Məhkəmə qərarları › İş №3(3-6)-2035/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2035/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2035/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidməti (bundan sonra – səlahiyyətli orqan) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 10:25-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində idarə etdiyi “Mini Cooper minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin yanqonşusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, səhhəti ilə bağlı onkoloji əməliyyat keçirmişdir. Problem yaşadığı üçün həyat yoldaşı İsgəndər Qayıbov onun maşından düşməsi üçün saxlamış və qısa zaman kəsiyində oranı tərk etmiş, yəni İXM-nin 346.4cü maddəsində qeyd olunan - ikinci sıra və daha artıq yerdə parklama qadağasının tətbiq olunmasına heç bir hüquqi əsas yoxdur. Bu zaman heç bir nəqliyyat vasitəsinə maneə törədilməmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Apellyasiya məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, iş materiallarında olan fotoşəkillər əsasında Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 10:25-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində idarə etdiyi “Mini Cooper minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin yanqonşusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati xəta törətmişdir. Məhkəmə iş materiallarında olan fotoşəkillərə, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya instansiya məhkəməsi iclasında verdiyi izahata əsaslanaraq hesab edir ki, iş materialları ilə sonuncunun Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş üzrə birinci instansiya məhkəməsi düzgün qaydada işin faktiki hallarını müəyyən etmiş, həmin hallara müvafiq qanunvericilik normalarını tətbiq etməklə, yuxarıda göstərilən nəticəyə gəlmiş, Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-104)-4292/2026 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar