Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2043/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə “xxxx” MMC-nin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs məhkəməyə şikayət verərək, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.B.Cavadzadə) ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayəti təmin edilmiş və həmin qərar ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Həmin Qərardan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Vəzifəli şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən, X1, Vəzifəli şəxs, X7 tərəfindən prokurorluq orqanlarına verdiyi izahatlar nəzərə alınmamış və sübut qismində qiymətləndirilməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Porkurorluğunda araşdırma aparılarkən X7 izahatında göstərmişdir ki, 2025-ci ilin sentyabr ayında "Referans Hayat" klinikasına həkimonkoloq Günay Əhmədovaya xəstəliyi ilə əlaqədar müraciət etmiş və##.##.2026-ci il tarixdə barəsində sonuncu tərəfindən cərrahi əməliyyat icra olunmuşdur. Həmin tarixdə əməliyyat üzrə ödənişi Günay Əhmədovanın köməkçi-assistenti Vüsalə Məmmədovaya həkimin otağında vermişdir. Əməliyyat sonraki dövrdə səhhətində yaranan problemləri ilə həkim Günay Əhmədova və köməkçisi Vüsalə Məmmədova ilə mütəmadi əlaqə saxlayırdı. X5 izahatında göstərmişdir ki, 2025-ci ilin sentyabr ayından "Hayat Referans" klinikasında həkim Günay Əhmədovanın köməkçisi işləyir. Işi ilə əlaqədar xəstələrlə ünsiyyət qurur və onları həkim Günay Əhmədovaya yönləndirir. Təxminən 2025-ci ilin sentyabr ayında Aynurə Süleymanova əməliyyat olunmaq üçün Günay Əhmədovaya müraciət etmiş və müəyyən tibbi müayinələrdən keçdikdən sonra ##.##.2025-ci il tarixdə barəsində cərrahi əməliyyat icra olunmuşdur. Əməliyyat üzrə ödənişi həmin tarixdə Aynurə Süleymanovadan "Referans Hayat" klinikasının Günay Əhmədovanın xidməti otağında götürmüş və klinikanın xəzinəsinə mədaxil etmişdir. Əməliyyatdan sonra Aynurə Süleymanova onunla və həkim Günay Əhmədova ilə mütəmadi olaraq əlaqədə olmuşdur. Vəzifəli şəxs izahatında göstərmişdir ki, Vüsalə Məmmədova 2025-ci ilin sentyabr ayından "Referans Hayat" klinikasına həftədə bir neçə dəfə gəlib-gedərək həkim Günay Əhmədovanın köməkçisi olaraq telefon zənglərinə cavab vermiş, onun xəstələri ilə ünsiyyətdə olmuş, müxtəlif çəkilişlər (əməliyyat, xəstə qəbulu və digər) həyata keçirmişdir. X2 ilə əmək müqaviləsi rəsmi olaraq 2025-ci ilin dekabr ayında bağlanmışdır. Eyni zamanda, məhkəmə inzibati xəta üzrə X7, X1 və Vəzifəli şəxs şahid qismində məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Sonuncuların məhkəmə iclasında şahid qismində iştirakının təmin edilməməsi və onun iştirakı olmadan qərar qəbul edilməsi bu qədər ziddiyyətli məhkəmə mübahisəsində yolverilməzdir. Qərar qəbul edən orqanın nümayəndəsinin şahid qismində X7, X1 və Vəzifəli şəxs suallar vermə, işin hallarını araşdırma hüququ məhdudlaşdırılmış, məhkəmə tərəfindən işin halları natamam araşdırılmışdır. Bununla da məhkəmə əsassız olaraq Xidmətin Bakı Şəhər Idarəsinin qərarını ləğv etmişdir. Iş materialları ilə işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi tam sübut edilmişdir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən IXM-in 192.1-ci maddəsi ilə qəbul olunmuş Vəzifəli şəxs barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Vəzifəli şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, müəssisə tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçi hüquqi qüvvədə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hüquqi şəxsin nümayəndəsinin çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki işlə əlaqəli olan analoji iş üzrə məhkəmənin qanuni qüvvəsini almış qərarının olmasını nəzərə alaraq Qərardan şikayət verən orqan (şəxs) MMC-nin direktoru Vəzifəli şəxs əməlində AR IXM-nin 192.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlmişdir. Aydındır ki, Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarından verilmiş şikayət təmin etmiş və iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2043/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2043/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver