Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2038/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində ## ### 2026-cı il tarixli, EQ******** saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati tənbeh tətbiq edilərək 60 manat cərimə və 2 cərimə balı müəyyən edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, o, X1-IN HİBRİD MİNİK markalı, **NL*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 137G -nvanında avtomobilimi saxlamışdır. Qərarda qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı iddialar faktiki hallara uyğun deyildir. Dayanma-durma etdiyi əraziyə nəqliyyat vasitələri üçün giriş və çıxış mövcuddur. Həmin ərazidə nəqliyyat vasitələrinin daxil olmasını və ya dayanmasını qadağan edən hər hansı yol nişanı, məcburi hərəkət istiqaməti nişanı və ya üfüqi nişanlanma mövcud deyildir. Əgər həmin ərazi nəqliyyat vasitələrinin daxil olması üçün nəzərdə tutulmayıbsa, bu halda oraya avtomobillərin girişinin mümkün olması və heç bir qadağanedici nişanın tətbiq edilməməsi yol hərəkətinin təşkili baxımından ziddiyyət təşkil edir. Bundan əlavə, “X2” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 2-ci hissəsinə əsasən, yolun hərəkət hissəsinə bitişik səkinin kənarında minik avtomobillərinin dayanmasına bu şərtlə icazə verilir ki, piyadaların hərəkətinə maneçilik törədilməsin. Ona tətbiq olunmuş inzibati cərimənin sübutu kimi təqdim edilmiş fotoşəkillərdən də açıq şəkildə görünür ki, avtomobili piyadaların sərbəst hərəkətinə heç bir maneə yaratmamışdır və piyadaların hərəkəti üçün kifayət qədər məsafə mövcud olmuşdur. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ## ### 2026-cı il tarixli, EQ******** saylı “İnzibati tənbeh vermə haqqında” qərarının və qərarda qeyd olunmuş 2 cərimə balının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xhaiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 iş materialları ilə inizbati xətanın törədilməsi sübut olunduğundan birinci instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 14.40-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 137 G olan ərazidə X1-İn Hibrid minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 346.9cu maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X2 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın görmək olur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsini səkidə parklayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polis İdarəsinin EQ ******** saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2038/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2038/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver