Məhkəmə qərarları › İş №3(3-6)-2037/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2037/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2037/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X5 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xidmətin Bakı Şəhər İdarəsində aparılan araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Talib oğluna 26.01,2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Sözügedən məktub göndərilməsinə baxmayaraq tələb olunan sənədlər tam şəkildə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1 - 1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X5 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən müəssisəyə *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, son-haqq hesabın ödənilməsi ilə bağlı sənəd təqdim edilməmiş, nəticədə “xxxx” MMC-nin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X5 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə X2 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məktubda 1. əmək müqaviləsinin surəti, 2. vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməklə ətraflı müşaiət məktubu, 3. son haqq-hesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti, 4. əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən müvafiq sənədlərin surəti (işlədiyi dövr üzrə) tələb edilmişdir. Çıxarışdan görünür ki, X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktub həmin tarixdə elektron qaydada MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Sənədin icra müddəti ##.##.2026-cı il tarixə kimi müəyyən edilmişdir. “xxxx” MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan ## ###### 2026-cı il tarixli, ** nömrəli məktubdan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktuba cavab olaraq “xxxx” MMC-nin rəhbərliyi bildirir ki, “xxxx” MMC- nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Talib oğlu ilə işçi X5 arasında ##.##.2019-cu il tarixdə bağlanmış Əmək müqavilə ilə ##.##.2019- cu il tarixdən ##.##.2021-ci il tarixə kimi cəmiyyətdə 4-cü dərəcəli qülləli kran maşınisti peşəsində işləmişdir. İşlədiyi dövr üzrə X5 əmək haqqı hesablanmış, əmək haqqı kartına köçürülmüş və işlədiyi dövrün DSMF-si köçürülmüşdür. X5 “xxxx” MMC-nin ##.##.2020ci il tarixli 14№-Ii ƏMR-i ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixinədək və “xxxx” MMCnin ##.##.2021-ci il tarixli ** №-li ƏMR-i ilə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır və ödənişsiz məzuniyyətdə olduğu müddətdə ona əmək haqqı hesablanmamışdır, ödənilməmişdir və ödənişsiz məzuniyyətdə olduğu dövrün DSMF-si köçürülməmişdir. Hazırki iş üzrə müəyyən olunur ki, inzibati xəta haqqında qərar vətəndaş X5 şikayəti əsasında tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb kimi isə vətəndaş X5 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən müəssisəyə *-**-*/*- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, son-haqq hesabın ödənilməsi ilə bağlı sənədin təqdim edilməməsi olmamışdır. İş üzrə icraata xitam verən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, inzibati xəta tərkibinin obyektiv tərəfi, yəni qanuni tələbə əməl etməmək “xxxx” MMC-nin vəzifəli şəxsinin hərəkətsizliyində müəyyən edilmir. Çünki protokolun tərtib edilməsinə səbəb olmuş tələb edilən sənədlərdən son-haqq hesabın ödənilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmamış, bununla bağlı MMC tərəfindən protokol tərtib edilməzdən əvvəl, yəni ## ###### 2026-cı il tarixli məktubla DƏMX-nin Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Təqsir elementi də istisna olunur, belə ki, vəzifəli şəxs öz səlahiyyət və faktiki imkanları xaricində olan hərəkətə görə məsuliyyət daşıya bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, MMC-nin vəzifəli şəxsi tərəfindən sənədlərin (sonhaqq hesabın ödənilməsi ilə bağlı) təqdim edilməsində inzibati xəta törətmək qəsdi və ya səhlənkarlıq elementi olmamış, yaranmış vəziyyət sırf belə bir sənədin mövcud olmaması səbəbindən meydana çıxmışdır. Digər tələb edilən sənədlər isə tam şəkildə səlahiyyətli orqana təqdim edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəyi qanuni və əsaslı hesab edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “xxxx” MMC-nin vəzifəli şəxsi tələb olunan sənədlərin tərəfindən tam, düzgün və ya vaxtında təqdim edilməsi İdarəyə təqdim olunması öz təsdiqini tapmışdır. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud olmadığından apellyasiya şikayəti təmin oluna bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar