Məhkəmə qərarları › İş №3(3-6)-2041/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2041/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2041/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Dövlət vergi müfəttişi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Əlili İsrafil Muğan oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, «X1” MMC tərəfindən ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə MMX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8000 (səkkiz min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ## ###### 2025-ci il tarixdə elektron sistem vasitəsilə Dövlət Vergi Xidmətindən şirkətimizə ## ###### 2025-ci il tarixli məktub daxil olmuş və məktubun məzmununda qeyd edilmişdir ki, «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanundan irəli gələn məsələlərin (ƏLTMM daxili nəzarət proqramı tətbiq edilməsi, məsul şəxs təyin edilməsi və s.) yerinə yetirilməsinin ## ###### 2025-ci il tarixinədək təqdim edilməsi tələb olunmuşdur. (## ###### 2025-ci il tarixli məktub Şikayətə əlavə edilir) 1-ci bənddə qeyd olunmuş məktuba cavab olaraq Şirkətimiz tərəfindən ## ###### 2025-ci il tarixdə “xxxx” barədə ərizə göndərilmiş və şirkətinin fəaliyyət kodunun əslində ******* nömrəli fəaliyyət istiqaməti olduğu bildirilmişdir. (məktub Şikayətə əlavə edilir) Dövlət Vergi Xidmətindən şirkətimizə ## ###### 2025-ci il tarixli məktub daxil olmuş və bildirilmişdir ki, ərizəmiz təmin olunmuş və uçot məlumatlarında müvafiq dəyişiklik edilmişdir. ( ## ###### 2025-ci il tarixli məktub Şikayətə əlavə edilir) Daha sonra Şirkətimiz tərəfindən ## ###### 2025-ci il tarixdə Dövlət Vergi Xidmətinə ## ### 2025-ci il tarixli məktub göndərilmiş və bir daha məktubun məzmununda qeyd olunmuşdur ki, şirkətin fəaliyyət kodu 8299007 - DİGƏR QRUPLARA DAXİ EDİLMƏYƏN BİZNESİN İDARƏ EDİLMƏSİNƏ YÖNƏLDİLMİŞ SAİR ƏLAVƏ FƏALİYYƏT (Əsas fəaliyyət)- yəni ma mühasibatlıq fəaliyyəti ilə məşğul olan müəssisələr üçün nəzərdə tutulan tələblər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCüçün keçərdi deyil və şirkətin belə bir hüquqi öhdəliyi yoxdur. Qısacası, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin fəaliyyəti AR İnzibati Xətalar Məcəlləsinin598.7-ci maddəsinin təsir dairəsinə düşmür. Belə bir müqayisə ilə situasiyanı daha aydın anlamaq olar. Sanki, küçədə piyada gəzən vətəndaşı X2 saxlayır və ona nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini istifadə etmədyinə görə cərimələyir.Hətta şərti olaraq hesab etsək ki, Şirkət mühasibatlıq xidməti göstərmiş və müvafiq inzibati xətanı törətmişdir. Belə ki, vəzifəli şəxsin hazırda təqsirləndirildiyi əməl yəni ƏLTMM daxili nəzarət proqramının tam tətbiq edilməməsi, məsul şəxs təyin edilməməsi, bu barədə MMX və DVX-yə məlumat verməməsi və DVX tərəfindən göndərilmiş sorğulara cavab verməməsi 2025-ci ilin fevral ayının 10-da törədilmişdir. 1- ci bənddə qeyd olunduğu kimi Dövlət Vergi Xidmətindən şirkətimizə ## ###### 2025-ci il tarixli məktub daxil olmuş və məktubun məzmununda qeyd edilmişdir ki, «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanundan irəli gələn məsələlərin (ƏLTMM daxili nəzarət proqramı tətbiq edilməsi, məsul şəxs təyin edilməsi və s.) yerinə yetirilməsinin ## ###### 2025-ci il tarixinədək təqdim edilməsi tələb olunmuşdur. Görünüdüyü kimi hətta şərti olaraq hesab etsək ki, hüquqi şəxs tərəfindən inzibati xəta törədilib - inzibati xətanın törədiyi tarix ## ###### 2025-ci ildir. Belə olduğu təqdirdə ##.##.2025-ci il tarixdən inzibati tənbeh verilmə haqqında məhkəmənin qərar qəbul etdiyi ##.##.2026-cı il tarixinədək 1 il 21 gündən çox müddət keçmişdir. Bununla da məhkəmə həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə almamışdır. Qanunvericiliyin tələbinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd edirik ki, bizim işimizdə bu 4 əlamətin nəinki 4-ü də, heç 1 dənəsi belə yoxdur. 1-ci instansiya Məhkəməsinin həm hüquqa, həm də Məntiq elminin təməl prinsiplərinə sığmayan bu Qərarı qanunsuz olmaqla yanaşı, bizim Şirkəti ağır vəziyyətdə qoymaqla gələcək fəaliyyətimizi risk altına almışdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında daha ətraflı tərəfimizdən izahat veriləcəkdir. Cənab Prezident tərəfindən sahibkarlığa bu qədər dəstəyin ifadə edildiyi dövrdə inzibati orqanın və Məhkəmənin belə nəticəyə gəlməsi böyük təəssüf doğurur. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) Əlili İsrafil Muğan oğlu apellyasiya şikayətini müdafiə edərək və dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs barəsində İXM-nin 598.7-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilmişdir. Apellyasiya baxışı zamanı İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Dövlət vergi müfəttişi Nümayəndə iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Belə ki, ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə MMX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Buna görə «X1” MMC barəsində AR İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ##.##.2025-ci il tarixli **************** nömrəli qərardan görünür ki, yoxlama dekabr 2022 - noyabr 2025-ci illəri əhatə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Kələntərli Səbinəxanım İkram qızı protokolda göstərilən götürülməsi həyata keçirilən sənədlər və əşyaları könüllü surətdə təqdim etmişdir. Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair ##.##.2025-ci il tarixli **************** saylı aktdan görünür ki, məsul şəxs təyin edilməsi barədə qərarın bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamasına görə «X1” MMC və Kələntərli Səbinəxanım İkram qızı tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, “X1" MMC yoxlamanın əhatə etdiyi dövr ərzində faktiki olaraq mühasibat işləri sahəsində sair xidmətlər, təşkilatı fəaliyyətin optimallaşdırılması, biznes proseslərinin təhlili və idarə olunması, strukturlaşdırma və strategiyanın hazırlanması, rəhbərlik və ya idarə heyətinə dəstək funksiyaları, cari gündəlik işlər üzrə yarana biləcək məsələlərlə bağlı dəstəyin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də 2022-ci, 2023cü, 2024-cü və 2025-ci illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. “X1" MMC-də məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunubolunmaması barədəAzərbaycan Respublikasının Maliyyə MonitorinqiXidmətinə ##.##.2025- ci il tarixli **************** nömrəli məktubla müraciət edilmiş və Maliyyə Monitorinqi Xidməti tərəfindən daxil olmuş cavab məktubunda sorğuda qeyd edilənlərlə bağlı qeydiyyatın olmadığı bildirilmişdir. Yoxlama ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən daxili nəzarət proqramının tam tətbiq edilmədiyi müəyyən olundu. Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Nizamnaməsindən görünür ki, şirkətin təsisçisi Kələntərli Səbinəxanım İkram qızı 100 faiz olmaqla şirkətdəki bütün paylara sahibdir. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət sahələri üzrə fəaliyyət göstərə bilər. Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisi haqqında” çıxarışlarından görünür ki, «X1” MMC-nin ilkin olaraq əsas fəaliyyət istiqaməti 6399101 – komputürlərin bazası vasitəsilə telefon ilə informasiya xidmətlərinin göstərilməsi olmuş və daha sonra əsas fəaliyyət növü 8299007 – digər fəaliyyətlərə daxil olmayan biznesin idarə edilməsinə yönəldilmiş şair əlavə fəaliyyət olmuşdur Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslərə səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərə səkkiz min manatdan on beş min manatadək məbləğdə inzibati cərimə tətbiq edilir. - 598.1.2-ci maddəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.2-ci maddəsinə əsasən bu Qanunun tələbləri mühasibat və vergi məsləhəti xidmətləri göstərən qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə tətbiq edilir. - 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: - 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; - 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə MMX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmişdir Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hazırki işlə bağlı vəzifəli şəxs barəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərarından görünür ki, iş üzrə Kələntərli Səkinəxanım İkram qızının Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ## #### 2024-cü il tarixdən ## ###### 2025ci il tarixədək olan dövr ərzində törətdiyi müəyyən edildiyinə, beləliklə də göstərilən inzibati xətaya görə həmin Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə və birinci instansiya məhkəməsi bu halı nəzərə almadığına, beləliklə də bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız, verilmiş şikayətin dəlili isə əsaslı olduğuna görə Səkinəxanım Kələntərli və onun müdafiəçisinin birlikdə verdikləri şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, səlahiyyətli orqanın Səkinəxanım Kələntərli barəsində Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməli və sonuncu Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsi üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Həmin qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinın Kələntərli Səkinəxanım İkram qızı barəsində həmin Məcəllənin 598.7-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilmiş, Kələntərli Səkinəxanım İkram qızı Azərbaycan Respublikası İXM-in 598.7ci maddəsi üzrə inzibati məsuliyyətdən azad edilmişdir. Belə olan halda eyni inzibati xəta haqqında iş üzrə vəzifəli şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokl üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə işə xitam verilməsi barədə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarı olduğundan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 598.7-ci maddəsi ilə tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.6, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar