Məhkəmə qərarları › İş №3(3-6)-2040/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2040/2026

15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2040/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 24.966,95 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 4.991,39 ABŞ dolları məğləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Protokolu tərtib edən orqan MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə MMC İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş 24.966,95 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 4.991,39 ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verilərək qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, elektron məhkəmə sistemi vaitəsi ilə təqdim olunmuş ##.##.2026–cı il tarixli qısa idxal bəyənnaməsinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Belə ki , qeyd olunan idxal bəyənnaməsinə əsasən “xxxx” MMC ilə "xxxx” MMC arasında bağlanmış ***/**/** nömrəli ##.##.2022 müqaviləyə əsasən “xxxx” MMCyə "xxxx” MMC tərəfindən verilmiş səlahiyyətlər əsasında GB-də və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq etmişdir. Qısa idxal bəyənnaməsinin ##.##.2026–cı il tarixdə verildiyi nəzərə alınsa, qanunvericiliklə nəzərdə tutulan 2 illik müddət bitməmişdən əvvəl verilmişdir. “X3 X1 Ltd” şirkəti tərəfindən ünvanlanmış ##.##.2026–cı il tarixli məktubunda malların gec çıxmasının səbəbi kimi NTWG-****** nömrəli faktura üzrə Azərbaycana göndərilən yükün Çində ixrac gömrük yoxlaması prosedurları zamanı müvəqqəti olaraq gecikdirilməsi və yükdə brend məhsulların olması və bununla bağlı ixrac uyğunluğunun yoxlanılması prosedurları səbəbindən yükdə əlavə gömrük yoxlaması aparılmışıdr. Malların Çin Respublikasından ##.##.2026-cı il tarixdə çıxdığı bildirilir. Bu məktuba da məhkəmə qiymət vermərəyərək Cəmiyyətin inzibati xətanı törətməsində təqsirini istisna edən hallara qiymət verməmişdir. Məhkəmənin baxış iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, ümumiyyətlə MMC tərəfindən gömrük bəyənnaməsinin təqdim edilmə tarixinin elektron sistemdə ##.##.2026-cı il tarix olduğunu, 2 illik müddətin bitməsindən təxminən 50 gün bəyənnamənin təqdim edildiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin "xxxx” MMCin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni tənbeh etmişdir. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 37.200 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Bu baxımdan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs ##.##.2026-cı il tarixədək idxal bəyənnaməsini təqdim etməli idi. Lakin işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin müddət ərzində idxal bəyənnaməsini təqdim etməmişdir. Məhkəmə qısa idxal bəyənnaməsinin ##.##.2026-cı il tarixdə təqdim edilməsinə dair şikayətçinin dəlillərinə münasibətdə qeyd edir ki, qısa idxal bəyannaməsi — kommersiya məqsədləri üçün Azərbaycana gətirilən malların gömrük ərazisinə daxil edilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edilməli olan ilkin məlumat sənədidir. Başqa sözlə, bu sənəd gömrük nəzarətini sürətləndirmək və riskləri əvvəlcədən təhlil etmək məqsədi daşıyır və heç bir halda gömrük bəyənnaməsinin əvəzedicisi kimi çıxış etmir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, MMC-in törətdiyi inzibati xətaya görə İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar