Məhkəmə qərarları › İş №3(3-6)-2042/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2042/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2042/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, ##.##.1974-cü ildə Basarkeçər rayonunda anadan olan, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, evli, ali təhsilli, “ArazT.İ” MMCnin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədində qeyd olunan tələbi icra məmurunun müəyyən etdiyi müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbin icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraqbarəsində inzibati xətta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-i tərəfindən icra sənədi üzrə indiyədək heç bir ödəniş edilməmişdir.Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, onun icra sənədindən xəbəri yoxdur.O,##.##.2022-ci il tarixindən MMC-yə rəhbərlik edir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Ona görə də barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(004)- ****/**** saylı icra sənədinə əsasən başlanmış icra işi materiallarını dinləyib hesab edir ki, "xxxx" MMC-nin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilənərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200 (bir iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərarı qəbul edilmişdir. Qərarla tanış olduqdan sonra ondan narazı qaldığı üçün apellyasiya şikayəti vermək hüququndan istifadə etmək qərarına gəlmişdir. Belə ki, "xxxx" MMC-yə 2022-ci il tarixində rəhbər təyin edilmişdir və sözügedən icra sənədindən məlumatım olmayıb. Bu yaxınlarda icra şöbəsində həmin icra sənədindən məlumat əldə etmişəm və dərhal həmin qətnamədən apellyasiya şikayəti vermişəm. Bu da onu göstərir ki, qanunvericiliyin tələbinə əsasən qətnamədən apellyasiya şikayəti verildiyi təqdirdə həmin qətnamənin icrası müvəqqəti olaraq dayandırılır və ondan əlavə bütün icra tədbirləri ləğv edilir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq borclu, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsi və iş üzrə tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2019-cu il tarixli qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata həmin tarixdən başlanılmış və borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş həm hüquqi şəxsin ünvanına göndərilmiş, həm də ##.##.2026cı il tarixdə şəxsən (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1) təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmiş və qanuni olaraq o, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, barəsində icraat aparılan şəxsin icra sənədindən xəbərinin olmaması barədə izahatı iş materiallarında olan sənədlərlə təsdiq olunmur. Belə ki, iş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2019-cu il tarixli qərardan və bildirişdən görünür ki, könüllü icra ilə bağlı tələb həm cəmiyyətin ünvanına göndərilmiş, həm də ##.##.2026-cı il tarixdə bilavasitə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 şəxsən təqdim edilmişdir. Bildirişin şəxsən təqdim edildiyi nəzərə alındıqda, onun tələbdən xəbərsiz olması barədə dəlil əsassızdır. Bundan əlavə, “İcra haqqında” Qanunun 3-cü maddəsinə və MPMin 15.2-ci maddəsinə görə məhkəmə qərarının və icra məmurunun qanuni tələblərinin icrası borclu üçün məcburidir və bu öhdəlik borclunun subyektiv xəbərdarlığından asılı deyildir. Həmçinin barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız ##.##.2022-ci il tarixdən cəmiyyətə rəhbərlik etməsi barədə izahatı da onu məsuliyyətdən azad etmir. İcra sənədi üzrə borclu hüquqi şəxs “xxxx” MMC-i olduğundan, borclunun icra öhdəliyi onun rəhbərliyinin dəyişməsindən asılı olmayaraq davam edir. İnzibati məsuliyyətə səbəb olan əməl 2019-cu il tarixli qətnamənin özü deyil, icra məmurunun cari qanuni tələblərinin — o cümlədən ##.##.2026-cı il tarixdə şəxsən təqdim edilmiş bildirişin — üzürsüz səbəbdən yerinə yetirilməməsidir. Həmin tarixdə cəmiyyətin direktoru olan şəxs məhz bu hərəkətsizliyə görə vəzifəli şəxs qismində məsuliyyət daşıyır. Məhkəmə onu da qeyd edir ki, icra sənədi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verildiyindən, qətnamənin qüvvəyə minməsi icraata başlanılmasının ilkin şərtidir. “İcra haqqında” Qanunun 17-ci maddəsində icra prosesinin dayandırılması üçün konkret əsaslar müəyyən edilmişdir; sadəcə şikayət verilməsi həmin əsaslar sırasında nəzərdə tutulmamış və bu işdə icra prosesinin səlahiyyətli orqan tərəfindən dayandırılması müəyyən edilməmişdir. Beləliklə, icranın dayandırılması sübut olunmadan, şikayət verildiyi iddiası icra öhdəliyini aradan qaldırmır. Bununla yanaşı məhkəmə iclasında təqdim edilmiş apellyasiya şikayətinə baxış keçirilən zaman həmin apellyasiya şikayətinin imzalanmadığı, şikayətin müvafiq apellyasiya instansiya məhkəməsinə daxil olmasını təsdiq edən hər hansı qeyd müəyyən edilməmiş, həmçinin EMİS vasitəsilə qeyd edilən iş üzrə Bakı Apellyasiya Məhkəməsində hazırda icraatda heç bir işin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə ## ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar