli icra sənədi üzrə icraata ## #### 2026-cı il tarixdə başlanılmış, borcluya könüllü icra müddəti verilmiş və ## ##### 2026-cı il tarixdə müvafiq bildiriş təqdim edilmişdir. İnzibati xəta haqqında protokol isə 09 iyun 2026-cı il tarixdə tərtib edilmişdir. Həmin tarixdə də borclu tələbkara 1000 manat ödəniş etmiş və məhkəmə iclasında izahatında ailəli olduğunu, himayəsində üç azyaşlı övladının olduğunu, kirayədə yaşadığını və qalan borcu hissə-hissə ödəmək niyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Məmmədov İbrahim Çingiz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məmmədov İbrahim Çingiz oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar